Yerin ən böyük sirri

 
Yerin ən böyük sirri


Yer kürəsi üzərindəki naməlum rəsmlərin sirrini kimlər və nə vaxt açacaq?

Naska - bu sirli yayla artıq bir əsrdən çoxdur dünya alimlərinə rahatlıq vermir. Yüz ildir dünyanın müxtəlif yerlərində alimlər Peru yaylasındakı sirli rəsmlərlə «mübarizə aparırlar». Naska yaylası və ya Pampa, Perunun paytaxtı Lima şəhərindən 450 km cənubda yerləşir. Bu, 60 km və 500 kvadrat metr ərazidə müxtəlif fiqurlar əmələ gətirən qəribə xətlərlə əhatə olunur. Naskanın ən əsas müəmması üçbucaqlı formasında geometrik fiqurlar və heyvan, quş, balıq, həşərat və insana bənzəyən otuzdan çox qeyri-adi, çox böyük rəsmlərin olmasıdır.

Torpaq üstə şəkillərin gəzintisi

Naska səthindəki bütün şəkillər qum suxurunda qazılıb. Xətlərin dərinliyi 10-30 m arasındadır, zolağın eni isə 100 metrə çatır.
Şəkillər, xətlərinin kilometrlərlə uzanmağına baxmayaraq, heç vaxt relyefin təsiri liə dəyişmir. Xətlər fasiləsiz olaraq təpələrə qalxır, sonra aşağı enir, amma şəkillər öz mükəmməl formasını saxlayır.

Bu şəkilləri kim və nə üçün yaradıb? Naməlum qəbiləmi, yoxsa kosmosdan gələnlərmi? Bu suala indiyədək cavab tapılmayıb. Bu gün bununla bağlı çoxlu sayda nəzəriyyə mövcuddur, lakin onların heç biri mütlq şəkldə bu sirr aça bilməyib.
Alimlər bu rəsmlərin yaşını nisbətən dəqiq hesablaya biliblər. Orada tapılan keramika fraqmentləri və orqanik qalıqların analizinin nəticələrinə əsaslanaraq bildiriblər ki, e.ə 350-ci, bizim eranın 600-cü illəri arasında burada sivilizasiya olmuşdur. Lakin bu nəzəriyyə də dəqiq olmaya bilər. Çünki sivilzasıyanın nümunələrinin buraya şəkillərin yaranmasından xeyli sonra gətirilməsi mümkündür.
Nəzəriyyələrdən birində deyilir ki, bu ink imperiyası yaranmamışdan əvvəl Peruda məskunlaşan naska hindularının əsərləridir. Onlar özlərindən sonra dəfn yerlərindən başqa heç nə saxlamayıblar. Ona görə məlum deyil ki, onların öz abidələri olubmu, yoxsa sadəcə səhranı rəsmlərlə bəzəyiblər.

Su axtardılar, möcüzə tapdılar...

Naska rəsmləri haqda ilk məlumat XV-XVII əsrlərdə ispan tədqiqatçıların salnamələrində verilib. Lakin o zaman bu məlumatlar ictimai və elmi dünyanın diqqətini cəlb etməyib. İndiki "partlayış" isə aviasiyanın inkişafı ilə baş verdi. Məsələ burasındadır ki, bütün xətlərinin böyük sistemini yalnız quş uçuşu hündürlüyündən görmək olar.

Bu təsvirləri görən ilk şəxs, Peru arxeoloqu Mexia Ksesspedr. O, 1927-ci ildə bir dağın yamacında rəsmin bir hissəsini görür. Lakin 1940-cı illərdə Naska ciddi şəkildə tədqiq edilməyə başladı. Məhz o vaxt amerikalı tarixçi Pol Kosok fiqurların təyyarədən çəkilmiş fotolarını ictimaiyyətə təqdim etdi. Əslində Naska üzərindən uçuşlar səhrada içməli su mənbəyi axtarmaq məqsədilə edilsə də, tədqiqatçılar planetin ən böyük sirrini tapdılar.
Kasak bu rəsmlərlə bağlı ilk nəzəriyyəsini irəli sürdü - Naska rəsmləri nəhəng astronomik təqvimdir. O, ulduzlu göyün rəsmlərilə analogiya apararkən, məlum oldu ki, bəzi xətlər bürcləri göstərir, eyni zamanda Günəşin doğması və batmasını qeyd edir. Kosakın nəzəriyyəsini alman riyaziyyatçı və astronom Mariya Rayxe inkişaf və davam etdirir. Kosak əlində olan bütün foto və materialları ona verdi və Rayxe 40 il ərzində Naska xətlərinin mənasını anlamaq üçün onları sistemləşdirməyə çalışdı. O, aydınlaşdırdı ki, səhra ərazisindəki bütün rəsmlər eyni üsulla və çox güman ki, əllə yaradılıb. Yayla ərazisində ilk olaraq quş və heyvan fiqurları cızılmış, sonra isə yuxarıya doğru əlavə xətlər çəkilmişdir. Bundan başqa, Rayxe sonradan eyni ölçüdə təkrarlanan bir sıra rəsmlərin eskizini aşkarladı.

Bələdçi, aerodrom, yoxsa xəstəliklərin əlacı?

Ayrı-ayrı fiqurların sonluqlarında isə yerə taxta mismarlar çalınıb. Onlar naməlum rəssam üçün koordinat rolunu oynayırdı. Nəzərə alınsa ki, fiqurları yalnız yüksəklikdən görmək mümkündür, Rayxe və digər alimlər belə qənaətə gəlirlər ki, bu rəsmlər yaranan zaman artıq insanlar uça bilirdilər. Məhz buradan belə bir nəzəriyyə yaranır ki, Naska yaylası nə zamansa qədim sivilizasiyaların aerodromu olub.

Az sonra məlum olub k, Naska dünyada «şəkillərlə bəzənmiş» yeganə yayla deyil. Ondan 10 kilometr aralıda kiçik Palpa şəhəri ətrafında minlərlə anoloji xətlər, zolaqlar, rəsmlər var. Yayladan 1400 metr aralıda isə Solitar dağının ətəyində Naska rəsmləri ilə oxşar olan xətlər və işarələrlə əhatə olunan nəhəng insan heykəli tapılıb. Naskadan bir az aralıda Qərbi Kordilyerdə daha bir qəribə fenomen-müxtəlif istiqamətlərə burulan iki labirint tapılıb. Maraqlıdır ki, ildə təqribən 5 dəfə o əraziyə cəmi 20 dəqiqə ərzində kosmik şüalar düşür. Deyilənə görə, bu şüalara düşən adam sağalmaz xəstəlikdən xilas olur.

Yerdəki sirli şəkillərə ABŞ-ın Ohayo ştatında, İngiltərədə, Afrikada, Altay ərazisində və Uralda da rast gəlinib. Fiqurların forma və görünüşləri hər yerdə müxtəlif olub. Ancaq onları birləşdirən bir meyar var - bu rəsmlər hamının görə bilməsi, ümumi baxış üçün nəzərdə tutulmayıb.

Yadplanetlilərin səfəri: Yerə dönüş olacaqmı?

Naska ərazisindəki qazıntılar alimləri daha bir çox suallarla qarşı-qarşıya qoyub. Saxsı qablar və qəlpələrdə aşkarlanan rəsmlərdən məlum olub ki, Peru səhrasında bir çox minillik əvvəl pinqvinlərin mövcudluğu haqda biliblər. Əks halda, qabların birinin üzərində olan pinqvin şəklini başqa heç cür izah etmək mümün deyil. Yaylağın altında isə çoxlu sayda yeraltı yollar, tapılıb. Onlardan biri mütləq şəkildə süni suvarma sisteminə aiddir, bir hissəsi isə yeraltı şəhər olub. Burada sərdabələr və yeraltı məbədlərin qalıqları vardır.
Naska üzərindəki rəsmlərin yaranması ilə bağlı ən həyəcanlı nəzəriyyə isə kosmik gəlmələrlə bağlıdır. İlk dəfə bu nəzəriyyəni isveçrəli yazıçı Erix fon Deniken irəli sürümüşdür. O, belə bir fikir söyləyir ki, başqa planetlərdən gələnlər Naska yaylağında olublar, lakin bununla belə iddia etmir ki, xətləri onlar çəkib. Onun nəzəriyyəsinin əsasını təşkil edən əsas fikir odur ki, insanlar bu rəsmlər vasitəsilə Yeri tərk edən yadplanetliləri geri qayıtmağa çağırırlar. Üçbucaqlar - uçan aparatlara yandan əsən külək, kvadratlar isə yerə enmək üçün ən münasib yer mənasını ifadə edir. Xətlər qaranlıqda parlayan müxtəlif əşyalarla doldurulur və uçuş-eniş zolağı anlamına gəlir. Bu ciddiyə alınmayan və ən ağlasığmaz nəzəriyyədi. Amma hər halda fon Deniken müəyyən şübhə toxumu səpməyi bacarıb.

Yerdəki sivilizasiyanı kimlər yaradıb?

Yadplanetlilərlə bağlı digər versiyaya görə, Naska sirrinin açarı Parakas yarımadasındakı dağın yamacındakı «Paraks şamdanı»dı. Belə hesab edilir ki, «Paraks şamdanı»nda bizim planetimiz haqqında bütün informasiyalar cəmləşib. Şəklin sol tərəfi fauna, sağ tərəfi isə floranı əks etdrir. Şəkil özü isə bütövlükdə insan surətini xatırladır. Dağın zirvəsinə yaxın yerdə nişanə var. Bu - «sivilzasiyanın müasir inkişafının dərəcəsi»ni göstərən şkaladır. Onların sayı altıdı. Məhz elə buna görə alimlər iddia edirlər ki, bizim sivilizasiya şir bürcündən gələn yadplanetlilər tərəfindən yaradılıb. Ola bilsin ki, Naska xətlərini onlar öz gəmilərini yerə endirmək üçün koordiat sistemi kimi istifadə etmişlər.

Lakin başqa sivilizasiyalar haqqında nəzəriyyələr barədə ingilis antropoloqları daha çox israr edirlər. Məsələ burasındadır ki, mumiyalanmış inklərin əzələ toxumalarının qalıqlarının analizi göstərib ki, onların qanının tərkibi eyni dövrdə Yer kürəsində yaşayan digər insanlardan kəskin fərqlənir. Onların nadir kombinasiyalı qan qrupları olub.
Əlbəttə, bütün bu deyilənləri inkar edənlər və tamam fərqli nəzəriyyələr irəli sürənlər də tapılıb.
Bəzi digər nəzəriyyələrdə deyilir:
- heyvanların, quşların və insanların bütün şəkilləri böyük daşqınların qurbanlarının xatirəsinə həsr edilib;
- xətlər və şəkillər – bunlar qədim zodiakdır;
- fiqurlar su kultunun mərasim rəqsləri üçün istifadə olunub, xətlər isə yeraltı kanalizasiyalar və şiddətli şimal küləyini əks etdirir;
- şəkillər sprinter qaçışları üçün istifadə olunub;
- xətləri şamanlar güclü hallüsinasiyadan sonra öz səyahətləri üçün çəkiblər;

Lakin nə qədər nəzəriyyə irəli sürülməsindən asılı olmayaraq, Naska hələ də öz sirlərini saxlayır. Bundan başqa, yayla daha çox yeni sirlər ortaya çıxarır. Bura hər il yeni ekspedisiyalar gəlir. Naska hamı üçün açıqdır - alimlər və turistlər üçün. Lakin Yerdəki elmə də məlum olmayan bu rəsmlərin sirrini açmaq nə vaxtsa, kiməsə nəsib olacaqmı?

Naska ilə bağlı faktlar:

Bitki, heyvan və geometrik fiqurlardan, eləcə də digər fiqurlarla kəsişən çoxlu sayda düzxətlərdən ibarət 100-dən çox rəsm aşkar edilib.
Bütün rəsmlər bir xətlə, qırılmadan və heç bir yerdə kəsişmədən çəkilib.
Səhra rəsmləri iki yolla çəkilib: əvvəlcə mürəkkəb zoomorf fiqurlar yaradılıb, sonra isə yuxarıdan düz xətlərlə başdan-ayağa cızılıb.
Fiqurların ölçüsü: kolibri – 50 m, hörümçək – 46 m, kondor (Cənubi Amerikanın dağlıq yerlərində yaşayan çox iri yırtıcı quş) və qutan təxminən – 120 m, kərtənkələ - 188 m uzunluğundadır.
Naskada dünyada yalnız Amazoniyanın uzaq, əlçatmaz, rütubətli meşələrində rast gəlinən nadir növ hörümçək rəsmi var. Naməlum rəssamlar onun yalnız mikroskopla görünən anatomik quruluşunun bütün detallarını, o cümlədən sağ ayağının sonunda olan reproduktiv orqanın ətraflı təsvirini verə biliblər.
Naska səhrasının ən tanınmış tədqiqatçısı, öz həyatını bütünlüklə bu sirri araşdırmağa həsr edən Mariya Rayxedir.


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Yerin ən böyük sirri


Geri dön

KAYFULLA

  • 20 yanvar 2011 17:10
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
MARAQLIDIR

Nihad

  • 18 yanvar 2011 12:12
  • Məqalə: 3
  • Şərh: 140
  • Bal:
{awards}
Teşekkürlər

--------------------
Həyatda ən gözəl şey elə həyatın özüdür:)

L_SimuS

  • 17 yanvar 2011 22:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
bu barede oxumuwam ..

tewekkurler eziyyete gore

FERID

  • 17 yanvar 2011 22:03
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
PROSTA SUPER

--------------------

_PESSIMIST_SINDY_

  • 17 yanvar 2011 17:24
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
DOGRUDAN DA ELE SEYLER VAR KI ONLAR SONSUZA QEDER SIRR OLARAQ QALACAQ.

--------------------
" NOTHING IS PERFECT "

nilayka

  • 17 yanvar 2011 15:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler maraqli xeberdir

--------------------

CrazyGirl

  • 17 yanvar 2011 15:21
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Thanks......... fellow

--------------------
Sən varsansa həyat çox gözəl!

MuslimGirl

  • 17 yanvar 2011 14:19
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler cox maraqli ve gozel xebere gore. Amma bunun yadplanetlilerle elaqesi ,mence, yoxdur

YazYamuru

  • 17 yanvar 2011 13:37
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ƏZİYYƏTƏ GÖRƏ TŞK wink QARDAŞ feel

--------------------



Morning_Star

  • 17 yanvar 2011 13:23
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}