“İnter” “Birlik kuboku”nda qrupdan darmadağınla çıxdı

 
“İnter” “Birlik kuboku”nda qrupdan darmadağınla çıxdı


Bakının “İnter” klubu “Birlik kuboku” turnirinin qrup mərhələsində ikinci oyununda da böyük hesabla qalib gəlib.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda son çempionumuz “Neftçi”nin (Qırğızıstan) ardınca “İstiqlal”ı (Tacikistan) da 3:0 hesabı ilə yenib.

Komandamızdan qolları çexiyalı yarımmüdafiəçi Bronislav Çervanka, latviyalı hücumçu Girts Karlson və gənclər yığmamızın üzvü, sonradan meydana çıxan Şəhriyar Rəhimov vurub.

Bununla, “İnter” son tur öncəsi növbəti mərhələyə yüksəlməsini rəsmiləşdirib. Hazırda qrupda yüz faizli nəticə ilə lider olan komandamıza 1-ci yerlə çıxmaq üçün yanvarın 18-də Moldovanın “İskra-Stal” klubu ilə oyunda 1 xal da yetərlidir. Çünki moldovalıların 2 oyundan sonra hesabında 4 xal var. İlk görüşdə “İstiqlal”la 1:1-lik bərabərliyə qalan “İskra-Stal” bu gün “Neftçi”yə minimal hesabla qalib gəldi – 1:0.

Qeyd edək ki, Latviya yığmasının üzvü olan Karlson ilk oyunda da qol vurduğundan, turnirin bombardirləri siyahısında yer alıb.


Geri dön

L_SimuS

  • 17 yanvar 2011 23:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
tewekkurler

CrazyGirl

  • 17 yanvar 2011 15:18
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
thanks..........

--------------------
Sən varsansa həyat çox gözəl!

nilayka

  • 17 yanvar 2011 13:52
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
xebere gore twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}