Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

 
Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

Somalili bir uşaq və ya kor bir insan Allahı niyə sevsin ki?Qarşımıza belə bir sual çıxır: “Bir insan Allahı sevmək məcburiyyətindədirmi? Misal üçün, Somalidə bir uşaq və ya kor bir insan nə üçün Allahı sevməlidir ki?” Bəzən bu cür suallar ağlımıza gəlir, lakin verməyə qorxuruq. Belə sualları verməkdən çəkinməmək lazımdır. Sözsüz ki, hər bir sualın tam və dolğun cavabı vardır.

Bu sual İslam ideologiyasının ilkin mərhələlərilə tanış olduqdan sonra verilə biləcək bir sualdır. Bu mərhələdə Allah və Ona qarşı sevginin duyulub-duyulmaması müzakirə mövzusudur.

Sevgi anlayışı mücərrəd və hissi bir məfhumdurki, onun vahid bir tərifi yoxdur. Hər bir insan sevgini öz təxəyyülü və düşüncəsi formasında təcəssüm etdirir. Həzrət Süleymanın (ə) buyurduğuna görə, heç bir şey məhəbbət qədər şirin deyil. Məhəbbət o qədər şirindir ki, həyatın bütün ağrı-acılarını onunla şirinləşdirmək, ictimai və fərdi çatışmazlıqları onunla həll etmək olar. Həqiqətən, sevgi bir çox çətinlik, problem, məşəqqətləri aradan qaldırmağa malik bir qüvvədir. Bunu özünətəlqin kimi qəbul etmək səhvdir.

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

ALLAHA İNAMIN İNSAN HƏYATINDA NƏ ROLU VAR?

Hər bir insanın qəlbində fitri olaraq Allaha bir bağlılıq var. Bir çox müqəddəs kəlamda insanların dünyaya gəldiyi zaman, vahid inancla göz açdığı, daha sonra valideynlərin istiqamətləndirməsilə dəyişildiyi qeyd edilmişdir. Hər bir insan bu barədə təfəkkür, götür-qoy etməklə yaradılış barədə düşünür. Kimisi suallarına cavab tapmayıb məsuliyyətdən yaxa qurtarmaq üçün inkara əl atır, kimisi bu barədə ümumən düşünmək istəmir. Tutaq ki, biz bir evə daxil omuşuq və o ev tamamilə nəzarətsiz qalıb. Bu zaman işlərimizdə diqqətli, nizamlı olmağa bir səbəbimiz olmayacaq. Özümü necə istəsək aparacağıq və zərrə qədər məsuliyyət hissi keçirtməyəcəyik. Lakin yiyəsi olan evə daxil olsaq, bu evdə xüsusi bir nizamın hökm sürdüyünü, qeydə alındığını, kameraların bizi izlədiyini anlasaq, bu zaman sözsüz ki, davranışlarımız tamam dəyişəcək və biz əməllərimizi, davranışlarımızı doğru-düzgün icra edəcəyik. Demək ki, Allahı tanıma bizim həyatımızda köklü dəyişiklərin aparılmasına səbəb olur. Bu barədə əmin olduqda nəinki aşkarda, hətta gizlində belə, Allaha qarşı həyalı olur, cızığımızdan çıxmamağa çalışırıq.

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

ALLAHA MƏHƏBBƏT NECƏ YARANIR? ÜMUMİYYƏTLƏ MƏHƏBBƏTƏ DÜZGÜN BAXIŞ HANSIDIR?

Biz həm özümüzdə, həm də ətraf mühitdə Allahın nişanələrini görməkdəyik. Bu dünya nizamlı dərəcədə yaradılmışdır, onun nizamına nasazlıq gətirən isə insandır. Bunun nəticəsidir ki, içməli-yeməli sərvətlərimiz, aldığımız hava bizim üçün zərərli və zəhərli olur. Eksperimental mühit, kapitalist sərmayəçilik dünyada fəsada səbəb olur, növbənöv yeni xəstəliklər yaradır. Lakin yaradılış bu cür deyil. Dünyaya şikəst övlad gəlirsə, bunun günahını Allahda deyil, özümüzdə axtarmalıyıq. Narkoman və şərabxor valideynlərin şikəst övladı doğulursa, günahkar valideynləri deyil, Allahımı hesab etməliyik? İnsan yaradılışın səmimiyyətini, yaradılışına qarşı məhəbbəti duyur və Yaradanını sevməyə başlayır. Məhəbbətin ən gözəl məfhumu vəzifəyə düzgün əməl etməkdir. Vəzifəsini düzgün icra edən şəxsi “aşiq” adlandıra bilərik. Allahı sevmək bizi daha da məsuliyyətli edir və ölüm təhlükəsiylə qarşılaşacağımız zaman belə, bu sevgi bizi saf və düzgün insan yolundan çıxmağa qoymur.

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

SEVMƏK MƏCBURİYYƏTDİRMİ?

Adətən sevginin səbəb və illətini izah etmək çətindir. Lakin sevginin səbəbsiz olduğunu da iddia edə bilmərik. Hər birimizin valideynlərimizə qarşı sevgisi var. Ananın da övladına qarşı fitri sevgisi var və o da, özü qavrayacaq tərzdə övladına məhəbbət duyur. Bu barədə ananı məcbur edən varmı? Sevgi və zorakılıq antonim ifadələrdir. Sevgi olan yerdə heç zaman zorakılıq olmur. Zorakılıq varsa, bu ya sevginin olmaması, ya da sevginin başqa don almasıdeməkdir. Allaha qarşı çıxan hər bir insanın səbəbi vardır və bu insanların çoxu Allahdan istədikləri və umduqlarını əldə edə bilmədikləri üçün sevgini zor kimi görmə qənaətinə gəlmişdir. “Allahı sevmək zorladırmı?” sualı əvəzinə “Allahı sevməmək olarmı?” kimi baxsaq daha çox nəticə əldə etmiş olarıq.

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

ANA SEVDİYİ BALASINI AĞIR CƏZALANDIRMADIĞI HALDA, NƏ ÜÇÜN ALLAH BƏNDƏLƏRİNİ CƏHƏNNƏM ATƏŞİ İLƏ CƏZALANDIRIR?

Həqiqətən maraqlı sualdır. Bildiyimiz kimi, mövcud dünyada cəzaçəkmə müəssisələri var və heç kəsi ora əbəs yerə salmırlar. Cinayətkara cəza verilirsə, səbəb cinayətkar və onun törətdiyi çirkin əməllərdir. İnsan əməllərinin cəzasını çəkməyə məhkumdur. Əgər törətdiyi vəhşiliklərin sayı-hesabı yoxdursa, ona mükafat vermək ədalətsiz olmaq demək deyilmi? Əgər valideynimiz bizi pis işlərdən dayanmadan çəkindirirsə, soyuq havada yüngül paltarla çıxmamağımızı tapşırırsa, biz də, etinasız yanaşaraq özümüzü xəstələndirib, yataq xəstəsinə çeviririksə, günah onlardadır, ya bizdə?

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

SOMALİDƏ BİR UŞAQ VƏ YA KOR BİR İNSAN ALLAHI NƏ ÜÇÜN SEVMƏLİDİR Kİ?

Yenə də, məsələyə səhv yöndən istiqamət alırıq. Sanki öz əməllərimizi, həm də qəbih əməllərimizi boynumuzdan atmağa çalışırıq. Somali də dünya ölkələrindən biri sayılır. Orada da hər bir ölkədə olduğu kimi problemlər vardır. Hətta dünyanın inkişaf etmiş ölkələrində yaşayan elə insanlar var ki, onların durumları bir somalili cocuqdan daha acınacaqlıdır. Məsələnin səbəbini öyrənmədən bu cür qeyri-səmimi cavab vermək olmaz. Buna oxşar suala (şikəst uşağın dünyaya gəlməsi) yuxarıda cavab verdik. Bu eynilə bu suala bənzəyir: “Nə üçün ermənilər torpaqlarımızı işğal ediblər, nə üçün Xocalıda uşaqlar şaxtadan donub ölüblər? Nə üçün qız-gəlinimiz əsir düşüb?” Bunun səbəbi kimdədir əcəba? Allahdamı? İndi, torpaqlarımızın işğal olunmasına görə Allahımı təqsirkar bilməliyik? Həmin şəxslər əllərini vicdanının üstünə qoysunlar, bu dünyada ədalət varsa, bir də, zülm var. Zülm dünyanı ağuşuna almışdır, biz də zülmlə mübarizə apararaq ədaləti bərqərar etməliyik, xeyirxah bir insan olmalıyıq. Zülm də, xeyr də insanın əlindədir. Allah insanlar üçün nizamlı bir yaradılış xəlq etmişdir, insan isə o məskəni zülmə qərq etmişdir. Əgər bunları Allah həll edəcəksə, insana nə hacət? Əgər hər bir insan Allaha arxalanaraq, təvəkkül edərək zülmün qarşısında durub, ədaləti bərqərar etsə, hətta Somali belə, gözəl bir yerə çevrilər. Zülmlə mübarizə aparmaq təkcə ələ top-tüfəng alıb vuruşmaq deyil. Bu cür mübarizə, mübarizənin bir hissəsidir, özü deyil. Hər bir insan əvvəlcə özünü, daha sonra ailəsini, daha sonra qonum-qonşusunu, daha sonra yaşaşıy ərazisini düzəltməyə, islah etməyə çalışsa nə olar? Özümüz düşünək!

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

NƏTİCƏ

Allahı tanıdıqdan sonra Onu sevməmək qeyri-mümkündür. Allah bizi Ona itaət etmək, sevmək barədə məcbur etmir. İtaət edib, sevməyin Ona bir faydası yoxdur. Bu işdən karlı çıxan yalnız bizik ki, nəticədə kamil insana çevrilirik.

Fərid Abdullah

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 12:42
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
ALLAH RAZI OLSUN

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər

winxclub_bloom

  • 6 oktyabr 2013 16:50
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
CHOX SAGOLUN MELUMAT UCHUN

--------------------

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 17:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razı olsun

biladnoy qiz

  • 30 sentyabr 2013 01:03
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
en gozel sevgi allahin seevgisidir twk...........

Xanim Zehra

  • 29 sentyabr 2013 02:29
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
bilirdim Allah razi olsun

anar ayka

  • 28 sentyabr 2013 15:42
  • Məqalə: 0
  • Şərh: 53
  • Bal:
{awards}
Elbetde Allahi sevmek mence mecburdu.Insan yoxdan yaranib.ve Allah bizleri yaradanda deyib ki,siz yalniz mene ibadet edin.Yaranma sebebimizde budu.O bize 2 el,2ayag,10 barmaq,2 qulaq,1 burun ve.s temennasiz verib.qarsiliginda nese istemeyib ki? Alllah bizi ona ibadet etmek ucun yaradib.1 gunde 24 saat var.onun 23 nu hediyyedi.geriye 1 saat qalib..onuda ibadet edek namazlarimizi qilaq..ne olar ki ? ozumuzcun edirikde bu savablari.Allahin bizim namazimiza,ibadetimize ehtiyyaci yoxdu,bizim onun rehmetine ehtiyyacimiz var..yenede deyirem men Allahimi coooooooooooooxx sevirem.elhemdulillah her gun meni yaddan cixartmir namazina qalxiram.dualarimi edirem.Ve dualarimi sukr ola qebul edir.Allahumme ecirna minnen nar(Allah bizi cehennem odundan qorusun) amin insallah..nese cox danisdim deyesen :)

PSIXOPATKA

  • 28 sentyabr 2013 11:48
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
COOX GOZEL TEWEKKUURR

--------------------

GUNI

  • 28 sentyabr 2013 01:00
  • Məqalə: 0
  • Şərh: 6402
  • Bal:
{awards}
nece yani basa dusmurem seni yaradani nece sevmiyesen mence bu mumkun deyil men sexsen ALLAHI sevmiyenlerden irgenirem olar insa deyiler mence ........ayricada meqaleye gore twk..........

--------------------

melek_19

  • 27 sentyabr 2013 22:30
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Nikimi Pisik Yedi

  • 27 sentyabr 2013 16:09
  • Məqalə: 28
  • Şərh: 194
  • Bal:
{awards}
Hami ALLAHI sevmelidi ister istesin ister istemesin mecburidi men ALLAHi cox sevirem

--------------------
Küsmek ve darılmak için bahaneler aramak yerine,
sevmek ve sevilmek için çareler arayın...

Banned456

  • 27 sentyabr 2013 15:34
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
MecburDur tebiiki.Cani verende ALLAHdi alanda..yasmasina Sebebde ALLAHdi..nece yeni bu qederde nasukurluk olmazki axi...

Sudan Bikmis Balik

  • 27 sentyabr 2013 14:26
  • Məqalə: 38
  • Şərh: 562
  • Bal:
{awards}
Allahi sevmemek olarmi yeni?!! Bu mumkun deyil...!!!

Angel-Feride

  • 27 sentyabr 2013 14:24
  • Məqalə: 54
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun.

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 27 sentyabr 2013 14:21
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ShoKKi_MoKKi

  • 27 sentyabr 2013 11:43
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Allaha sevgi nəyinsə xətrinə olmamalıdır.Ürəydən gəlməlidir..Sonsuz olmalıdır.ALLAHı sevməyənə lənət!

Meqaleye gore cox saqolun Allah Razi Olsun

--------------------

^Peri MaSali^

  • 27 sentyabr 2013 11:23
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
ALLAH HER KESDEN RAZI OLSUN,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, winked

Roya_____

  • 27 sentyabr 2013 10:20
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun^^

ARCUN

  • 27 sentyabr 2013 09:13
  • Məqalə: 52
  • Şərh: 372
  • Bal:
{awards}
ƏN GOZƏL SEVGİ ALLAH SEVGİSİDİ

--------------------
Çirpma Divarlara gəlməsin Əllərin Saatdan Acığını Çıxma İllərin Ailədə Qurdun Ancaq Şəkillərin Saxladin İllər Boyu Telefonda Sonda Nə Tapdin Onda
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 46
Cəmi: 84

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}