Qurani-Kərimin xanımlar üçün ən mühüm buyuruşları hansıdır?

 
Qurani-Kərimin xanımlar üçün ən mühüm buyuruşları hansıdır?

Quran ilk növbədə qadınlara hicabı tövsiyə edir. Onu bir neçə ayədə bəyan edir: “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).
“Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər”. (“Əhzab” 59).
Bu iki ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları haqqında nazil olsa da, bütün qadınlara şamil edilir. Hicab bütün müsəlman qadınlarına aid edilən bir vacibatdır.
Quranın qadınlara verdiyi ikinci tövsiyəsi budur ki, naməhrəmlərlə az ünsiyyətdə olsunlar. Çalışsınlar ki, naməhrəmlər onu çox görməsinlər. Ancaq bəzən elə vəziyyət yaranır ki, qadın ictimai, siyasi və iqtisadi fəzada iştirak etməyə məcbur olur. Hətta belə olan halda da belə, qadınların cəmiyyəti kişilərdən ayrılmalıdır. Xüsusilə də əgər qadın bəzənibsə.
Quran buyurur: “Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin...”. (“Əhzab” 33).
Üçüncü tövsiyə isə həyadır. Həyanın mənası budur ki, insan günaha batmaq qorxusundan özünü günahdan saxlayar. Ancaq hər bir zəif nəfsi və ya az həyanı həya adlandıra bilmərik. Quran Şuəybin qızları haqqında buyurur: “O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökümətinin hüdudlarından kənardır)». (“Qəsəs” 25). Bu ayədən görünür ki, həya qadın üçün əxlaqi dəyərə malikdir.
Qadına verilən dördüncü tövsiyə budur ki, kişilərlə söhbət edən zaman vüqar və mətanətə riayət etsinlər. Danışıq keyfiyyətləri elə olmamalıdır ki, onların hisslərini təhrik etsin. Allah bu hadqa buyurur: “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).
Bəli, Quranın bu dörd tövsiyəsi bütün müsəlman qadınlara aiddir. Hər bir müsəlman qadının vəzifəsi budur ki, bu tövsiyələrə əməl etsin.


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 11:28
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
Təşəkkürlər

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:13
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

winxclub_bloom

  • 6 oktyabr 2013 16:35
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

QEBIRDENmesaj

  • 4 oktyabr 2013 12:43
  • Məqalə: 3
  • Şərh: 258
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
~♥~Adını statusuna yazmaq istədim, amma "Paylaş" yazısını görəndə fikrimdən döndüm... Çünki "Sən Yalnız Mənimsən!"~♥~

✵Дорогой✵

  • 4 oktyabr 2013 11:49
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 17:05
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

melek_19

  • 29 sentyabr 2013 23:59
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Alllah razi olsun

--------------------

biladnoy qiz

  • 29 sentyabr 2013 22:51
  • Məqalə: 0
  • Şərh: 210
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 29 sentyabr 2013 22:06
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ADA GirL

  • 29 sentyabr 2013 20:07
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
tesekkuler

milana-023

  • 29 sentyabr 2013 19:06
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
insALLAH hicab geyinmek nesibimiz olar.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

Banned549678

  • 29 sentyabr 2013 19:06
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun bacim cox sagol

✵Дорогой✵

  • 29 sentyabr 2013 17:58
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Roya_____

  • 29 sentyabr 2013 17:42
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bacım

Banned1

  • 29 sentyabr 2013 17:37
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ilk serh mennnen tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}