
Dünyasını dəyişmiş adamın qılmadığı namazları qılıb savabını ona bağışlamaq o mərhumun böyük oğlunun vəzifəsi sayılır (cəfəri məzhəbinə görə). Əgər böyük oğul bunu etməyə vaxt və imkan tapmırsa, başqa adama muzdla atasının qəza namazlarını qıldırmalıdır.
Qəza orucları da bu cürdür. Mərhumun oğlu yoxdursa, qızına bu vəzifə düşməz. Həmçinin, böyük oğul bunu etməsə, kiçik oğula da borc sayılmaz. Bəzi müctəhidlər ata ilə yanaşı ananın da qəza namaz və oruclarını yerinə yetirməyi böyük oğula vəzifə bilirlər. Əlbəttə, əgər ata və ya ana sağlığında namaz qılmaq haqqında heç düşünməyibsə, namaz qılmağı ciddi saymayıbsa, onun qəzalarını qılmaq da böyük ehtimalla fayda verməyəcək