Ölülər diriləri necə bezdirdi?

 
Ölülər diriləri necə bezdirdi?


Müxtəlif xalqlar öz mərhumlarını goreşənlərdən necə qoruyur?

O, ... ölülərə yollanan pay-püşü basıb-yeyirmiş...

Qədimdə insanları dəfn edərkən ölünün bu dünyadakı bütün əmlakı, pul-parası, nökər-naibi və sair nəyi varsa, onunla bərabər basdırılarmış. Hətta, zəngin ölülər özləri ilə ötəki tərəfə o qədər yemək-içmək, ləl-cəvahirat və silah-sursat aparırlarmış ki, həmin naz-nemətlə yer altının sakinləri bir il keyf edərmişlər. Bu təmtəraqlı “yolasalma” ənənəsi əsrləri adlaya-adlaya günümüzədək gəlib çatıb. Məsələn, Afrikanın, Uzaq Şərqin, Amerika qitəsinin bəzi xırda millətləri indinin özündə belə rəhmətliklərini gözü dolusu uğurlayırlar. O cümlədən, xristianlar öz ölülərini yuyundurub, geyindirib, bəzəyib, qır-qızılını taxıb, sonra dəfn edirlər. Lakin, əksər xalqlar, o cümlədən bizim camaat obyektiv və subyektiv səbəblər üzündən öz tarixi ənənəsini tərgitməli olub. Deyin, “niyə”?

Əvvəla, xatırladaq ki, tarixi Azərbaycan ərazisində ölülər müxtəlif qaydada dəfn edilirdi. Adətən, qəbirin ölçüləri böyük götürülür, bəzən eni 2 metr, uzunu 4 metr olur və qəbirə məişət əşyalarından tutmuş qurbanlıqlaradək hər şey qoyulurdu. Yaxud, ölkəmizdə küplərdə dəfnetmə adəti də mövcud olub ki, küpün içinə mərhumla yanaşı, ona məxsus xırda əşyalar, ətrafına isə iri gil qablar və qurbanlıqlar düzülürdü. Digər türk xalqlarında da dəm-dəsgahla basdırma köklü ənənə hesab olunurdu. Məsələn, Orta Asiyada “kurqan” adlanan köhnə türk məzarları əsl otaq halına salınır, burada mərhuma əməlli-başlı şərait yaradılırdı. Hətta bir az cibi pul tanıyanların “otaqlarına” şəxsi əşyaları ilə birlikdə it-pişik və at kimi ev heyvanları da “təhkim olunurdu”.

Göründüyü kimi, dədə-babalarımız nəinki bəy-gəlini gərdəyə, hətta ölülərini də axirətə toy-düdüklə, cəh-cəlalla göndəriblər. Bəs, nə oldu ki, bu vərdişdən əl çəkdik? Bu yerdə tarixçilər yaxamızdan yapışacaqlar ki, necə yəni “niyə?” Axı İslamdan sonra bu ənənə aradan qalxdı. Sırf köhnə azərbaycanlı olduğumuz üçün hətta elmi yanaşmada belə alimləri “neprav” çıxararıq, amma məsələnin elmi-nəzəri tərəfini onlara buraxırıq. Bizim dərdimiz aysberqin görünməyən tərəfi ilədir.

Gopalogiya elminin bizə verdiyi imkanlardan yararlanaraq, dədə-babalarımızın, eləcə də başqa xalqların dədə-babalarının sözügedən adəti niyə təpdiklərinə dair 3 versiya ortaya atırıq:

1-ci versiya: Bu dünyada yaşından və var-halından asılı olmayaraq, dünyasını dəyişən insanlar o tərəfdə ilk vaxtlar “dux” olurlar. Deməli, “molodoy soldat” ora düşən kimi “dembellər” üstünü kəsdirirmişlər ki, “qaqaş, davay jim vəziyyəti al, qazyerişi yeri, kazarmanı parıldat, yataqları zapravka elə” və sair. Üstəlik, “molodoy” gələcəkdə şişməsin deyə, sındırmaq məqsədilə sillə-təpiyə də qonaq edə bilərmişlər. Belə olan vəziyyətdə, təbii ki, “dux”un üst-başı, heybə-çantası da yoxlanılır və evdən gətirdiyi nə varsa, hamısı təpəsinə vurulub əlindən alınır. Ehtimalımıza görə, uzun əsrlər bu proses davam etdikdən sonra hansısa “gənc ölü” fürsət taparaq, zabitlərdən birinin telefonundan evlərinə "vızov" atıb (yəni, hansısa yaxınının yuxusuna girib) və deyib: “Ay oğul, camaata çatdırın, bundan sonra rəhmətliklərini buraya əliboş göndərsinlər, onsuz da gətirdikləri özlərinə qismət olmur. Köhnələr və zabit-gizir basıb yeyir. Köhnəlib, özünə avtoritet qazanandan sonra pasılkasını göndərərlər”.

2-ci versiya: İnsanların axirətə pay-püş göndərmələri o həddə çatıb ki, yer üzünü fəqirlik basıb. Mərhumun ailəsi öz ölüsünün başqa ölülərdən geri qalmaması və başqalarının yanında başıaşağı olmamasını düşünərək, “cehiz" bol edirmiş. Beləcə yaranan rəqabət mühitində ölülərin diriləri soyması prosesi get-gedə güclənib və bir zaman dirilər ölü yuxusundan ayılıblar ki, ey dili-qafil, rəhmətliklər orda keyf çatır, bizsə acından qarnımızın qurultusunu dinləyirik. Bu səbəbdən dirilərdə ölülərə qarşı üsyan qalxıb. Övladlar əllərində plakatlar yığışıblar qəbristanlığın mərkəzinə ki: “Ay gorbagor olmuş dədə, ölüb gedirsən, bu dünyada yığdığın var-yoxunu da özünlə aparırsan. Bəs biz yetimlərinə bir şey buraxmırsan?!” Etiraz aksiyalarının bütün bəşəriyyəti bürüyəcəyindən ehtiyatlanan dini rəhbərlər də məcburiyyət qarşısında mövcud adətin aradan qaldırılması haqda qərar çıxarıblar. Bununla yanaşı, insanlara seçim azadlığı da verilib ki, istəyən ölüsünü əlibodolu göndərsin, istəyən əliboş.

3-cü versiya: Güman ki, təm-təraqlı dəfnetmə zamanında ən xod gedən təbəqə goreşənlər olub. Təbii ki, dördayaqlılar deyil, ikiayaqlı goreşənlər. Yəni, ölü yiyəsi mərhumu basdırıb, qayıdan kimi goreşənlər daraşırmış cansız cəsədin canına. Nəyi var-nəyi yox, alırmışlar əlindən. Deyilənə görə, hətta kimin kimlə ədavəti olubsa, rəqibi öləndən sonra onun qəbrini eşərək, acığını qəşəngcə çıxarırmış. Göz görə-görə soyulmaqdan zinhara gələn ölülər pulsuz sms vasitəsilə mövcud vəziyyəti ailələrinə çatdırıblar. Xəbər eldən-elə gəzərək, rəhbərlik səviyyəsinə çatıb və nəticədə yuxarıdan “Ölümüzün malını it-qurd yeyənədək özümüz yeyək!” qərarı çıxarılıb. Bu qərarla da qeyd olunan adətə son qoyulub.

Üçüncü versiyanın tutarlılığını təsdiqləyən başqa faktlar da mövcuddur və ən əsası, həmin faktlar günümüzə aiddir. Məsələn, İndoneziyadakı torayya qəbiləsinin mənsubları bu gün də öz ölülərini dərhal basdırmırlar. Bəhanə gətirirlər ki, kasıbçılıqdır, cənazə xərclərini qarşılaya bilmirik. Beləcə, pul yığmaq adıyla aylar boyunca cəsədə paltar geydirib, evdə saxlayırlar. Əslində isə bu yazıq torayyalar həm ölülərini əliboş yola salmaq istəmirlər, həm də gözləri ölüsoyanlardan möhkəm qorxub. Bu baxımdan, bir müddət dəfn prosesini ləngidirlər ki, goreşənlər “buna bir quş, bu mərhum gələsi olmadı” deyə bezib əl çəksinlər.

Bəzi qəbilələrsə ölüsoyulmasının qarşısını başqa formada almağa qərar veriblər. Məsələn, Filipindəki Limestone mağaraları ölülərin evi olaraq görülür. Ölülər mağaralarda yandırılır və buna görə mağaraların xarici səthləri tabutlarla qapalı bir şəkildə saxlanılır. Yeri gəlmişkən, bu ənənə Çində nəsili tükənməkdə olan bo qəbiləsində və torayya qəbiləsində də mövcuddur ha...

İndi özünüz qərar verin: bizim versiyalarmı daha inandırıcıdır, yoxsa elm adamlarınınkı?


Geri dön

L_SimuS

  • 17 yanvar 2011 23:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
valla ne deyim...

tewekkurler eziyyete gore

YazYamuru

  • 17 yanvar 2011 18:39
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
recourse recourse belay

--------------------



JISTEN TIMBERLAND

  • 17 yanvar 2011 18:37
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
xebere gore tesekkur prosta indiki oluler axi bele yola salinmir!!

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

_PESSIMIST_SINDY_

  • 17 yanvar 2011 15:55
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
HM...BASIM QARISDI feel

--------------------
" NOTHING IS PERFECT "

CrazyGirl

  • 17 yanvar 2011 15:07
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
thanks......

--------------------
Sən varsansa həyat çox gözəl!

nilayka

  • 17 yanvar 2011 14:31
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
ilk ser mennen twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 48
Cəmi: 76

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 40
Cəmi: 302
 
Darling
Xəbərləri: 37
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}