Sayıq olun - o, insanı xəstə edir

 
Sayıq olun - o, insanı xəstə edir


Fikir vermisinizsə, havalar soyuyandan, yəni son günlər soyuqvurmadan gileylənənlərin sayı xeyli artıb.

Belə demək olarsa, payızın ilk günləri bir çoxları üçün soyuqvurma və qızdırma ilə yadda qaldı. Son günlər qripə yoluxanların da sayında artım müşahidə olunur. Həkimlər bunu yay mövsümünün isti günlərinin ardınca gələn soyuq payız havasının insanları ani yaxalaması ilə əlaqələndirirlər. Necə deyərlər, hava dəyişkənliyi hazırlıqsız yaxalananların xəstələnməsini qaçılmaz olur. Həkimlər bu qənaətdədirlər ki, havalar soyuduğu üçün insanların hazırlıq görmələri, məsələn, geyimlərinə diqqət etmələri vacibdir. Məsələ təkcə bununla yekunlaşmır.

Belə ki, hava dəyişikliyinin səbəb olduğu arzuolunmaz vəziyyətlərə qarşı ən yaxşı tədbirlərdən biri - orqanizmin müqavimətini gücləndirməkdir. Yuxu rejiminə diqqət etmək bu baxımdan çox vacibdir. Belə ki, nizamsız və narahat yatan adam ertəsi gün özünü yorğun hiss edir, bu isə diqqət dağınıqlığına gətirib çıxarır. Bu durum iş və şəxsi həyata da yönələrək müəyyən axsamalara səbəb olur. Yuxusuzluq beyinin anlama, analiz etmə səviyyəsini aşağı salır və fiziki aktivliyini azaldır, passivləşmə qaçılmaz olur. Odur ki, ruh və bədənin rahatlığı üçün yuxu rejiminə önəm verilməsi vacibdir.

Özünüzü gümrah hiss edəcəksiniz


Məlum olduğu kimi, payız və qış aylarında yazla müqayisədə açıq havada keçirilən müddət az olur. Odur ki, fiziki aktivlik və hərəkətlilik azalır. Bu isə qidaların həzmini çətinləşdirir. Kökəlmə və qəbizlik kimi şikayələr də bu səbəbdən, xüsusilə, ilin bu dövrlərində artır.

Bunu əngəlləmək, qarşısını almaq üçün hər zaman məsləhət görülən bol maye və meyvə-tərəvəz qəbulu çox önəmlidir. Bundan başqa, hər bir insan idmanı həyat tərzi halına gətirməlidir. Həftənin 3 günü məşq və idman etməyə xüsusi zaman ayırmaq lazımdır. Bununla həm sağlamlığınızı qoruyacaq, həm də enerjinizi daima yüksək tutaraq özünüzü gümrah hiss edəcəksiniz.

“Xəstəliyin müalicəsindən daha önəmli və asan”

Payızda havaların soyuması ilə yanaşı, hava kirliliyi də artır. Bu isə özü ilə bərabər xəstəliklər gətirir. Həkim Aydın Məmmədovun sözlərinə görə, immuniteti zəif olan uşaqların soyuq vurma və qrip olma halları da bu dövrdə artır.

Onun sözlərinə görə, soyuqdəymə, qrip və bu dövrdə müşahidə olunan digər xəstəliklərdən qorunmaq üçün qidalanma və geyimə diqqət edilməsi çox önəmlidir. “Qrip tənəffüs yolu ilə insanın vücuduna virusun girməsi ilə yayılır. Bundan qorunmaq üçün oktyabr və noyabr aylarında bol C vitamini qəbul edilməlidir. Xəstə insanlarla yaxın təmasdan mümkün qədər qaçılması da riskləri azaldır”,-deyə həkim qeyd edir.

Belə. Sağlamlığınızı qoruyun ki, sonra peşman olmayasınız. Unutmayaq, xəstələnməmişdən öncə görülən qabaqlayıcı tədbirlər xəstəliyin müalicəsindən daha önəmli və asandır.


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 19:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Fikir vermisinizsə, havalar soyuyandan, yəni son günlər soyuqvurmadan gileylənənlərin sayı xeyli artıb.

^^Nazlı Şeytan^^

  • 16 oktyabr 2013 20:07
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
baxdiginiz uchun tewekkurler

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 20:14
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

love%messi

  • 1 oktyabr 2013 17:16
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
Özünüzü gümrah hiss edəcəksiniz

Məlum olduğu kimi, payız və qış aylarında yazla müqayisədə açıq havada keçirilən müddət az olur. Odur ki, fiziki aktivlik və hərəkətlilik azalır. Bu isə qidaların həzmini çətinləşdirir. Kökəlmə və qəbizlik kimi şikayələr də bu səbəbdən, xüsusilə, ilin bu dövrlərində artır.

--------------------

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 01:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
təşəkkürlər məqaləyə görə

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 oktyabr 2013 00:44
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------

Banned456

  • 30 sentyabr 2013 23:32
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
“Xəstəliyin müalicəsindən daha önəmli və asan”

melek_19

  • 30 sentyabr 2013 22:54
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
mende xestelenmiwem sad

--------------------

ヅ Sevimli_qiz ヅ

  • 30 sentyabr 2013 22:40
  • Məqalə: 82
  • Şərh: 850
  • Bal:
{awards}
tesekkurler ^^

Roya_____

  • 30 sentyabr 2013 18:48
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
melumat ucun twk^^

ღNəmLi kiprikღ

  • 30 sentyabr 2013 17:39
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Ilk serh mennen ;)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}