Həddindən artıq təmizliyə meyllilik xəstəlikdirmi?

 
Həddindən artıq təmizliyə meyllilik xəstəlikdirmi?

İnsanlar təmizliyə meyllidirlər
Yaşadıqları evin, həyətin, otağın, geyimlərin təmiz, baxımlı olması hər bir insan üçün əsas şərtdir. Çöldən evə gəldikdə, yemək yedikdə, başqa insanlarla görüşdükdən sonra əlini ağzına aparmazdan əvvəl əllərin yuyulması, demək olar ki, hər insanda adət halını almış bir davranışdır. Natəmizlikdən yarana biləcək xəstəliklərin siyahısı olduqca qabarıqdır. Məhz bu xəstəliklərə yoluxmamaq üçün təmizliyə riayət etmək lazımdır.

Lakin elə insanlar var ki, təmizlik mövzusunda həddindən artıq tələbkardırlar. Onların təmizliyə olan marağı təmiz olmaq istəyindən irəli gəlmir. Bu maraq bəzən həddini o qədər aşır ki, ətrafda olan insanlar da bu vəziyyətdən narahat olmağa başlayır.

Əslində bu qədər təmizliyə meylli olmaq xəstəlikdir. Təmizlik xəstələri ətrafda olan hər əşyaya qaşı həssas olurlar. Hətta təmizliyi həddindən artıq ciddiyə aldıqda bir əli ilə digər əlini tutduqda belə əlini yuma ehtiyacı duyurlar. Belə insanlarla bir evdə yaşamaq olduqca çətin olur. Onlar hər əşyaya real təhlükə kimi baxır və onların mikrobla qaynadığını düşünür. Buna görə daim nəm salfetlər, sabun, su həyatın ayrılmaz bir hissəsinə çevrilir. Təmizlik xəstəliyi həqiqətən mövcuddurmu? Belə insanların həddindən artıq hər əşyadan qorxması normal hesab edilə bilərmi?

Psixiatr Fidan Hümbətlinin sözlərinə görə, təmizlik xəstəliyi mövcuddur. Lakin hər təmizliyə meyl edən insana xəstə kimi münasibət göstərmək düzgün deyil. Təmizlik xəstəliyinə tutulmuş insanlar o insanlardır ki, onlar hər bir əşyaya çirkliymiş kimi baxır, əlini uzatmağa qorxur və ciddi təlaş içində olur. Belələrinin içində daim əşyaları yumaq arzusu olur: "İnsanlar arasında təmizlik xəstəliyi kimi tanınan bu hal tibbdə obsessiv-kompulsiv pozğunluq kimi tanınır. Bu haldan əziyyət çəkən insanlar həm özlərini, həm də ətrafındakıları bezdirmiş olur. Onlar üçün gündəlik yaşam heç asan olmur. Qapı dirəklərindən tuta bilməmək, avtobusa minərkən salfetlə tutacaqdan tutmaq, qəpik və kağız pullara qarşı daha diqqətli olmaq insanı yormaqla yanaşı, ətrafdakılar tərəfindən də xoş qarşılanmır.

Hətta təmizliyi həddindən artıq ciddi qəbul edən insanlar var ki, onların daha dözülməz həyatı olur. Elə xəstələrimiz olub ki, onlar dəmir qəpikləri evə gətirib yuyub, spirtləyirlər. Kağız pullardan ümumiyyətlə, istifadə etmirlər. Geyindikləri paltarı o qədər yuyurlar ki, daxilən özləri də paltarın təmiz olduğuna inanırlar. Onlar üçün paltar maşını, qab yuyan maşın heç nədir. Təmiz yumur. Oturduqları oturacaqları belə nəm salfetlə silib oturan, tək istifadəlik əşyaların təmizliyinə belə güvənməyən təmizlik xəstələri var. Onları xəstə adlandırmaq nə qədər düzgündür, deyə bilmərəm, amma nəticə odur ki, bu cür insanların ciddi psixi pozuntuları var".


Təmizlik xəstəliyi elə də geniş yayılmış xəstəlik deyil. Təxminən hər 100 insandan 4-ü bu xəstəlikdən əziyyət çəkir. Yaranma mərhələlərində hər şeydən şübhələnmək, təmizliyə əmin olmamaq, çirkli qab, yaxud əşyalardan istifadənin yaratdığı fəsadların şahidi olmaq və s. durur. İnsan öz davranışlarının fərqində olur. O başa düşür ki, etdikləri çevrə tərəfindən birmənalı qarşılanmır. Lakin hərəkətlərinə və qorxusuna qalib gələ bilmir. Təbii ki, bu mərhələyə gələnə kimi bir sıra hərəkətlər artıq insanın təmizlik xəstəliyinə doğru getməsini göstərir. Lakin əksər insanlar buna fikir vermirlər.

Həmsöhbətimiz bildirir ki, təmizlik xəstəliyindən qurtulmaq mümkündür. Müalicədən sonra tamamilə əvvəlki həyatına qayıdan insan normal həyatına davam edə bilir. Lakin vaxtında müalicə olunmasa vəziyyət daha da çətinləşir və iş o yerə gəlir ki, insan özü öz əli ilə yemək yeməkdən çəkinir. Belə ağırlaşmalara gələnə kimi insan kiçik tutmalarla üzləşir. Daim təmizlik edir, evə gələn digər insanın əlini vurduğu bütün əşyaları onun arxasınca gəzərək silir, gündə 10-15 dəfə əllərini silir, yuyur: "İnsanın bu hala gəlməsində bioloji, psixoloji, ətraf mühit faktorları önəmli rol oynayır. Ailəsi çox təmizkar olan ailələrin uşaqları da bu narahatlıqdan əziyyət çəkir. Uşaq vaxtından təmiz saxlanılan, oynadığı zaman üst-başının çirklənməsi zamanı dərhal təmizlənməsi və buna görə təlaş keçirilməsi uşağın gələcəkdə bu xəstəliyə tutulma riskini artırır. Təəssüf ki, belə olduqda ətrafdakı insanlar onlara kömək etmək yerinə uzaqlaşmağı məsləhət bilirlər. Zamanla çevrəsindəki azalmanı görən insan özünə qapanar, daha çox təmizliyə meyl edər, bir müddət sonra depresiyaya düşər".

Psixiatrın dediyinə görə, ümumiyyətlə, bütün insanlarda hansısa tipik pozuntu əlaməti var. Bu hal şəxsin gündəlik sosial ictimai həyatına mane olursa, o zaman xəstəlik sayılır. Əgər insan gündəlik təmizliyə 20 dəqiqə belə vaxt sərf edirsə, ancaq bu, onun normal həyat fəaliyyətini davam etdirməsinə mane olursa, bu, artıq təhlükəlidir. Müalicə etməzdən əvvəl bu pozuntunun ağırlıq dərəcəsi müəyyənləşdirilir. Əgər yüngüldürsə, davranış terapiyası ilə, orta ağır və ağırdırsa, davranış terapiyası ilə birlikdə dərmanlardan da istifadə olunur. Müalicə olunmadığı təqdirdə vəziyyət daha gərgin olur. Əlləri yumaq prosesi 30 dəqiqəyə, çimmək 3-4 saata qədər uzanır. Təmizlik isə istər qidalanmaqdan, istər ailədən, istərsə də şəxsin gündəlik işlərindən irəlidə durur.


Geri dön

✵Дорогой✵

  • 4 oktyabr 2013 11:53
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
Yox Son Werh Menden tongue

biladnoy qiz

  • 30 sentyabr 2013 00:01
  • Məqalə: 0
  • Şərh: 210
  • Bal:
{awards}
menim xalam dewed temiz kardi

Banned549678

  • 29 sentyabr 2013 10:43
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Son SerhDe MendeN tongue

nuray sirinova

  • 28 sentyabr 2013 17:12
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
şerhler ucun tesekkurler))

Roya_____

  • 28 sentyabr 2013 15:32
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler ^^

ADA GirL

  • 28 sentyabr 2013 11:52
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Təşəkkürlər.... laughing

solnuwka_

  • 28 sentyabr 2013 03:34
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
tewekkurler

ヅ Sevimli_qiz ヅ

  • 27 sentyabr 2013 23:15
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
Tewekkurler... ^_^

FRONTIER

  • 27 sentyabr 2013 23:03
  • Məqalə: 0
  • Şərh: 112
  • Bal:
{awards}
Sensiz menası yox heyatın artıq .
Keçmiş xatireler bir an silindi ?
Bilirem geriye dönmeyeceksen .
Yaxınlaş gedirem , ölürem indi .

-chanel-

  • 27 sentyabr 2013 22:21
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
____________________Tewekkurler___________________

ღNəmLi kiprikღ

  • 27 sentyabr 2013 21:49
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler.......

melek_19

  • 27 sentyabr 2013 21:46
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
men de temizkaram amma xeste olacaq qeder deyil

--------------------

TAYNA VOSTOKA

  • 27 sentyabr 2013 21:09
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Təxminən hər 100 insandan 4-ü bu xəstəlikdən əziyyət çəkir. ---o 4 den biride menim refiqem Nigardi

--------------------

ZAC EFRON

  • 27 sentyabr 2013 20:32
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Temizik gormerem ) ama cirkli insanlara iyenirem :D tewekkurs

мυsLiмαηκα

  • 27 sentyabr 2013 19:30
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
tewekkurler.. :)

Ulker_1991

  • 27 sentyabr 2013 18:54
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
mende dehwet temizlik xestesiyem herden bu halima eseblewiremde sad

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 27 sentyabr 2013 18:08
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər=)

--------------------

solnuwka_

  • 27 sentyabr 2013 18:06
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
tewekkurler

love%messi

  • 27 sentyabr 2013 17:58
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
tewekkurler

--------------------

Roya_____

  • 27 sentyabr 2013 17:50
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler =)

Banned549678

  • 27 sentyabr 2013 17:36
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Ilk SerH menDen tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}