Sıra sənə də gələcək: Tərk et dünyanın süsünü

 
Sıra sənə də gələcək: Tərk et dünyanın süsünü


İmanı gücləndirən, gözəl əxlaqa təşviq edən, qəlbdə Allah sevgisini artıran, ürəyi yumşaldan və gözləri yaşardan həşr, aqibət, Cənnət, Cəhənnəm, Cənabi-Allahla münasibət və zühd (zahidlik) anlayışı ilə bağlı mövzulara “rəqaiq” deyilir.

Sələfi-salehin (Rəsulullahdan sonrakı ilk nəsillərdə dinimizi ən gözəl şəkildə yaşayanlar; salehlərin sələfləri) rəqaiqi həyatın ayrılmaz parçasına çevirmiş, “Kitab üz-zühd vər-rəqaiq” adlı əsərlər yazmış, hədis məcmuələrində və ya digər kitablarında “riqaq” başlığı altında ölüm və axirətlə bağlı mövzulara, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm), əshabi-kiramın (Rəsulullahın (s.ə.s.) səhabələri) və tabiunun (Rəsulullahdan (s.ə.s.) sonrakı, yəni onu görməyən nəsil və ya o zamanda yaşasa da, məclisinə qatılmayan, üzünü görməyən, söhbətini eşitməyən insanlar) ibadət, zühd, təvəkkül, təvazö və qənaət haqqında söz və tövsiyələrinə yer vermişdir. İnsanın ölüm mələyi ilə qarşılaşması, can vermə, dəfn, qəbir əzabı, bərzəx həyatı, məhşər, hesab, mizan, sirat, Cənnət və Cəhənnəm haqqında ətraflı danışmışlar. Rəqaiq içərisində ən çox rabiteyi-mövtü (ölüm düşüncəsi) vurğulamış və axirət üçün azuqə tədarükünün zəruriliyinə diqqət çəkmişlər.

Tərk et dünyanın süsünü!

Rabitə iki ünvan arasında bağ, bağlılıq, irtibat, əlaqə və münasibət mənalarına gəlir. Mövt isə ölüm deməkdir. Beləliklə, “rabiteyi-mövt” ifadəsinin mənası ölümü yaddan çıxarmamaq, daima axirəti düşünmək və bu düşüncə ilə hərəkət etmək, dünyanın fani olduğunu unutmadan əbədi səadəti qazanmaq üçün səy göstərmək və tuli-əməldən (bitib-tükənməyən nəfsani arzu-istəklərdən) qurtulub böyük bir şövqlə axirət yamaclarına yönəlməkdir.

Qurani-Kərim mütəmadi olaraq ölümü və ölümdən sonrakı həyatı xatırladır. “Hər bir kəs (canlı) ölümü dadacaqdır” (“Ali-İmran” surəsi, 3/185), “(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!” (“Ənbiya” surəsi, 21/34), “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).” (“Rəhman” surəsi, 55/26), “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (“Zumər” surəsi, 39/30) və s. kimi ayələrdə dünyanın faniliyini, insanları böyük məhkəmə gözlədiyini və axirətin əbədi olduğunu vurğulayır.

Peyğəmbərimiz (s.ə.s.) də: “Ölümü və öldükdən sonra sümüklərin və bədənin çürüməsini yada salın. Axirət həyatını istəyən dünya həyatının bər-bəzəyindən əl çəkər”, - buyurmuş, “Ləzzəti acılaşdıran ölümü tez-tez xatırlayın”, - deyərək rabiteyi-mövti tövsiyə etmişdir.

Haqq dostları Allah-Təalaya vasil olmaq (qovuşmaq) və dünyanın mənəvi təhlükəsindən qurtularaq əbədi səadətə çatmaq üçün bir tərəfdən nəfsi-əmmarəni (nəfsin azğınlaşmış istəklərini) çilə və riyazatla öldürməyə çalışmış, digər tərəfdən də dünyada fani qonaq olduqlarını düşünərək axirətə hazırlıq görmüşlər. Daim insanlara ölüm həqiqətini xatırlatmış və rabiteyi-mövtü təlqin etmişlər.

Neçə-neçə gül üzlü sultanlar yatır burada

Digər tərəfdən, qəbirləri ziyarət etmək və o məkanlara ibrət yeri kimi baxmaq rabiteyi-mövt üçün faydalı ola bilər. Təəssüf ki, dünyapərəstlik və gündəlik məşğuliyyətlər insanların əl-qolunu elə bağlayıb ki, bu gün qəbirlərdən ibrət alana rast gəlmək müşkül məsələdir. Şəxsən qəbiristanlığa çox getmişəm, sayı yadımda deyil, çoxlu dəfn mərasimində iştirak etmişəm, ancaq təəssüf ki, keçmişini düşünərək, sabah hesaba çəkiləcəyini gözünün qabağına gətirərək, bu gündən gələcəyə baxaraq ağlamaqdan huşunu itirən bir insan da görmədim. Odur ki, həyatın qədrini bilmək, dünyanın faniliyini hiss etmək və insanların get-gedə qəbirə yaxınlaşdığını yada salmaq üçün, məncə, xəstəxanalara baş çəkmək daha təsirli olar. Qənaətimcə, hər insan xəstəxanaya getməli, xəstələrə baş çəkməli, imkan daxilində onlara kömək etməli; əlində sidik torbası ilə gəzənlərin, yerindən tərpənə bilməyən, ömrünü əlil arabasında keçirən insanların halını görüb ibrət götürməli; inildəyən insanların səsinə qulaq verməli, o səs və qorxuda ölümü hiss etməyə çalışmalı... Bununla da rabiteyi-mövt düşüncəsini möhkələtməlidir.

Bəli, rəqaiqdə rabiteyi-mövt mövzusu birinci bölümdə yer alsa da, bunun o tərəfi də var. Ölümlə birlikdə xatırlanan inandığımız əsaslar da var. Bədiüzzaman Həzrətlərinin ifadəsi ilə desək, əhli-imana ölüm rəhmət qapısıdır, həyat vəzifəsindən tərxis olmaqdır, əksəriyyəti o biri dünyada olan dost və qohum-əqrəbaya qovuşmaq, əbədi səadətə çatmaq üçün bir vasitədir. Əhli-zəlalət üçün isə əbədi zülmət quyusudur. Odur ki, ölüm və ölümdən sonrakı həyatı hərtərəfli izah etmək, əbədi səadəti qazanmağa fürsət varkən, hər məsələni ölümlə əlaqələndirmək və insanları ölümə hazırlamaq, hətta axirətin gözəlliklərindən bəhs edərək hər kəsin ürəyində o biri dünyaya sevgi, istək və vüsal arzusu oyatmaq lazımdır. Söhbət məclislərini bu mövzu ətrafında qurmalı, “Faniyik, biz də öləcəyik, bu gün son günümüz, bu gecə son gecəmiz ola bilər” düşüncəsi ilə nəfəs alıb verməliyik.

Bədiüzzamana görə rabiteyi-mövt

Bədiüzzaman Həzrətləri rabiteyi-mövtün ixlası əldə etmək və onu qorumaqda ən əlverişli yol olduğunu bildirmiş, onu “ölümü düşünüb, dünyanın fani olduğunu dərk edib nəfsin tələsinə düşməmək” şəklində səciyyələndirmiş, “köhnə Səid”in məhz riyaya nifrət oyadan və ixlas gətirən rabiteyi-mövtlə “yeni Səid”ə çevrildiyini deyərək başda “Həşr” və “İxtiyarlar” risaləsi olmaqla digər əsərlərində o rabitəni və ölümün əhli-iman üçün nurani, ruhani və gözəl bir həqiqət olduğunu diqqətə çatdırır. Üstəlik, “Qırx illik ömrümdən, otuz illik təhsilimdən dörd sözlə dörd kəlam öyrəndim” cümləsi ilə başladığı “Qətrə risaləsi”ndə “əl-məvtü-Haqqun - Ölüm haqdır” həqiqətini şərh etmişdir.

Rabiteyi-mövtü özünə dost seçdiyini deyən Bədiüzzaman Həzrətləri bu məfhuma bəzi sufilərdən qismən fərqli yanaşmış və onu həyatına fərqli üslubda tətbiq etmişdir. Onun fikrincə, rabiteyi-mövtdə gələcəyi xəyalən indiki zamana gətirmək, ölüm həqiqətini dərk edərək fikrən gələcəyə getmək lazımdır. Sufilər isə gələcək hadisələrə baş vermiş hadisələr kimi baxaraq rabiteyi-mövt edirlər. Dolayısilə, onlar ölümün mütləq gəlib çatacağını düşünüb ölmədən öldüyünü təxəyyül edərək ölümü indiki zamana gətirirlər. Ancaq insan bir gün öləcəyinə inansa da, nəfs o ölüm anını ona çox uzaq göstərir. İnsan xəyalən gələcəyi indiki zamana gətirib ölümünü düşünsə də, nəfs əlinə fürsət keçən kimi “Kim bilir, hələ neçə il yaşayacam?” deyib onu qəflətə düşürə bilir. “Xəstələr risaləsi”ndə də keçdiyi kimi, gənclik və səhhət insanı qəflətə çəkir, dünyanı gözəl göstərir və axirəti unutdurur.

Bədiüzzaman Həzrətlərinin rabiteyi-mövt anlayışının əsasında “Həqiqət etibarilə, fikrən indiki zamandan gələcək zamana getmək” fikri dayanır. Onun fikrincə, insan xəyala və fərzi düşüncələrə ehtiyac qalmadan, bu qısa ömür ağacının yeganə meyvəsinə, yəni öz cənazəsinə baxa bilər. Bununla öz ölümünü gördüyü kimi, azca o biri üzə keçsə, əsrinin ölümünü də görə, azca da keçsə, dünyanın ölümünü də müşahidə edə bilər. “Hər nəfs ölümü dadacaqdır” (“Ali-İmran” surəsi, 3/185) məallı ayə ilə əlaqədar bu həqiqətə toxunan Həzrəti Bədiüzzaman: “İnsan növü bir nəfsdir, dirilmək üçün öləcək. Yer kürəsi də bir nəfsdir, əbədi bir surətə bürünmək üçün o da öləcək. Dünya (həyatı) da bir nəfsdir, axirət surətini almaq üçün o da öləcək!” deyir.


Geri dön

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:14
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 20:48
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 16:36
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 17:06
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

melek_19

  • 30 sentyabr 2013 00:06
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 29 sentyabr 2013 22:09
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN aşkım

--------------------

ADA GirL

  • 29 sentyabr 2013 20:11
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
tesekulrer

Banned549678

  • 29 sentyabr 2013 19:11
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun SiriN-SekeR AyseLim^^

Gun--ka

  • 29 sentyabr 2013 18:00
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
“Hər nəfs ölümü dadacaqdır” (“Ali-İmran” surəsi, 3/185) məallı ayə ilə əlaqədar bu həqiqətə toxunan Həzrəti Bədiüzzaman: “İnsan növü bir nəfsdir, dirilmək üçün öləcək. Yer kürəsi də bir nəfsdir, əbədi bir surətə bürünmək üçün o da öləcək. Dünya (həyatı) da bir nəfsdir, axirət surətini almaq üçün o da öləcək!” deyir.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Roya_____

  • 29 sentyabr 2013 17:43
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun wırınımm

Banned1

  • 29 sentyabr 2013 17:32
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ilk serh mennnen tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}