Mömin ailəyə tarixdən gözəl bir nümunə

 
Mömin ailəyə tarixdən gözəl bir nümunə


Həzrət Mühəmməd Peyğəmbərin (s) Yəsribə (Mədinəyə) hicrəti ərəfəsində şəhərdə Ümmi-Süleym adlı bir qadın yaşayırdı. Ümmi-Süleym Xəzrəc qəbiləsinin Bəni-Nəccar soyundan olan Malik adlı öz qohumuna ərə getmişdi.

Onların üç oğlu vardı (Bu oğulların biri məşhur səhabə Ənəs ibn Malikdir).

Hicrətdən iki il əvvəl Yəsribdən gələn nümayəndələr Əqəbədə Peyğəmbərlə beyət etdikdən sonra o həzrətin xəbərini şəhərə gətirdilər. Ümmi-Süleym axır-zaman peyğəmbərin zühur etdiyini eşitdikdə ona iman gətirdi və müsəlman oldu. Həyat yoldaşı Malik bundan xəbər tutanda qəzəblənib Ümmi-Süleymi bütpərəstliyə qaytarmağa çalışdı. Lakin səylərinin fayda vermədiyini görəndə ev-eşiyini atıb Şam istiqamətində yola çıxdı və az sonra orada vəfat etdi. Ümmi-Süleym Ənəsi və onun iki qardaşını təkbaşına böyütməyə başladı.

Ümmi-Süleymin qəbiləsində Əbu Təlhə Zeyd ibn Səhl adlı bir nəfər vardı (bu adamı Cəməl müharibəsində Hz. Əliyə (ə) qarşı vuruşan və öldürülən Əbu Təlhə ilə qarışdırmayın). Malik ailəsini atıb gedəndən sonta Əbu Təlhə Ümmi-Süleymə elçi düşdü. Amma bu izdivaca mane olan güclü bir səbəb vardı. Əbu Təlhə hələ İslamı qəbul etməmişdi, bir ağaca pərəstiş edirdi. Ümmi-Süleym şərt qoydu ki, Əbu Təlhə müsəlman olmayınca ona ərə getməyəcək. Bu imanlı qadın hətta Əbu Təlhədən mehriyyə də istəmədi, “mənim mehriyyəm sənin müsəlman olmağındır” söylədi. Əbu Təlhə bir qədər fikirləşəndən sonra onun şərtini qəbul etdi, kəlmeyi-şəhadəti söyləyib müsəlman oldu. Yalnız bundan sonra Ümmu-Süleym ona ərə getdi.

Əbu Təlhə İslamı səmimi qəlbdən qəbul etmişdi. Buna görə də ikinci Əqəbə beyətinə canü-dildən qatıldı. Peyğəmbərimiz bu beyətdə iştirak edənlərin arasından 12 nəfər seçib, onları Yəsrib müsəlmanlarının başçısı təyin etdi. Bu başçılardan biri də Əbu Təlhə idi.

Həzrət Mühəmməd Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra Əbu Təlhə və Ümmi-Süleym o həzrətin ən yaxın köməkçilərinə çevrildilər. Ümmi-Süleym 10 yaşlı Ənəsi də özü ilə götürüb, o həzrətin hüzuruna gəldi və söylədi: “Ey Allahın Rəsulu! Mənim bu oğlumdan savayı Sənə bağışlamağa heç nəyim yoxdur. Oğlum Ənəsi Sənə xidmət etməyə verirəm. Bu töhfəmi qəbul et”.

Əbu Təlhə İslam yolunda aparılan ilk savaşlarda böyük şücaət göstərdi, Ühüd savaşında atılan oxlardan Peyğəmbəri qorudu. Hüneyn savaşında iyirmi nəfər düşməni qətlə yetirib silahlarını qənimət kimi müsəlmanların düşərgəsinə təhvil verdi.

Əbu Təlhə maddi cəhətdən imkanlı idi. Mədinədə Peyğəmbər məscidi ilə üzbəüz Berha adlı bol məhsullu bağı vardı. Peyğəmbər onun bağında sərin su içib dua etmişdi. Əbu Təlhə bu bağı çox sevir, ona həvəslə qulluq edirdi. Qurani-kərimin “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92) ayəsi nazil olanda Əbu Təlhə çox sevdiyi Berha bağını Allah yolunda beytül-mala bağışladığını elan etdi. Peyğəmbər onun bu fədakarlığını bəyənib alqışladı, Əbu Təlhəyə təklif etdi ki, bağı öz yaxın qohumlarından ehtiyacı olanların arasında bölüşdürsün. Əbu Təlhə bağı öz əmisi oğullarına və digər kasıb müsəlman qohumlarına bağışladı.

Ümmi-Süleymlə Əbu Təlhənin əvvəlcə bir oğlu doğuldu. Amma uşaq körpə ikən xəstələnib tələf oldu. Uşaq öləndə Əbu Təlhə evdə deyildi. Ümmi-Süleym körpənin cənazəsini otaqlardan birinə qoydu. Axşam Əbu Təlhə evə gəlib adəti üzrə uşağı görmək istəyəndə Ümmi-Süleym onun yorğun olduğunu görüb dedi ki, oğlumuz yatıb. Ümmi-Süleym ərinə bu faciəli xəbəri vermək üçün münasib vaxt gözləməyə başladı. O, bişirdiyi dadlı xörəkləri Əbu Təlhəyə yedizdirdi, mehribanlıqla ondan hal-əhval tutdu. Bu imanlı qadın ən gözəl paltarlarını geyinib, ərinin gözündə yaraşıqlı görünmək üçün özünə bəzək vurdu. Gecə isə qadınlıq vəzifəsini yerinə yetirib özünü ərinə təqdim etdi.

Səhər açıldı. Ümmi-Süleym Əbu Təlhənin yorğunluğunun keçdiyinə əmin olduqdan sonra məsələni açıb söyləməyə qərar verdi. Ehtiyatla soruşdu: “Əbu Təlhə, təsəvvür et ki, bir nəfər öz qonşusunun yanında əmanət qoyur, qonşu həmin əmanətdən bir müddət istifadə edir. Sonra sahibi gəlib əmanəti geri istəyir, amma bu adam razılaşmır, ağlayıb-sızlayır ki, niyə bu şeyi məndən geri alırsan, axı mən onu çox istəyirəm, ona öyrəşmişəm. Sən bu adamın hərəkətinə necə baxarsan?” Əbu Təlhə cavab verir: “Mən bu cür adamı ağılsız hesab edərəm”. Ümmi-Süleym deyir: “Gərək biz də ağılsızlıq etməyək. Allah əmanət olaraq bizə oğul vermişdi, indi o əmanəti geri aldı. Oğlumuz dünyasını dəyişdi. Bu müsibətə səbr et və övladımızın dəfn işlərini gör”. Əbu Təlhə arvadının səbr və mətanətinə heyran qalıb dedi: “Bu müsibətdə ağlamağa sənin məndən daha çox haqqın var, çünki sən anasan. Əgər sən bu cür səbr edirsənsə, mən səndən daha artıq səbrli olmalıyam”.

Əbu Təlhə Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib hadisəni Ona danışdı. Allahın Rəsulu Ümmi-Süleymin bu fədakarlığını heyrətlə dinlədi, sonra belə dua etdi: “İlahi, bu ər-arvadın ötən gecəsini bərəkətli et”. Həmin gecənin nəticəsində Ümmi-Süleym Əbu Təlhədən hamilə oldu və onların daha bir oğlu doğuldu. Uşağa Abdullah adını qoydular. Abdullah ibn Əbu Təlhə imanla böyüdü, Həzrət Əlinin (ə) sadiq tərəfdarlarından biri oldu.

Peyğəmbərin vəfatından sonra da Əbu Təlhə cihadlardan geri qalmadı, İslam fəthlərində fəal iştirak etdi. Üçüncü xəlifə Osmanın zamanında bir dəniz döyüşündə gəmidə vəfat etdi. Deyilənlərə görə, gəmi sahildən uzaq olduğu üçün cənazəni dəfn etməkdən ötrü yeddi gün gözləməli oldular, amma cənazə zərrəcə çürümədi. Quruya çıxdıqdan sonra bu möhtərəm səhabəni torpağa tapşırdılar. Digər rəvayətə görə, Əbu Təlhə Mədinədə vəfat etmiş və cənazə namazı xəlifə Osman tərəfindəm qılınmışdır.


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 04:16
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
Təşəkkürlər..

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:11
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Banned1

  • 11 oktyabr 2013 17:27
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
тєѕєккυяLєя


۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 20:29
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 16:33
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 1 oktyabr 2013 21:01
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagol

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 17:03
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

PSIXOPATKA

  • 30 sentyabr 2013 15:45
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Banned549678

  • 30 sentyabr 2013 14:56
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagol

NigarSirinler

  • 30 sentyabr 2013 01:05
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az www BLUE az gel sende Jurnalist ol burdakilarida cagir hamisini bas redaktor ol buyr gel www BLUE az...

melek_19

  • 29 sentyabr 2013 23:34
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 29 sentyabr 2013 21:28
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ürəim

--------------------

Xanim Zehra

  • 29 sentyabr 2013 20:45
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
bacis Allah razi olsun

Banned549678

  • 29 sentyabr 2013 20:45
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun sirin AyselIM^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}