Halallığın mükafatı

 
Halallığın mükafatı


Məşhur alim İbn Cövzi “Səfvətüs-səfvə” kitabında tarixçi Təbərinin dilindən maraqlı bir hadisə nəql edir. Bu hadisə hicri 240-cı (təqribən miladi 855-ci) ildə Məkkədə baş vermişdi, o zaman Təbərinin 16 yaşı vardı.

Təbəri xatırlayırdı ki, həmin il həcc mövsümündə Məkkədə elmi fəaliyyətlə məşğul idim, “Nəsəb” kitabını yazırdım. Bir gün əslən Xorasandan olan bir nəfər camaatın içində durub haray çəkdi: “Ay hacılar! Mən min dinarlıq pul kisəmi itirmişəm. Hər kim pulları tapsa, mənə qaytarsın. Əvəzində Allah onun savabını artırar”.

Bu vaxt İmam Cəfər Sadiqin (ə) məvalilərindən (azad etdiyi qullarından) olan bir qoca kişi ona deyir: “Bizim şəhərdə çoxlu kasıb adam yaşayır, onların pula ehtiyacı var. Məkkəlilər bir il gözləyirlər ki, həcc mövsümündə ziyarətə gələnlərə xidmət edib çörək pulu qazansınlar. Sən pulu tapan adama gözaydınlığı boyun ol ki, bu halda pulu sənə tez qaytararlar”. Xorasanlı kişi soruşur: “Nə qədər muştuluq verməyimi təklif edirsən?” Qoca cavab verir: “Məsələn, pulun ondan-biri qədər, yəni 100 dinar”. Amma pul sahibi qəti şəkildə etiraz edib söyləyir: “Xeyr, verən deyiləm. Mən bunun savabını Allahın öhdəsinə buraxıram”. Beləliklə, söhbət nəticəsiz qalır, hamı dağılışıb gedir.

Təbəri deyir ki, mən o qocanın pulu tapmasından şübhələndim, arxasınca düşüb onu izləməyə başladım. Qoca köhnə qapılı, uçuq-sökük evinə gəldi, arvadını çağırıb dedi: “Pulun sahibi tapıldı. Amma gözaydınlığı vermək istəmir. Əlac yoxdur, gərək pulu qaytaraq”. Arvadı ah-fəğan etməyə başladı: “Əlli ildir bu xaraba evdə 4 qızımızla, iki bacım və anamla birlikdə yaşayırıq. Gəl bu pulu özümüzə götürüb xərcləyək, bu zillətdən xilas olaq, ağ günə çıxaq”. Qoca etiraz etdi: “Yox, mən 86 yaşlı bu yarımcan bədənimi cəhənnəm alovuna yem edə bilmərəm”.

Növbəti gün xorasanlı kişi yenə adamların arasında elanını təkrar edir. Bu dəfə qoca təklif edir ki, pulu tapan adama dünən dediyindən on dəfə az, yəni on dinar verməyə razı olsun. Pul sahibi yenə imtina edib deyir ki, pulu tapanın savabını Allahın öhdəsinə buraxıram.

Ertəsi gün hadisə bir daha təkrar olur. Qoca bu dəfə deyir: “Dünən srağagün dediyimin ondan-bir hissəsini gözaydınlığı olaraq verməyini təklif etdim. Bu gün məbləği on dəfə də azaldıram. Heç olmasa, pulu tapan adama bircə dinar ver. Qoy yarım dinara özü üçün su tuluğu alsın, onunla hacılardan ötrü muzdla su daşısın. Yarım dinara da bir qoyun alıb, südü ilə ailəsini saxlasın”. Xorasanlı kişi yenə təklifi rədd edir: “Heç kimə pul verən deyiləm, qoy əvəzini Allah versin”.

İş bu yerə çatanda qoca daha dözmür, xorasanlı kişinin əlindən tutub deyir: “Gəl gedək, sənin min dinarını qaytarım. Pulunu apar, məni bu narahatçılıqdan qurtar”. Təbəri deyir ki, mən də onlara qoşulub qocanın evinə gəldim. Qoca pul kisəsini gətirib xorasanlıya təhvil verdi, o da pulu alıb saydı. Evdən çıxmaq istəyəndə yarıyoldan qayıdıb qocaya dedi: “Atam öləndə üç min dinar pul qoymuşdu. Vəsiyyət etmişdi ki, onun paltarlarını satıb, pulu ilə həccə gedim, savabını ona hədiyyə edim. Həm də vəsiyyət etmişdi ki, min dinarı ayırıb saxlayım, ən ehtiyaclı adamı tapanda ona verim. Mən də atamın vəsiyyətinə əməl edib həccə gəlmişəm, itirdiyim pul da həmin min dinar idi. Onun üstündən götürə bilməzdim, ona görə də pulu tapana heç nə boyun olmadım. Görürəm ki, rastıma çıxan ən ehtiyaclı və vicdanlı adam elə sənsən. Ona görə də bu pulu sənə verirəm”. Xorasanlı kişi bunu deyib, pul kisəsini qocaya verdi, özü isə çıxıb getdi.

Qoca sevincək halda bütün ailə üzvlərini çağırdı, məni də onlarla bir sırada otuzdurub dedi: “Bu otaqda on nəfərik. Alah Rəsulu buyurub ki, əgər siz xahiş etmədən əlinizə pul gəlsə, qaytarmayın; bilin ki, bu, Allahın lütfü və ehsanıdır. Bu pul da Allahın bizlərə hədiyyəsidir, gərək onu bərabər şəkildə bölək”. Qoca bunu deyib, pulu on bərabər hissəyə böldü, onlar kimi mənə də yüz dinar düşdü.

Təbəri xatırlayır ki, sevincimdən özümə yer tapa bilmirdim. Pulu bölüşəndən sonra qoca üzünü mənə tutub dedi: “Mən ömrümdə bu qədər pul görməmişdim. Bizim ailədəki qadınların namazda bədənlərini tam örtə bilən paltarı da yoxdur. Hər namaz vaxtı mən əynimdəki bu libasla ibadətimi yerinə yetirirəm, sonra onu çıxarıb qadınlara verirəm, onlar da növbə ilə geyinib namazlarını qılırlar. Bu qədər çətinlikdən sonra Allah mənə sərvət yetirdi. Mən o kişidən pulun bir hissəsini, əvvəlcə ondan birini, sonra yüzdən-birini, daha sonra mindən-birini istəyirdim. Amma elə oldu ki, axırda pulun demək olar ki, hamısı ailəmə qismət oldu. Sənin payın da bərəkətli olsun. Bu pulu vəsiyyət edən adama Allah rəhmət eləsin, onu gətirib bizə çatdıranın günahlarını bağışlasın”.

Təbəri deyir ki, həmin pul həqiqətən mənim üçün çox bərəkətli oldu. İllər uzunu o pulun hesabına ömür sürdüm, həm yeməyimi təmin etdim, həm də kitab-dəftər aldım, elm dalınca səfərlərə çıxdım.

(İbn Cövzi. Səfvətüs-səfvə, II, 260-264, hədis 221).


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 12:46
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
Təşəkkürlər

--------------------

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:29
  • Məqalə: 1134
  • Şərh: 6724
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

winxclub_bloom

  • 6 oktyabr 2013 16:58
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
MELUMAT UCHUN TWKRLER

--------------------

✵Дорогой✵

  • 2 oktyabr 2013 09:13
  • Məqalə: 726
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 17:47
  • Məqalə: 1134
  • Şərh: 6724
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Xanim Zehra

  • 29 sentyabr 2013 16:58
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

PSIXOPATKA

  • 27 sentyabr 2013 18:41
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
maraqlidiiii tesekkkuurr

--------------------

solnuwka_

  • 27 sentyabr 2013 17:05
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
tewekkurler)

Banned456

  • 27 sentyabr 2013 16:17
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagol meleyim

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 26 sentyabr 2013 22:19
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Məşhur alim İbn Cövzi “Səfvətüs-səfvə” kitabında tarixçi Təbərinin dilindən maraqlı bir hadisə nəql edir. Bu hadisə hicri 240-cı (təqribən miladi 855-ci) ildə Məkkədə baş vermişdi, o zaman Təbərinin 16 yaşı vardı.

--------------------

Favorit Sweet Girl

  • 26 sentyabr 2013 19:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}

cox saqol bacim

мυsLiмαηκα

  • 26 sentyabr 2013 19:28
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Tewekkurler... ^^

melek_19

  • 26 sentyabr 2013 18:33
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Roya_____

  • 26 sentyabr 2013 18:11
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagol meleyımm

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 26 sentyabr 2013 17:35
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ilk şərh mənnən tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 40
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}