Qəlb xəstəlikləri

 
Qəlb xəstəlikləri


Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Allaha həmd olsun! Ondan kömək istəyir və bağışlanma diləyirik. İstəklərimizin
şərindən, əməllərimizin pisliklərindən Ona sığınırıq! Allah kimi doğru yola yönəldərsə,
onu heç kim yolundan azdıra bilməz, kimi də yolundan azdırarsa, ona da kimsə doğru
yol göstərə bilməz. Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur! O təkdir, heç
bir şəriki yoxdur! Bir daha şahidlik edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir (ona,
ailə üzvlərinə və səhabələrinə salat və salam olsun!


Qəlb xəstəlikləri eynilə orqanik xəstəliklər kimidir. Qəlb xəstəliyi qəlbdə
törəyən nasazlığın bir növüdür. Bu pozuntu qəlbin təsəvvür və iradəsini korlayır. Qəlb
artıq onu çulğamış şübhələri təsəvvürünə gətirir, o, elə bir vəziyyətə düşür ki, daha
haqqı görə bilmir və yaxud onu görsə də, onun əsil halının əksini görməyə başlayır.
Qəlbin iradəsində törəyən pozğunluq isə, faydalı həqiqətdən çəkinməyə, ona nifrət
etməyə və zərərli olan batil əməllərə aludə olmaq kimi üzə çıxır.
Məhz buna görə Uca Allah buyurur:
“Onların qəlblərində xəstəlik vardır...”
Ayədəki xəstəlik (mərəz) bəzən Mücahidin və Qətadənin təfsir etdiyi kimi, şəkk
və şübhə formasında şərh olunmuş, bəzən də:
“...qəlbində xəstəlik olan tamaha düşər...” ayəsində olduğu kimi, zinakarlıq
istəyi, arzusu və şəhvət kimi təfsir edilmişdir.
Buna görə, Həraiti “İtilalil-kulub” (“Qəlb xəstəliyi”) adlı kitabını yazaraq, orada
qəlb xəstəliyini “şəhvət” sözü ilə ifadə edərək təsnifləşdirmişdir.
Sağlam adamı narahat etməyən şeylər xəstəni rahatsızlaşdırır. Buna görə, xəstə
adam xəstəliyi üzündən zəiflədiyi üçün, bir az istiyə və ya soyuqluğa, işləməyə və buna
bənzər bir çox işlərə tab gətirə bilmir. Ümumiyyətlə xəstəlik insanın qüvvəsini
zəiflədərək, normal bir adamın bacaracağı bir işdə, onu taqətdən salır. Sağlamlıq
sağlamlıqla mühafizə edilir, onun əksi ilə isə xəstəliyə çevrilir. Xəstəlik isə, xəstəliyə
səbəb olan şeylərlə güclənir, onların əksi ilə sağlamlığa çevrilir. Xəstənin xəstəliyinə
səbəb olan hər hansı bir şey (yenə) baş verirsə, bu onun xəstəliyini daha da artırır, onu
daha da gücsüzləşdirib zəiflədir və xəstə elə bir hala düşür ki, çox vaxt həlak olur. Əgər
ona gücünü artıran, xəstəliyini müalicə edən şeylər verilirsə, o zaman o, yaxşılaşır.

QƏLB XƏSTƏLİYİ QƏLBDƏ YARANAN BİR AĞRIDIR

Qəlb xəstəliyi, səni ələ alan düşmənə qarşı hiss etdiyin qəzəb kimi qəlbdə
yaranan bir ağrıdır. Həqiqətdə də düşmənin qəlbə çalması ürəyi ağrıdır.
Uca Allah belə buyurur:
“Onlarla vuruşu ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay
etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və
möminlərin qəlbindən qəzəbi silib aparsın...”
Ayədə möminlərin sağalıb sevinməsi - ağrının qəlblərindən silinib getməsi
deməkdir. Məsələn, belə deyirlər: “Filankəsin ürəyi yüngülləşdi”. Qisas məsələsində də
öldürülənin havadarının və ya yaxınlarının sevinməsindən bəhs edilir. Öldürülənin
qisası alındıqda onun yaxınları bir növ sevindirilir, acı-ağrıdan xilas edilir. Bütün
bunlar insanın nəfsində olan ağrı-acılardır.
Şəkkaklıq və nadanlıq da qəlbə eynilə bu cür ağrı verir. Peyğəmbər (s.ə.s.) belə
buyurub: “Bilmədikləri halda, soruşmalı idilər. Çünki nadanlığın (bilməməzliyin)
müalicəsi soruşmaqdır”
Şübhələndiyi bir şeyə şəkk gətirən adamın bu vəziyyəti, qəti məlumat əldə edənə
qədər, onun qəlbini incidir. Belə ki, cavabı ilə həqiqəti bəyan edən alim haqqında isə
deyilir: “Cavabı ilə məni sağaltdı”.
Xəstəlik – ölüm deyil. Çünki qəlb qatı bir nadanlıqdan ölərkən, nadanlığın hər
hansı bir növü ilə xəstələnmiş olur. Beləcə, qəlb ölmək, xəstələnmək və sağlamlaşmaq
kimi xassələr əldə edir. Qəlbin ölümü, xəstəliyi və müalicəsi bədənin ölümü, xəstəliyi
və müalicə edilməsindən daha vacib və əhəmiyyətlidir. Buna görə də qəlb xəstəliyinə
şübhə və şəhvət də əlavə olunduqda onun mərəzi əməllicə artır. Əgər qəlbə hikmət və
nəsihət verilərsə, bu onun yaxşılaşmasına və sağalmasına səbəb olar.
Uca Allah belə buyurur:
“Belə edər ki, şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt
olan insanlar üçün bir sınaq vasitəsinə çevrilsin...”
Çünki şeytanın təlqini, qəlbi xəstə olanlarda xəstəlikləri üzündən, qəlbi sərt olan
insanlarda isə kobudluq və sərtlikləri üzündən şübhəyə səbəb olur. Beləliklə də,
şeytanın onların zehninə yeritdiyi (vəsvəsə) fitnəyə çevrilir. Qəlbi imana qarşı
sərtləşmişlər də fitnəyə düçar olurlar.
Uca Allah buyurur:
“Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar
öz yaramaz əməllərinə son qoymasalar...”
Sonra Uca Allah belə buyurur:
“...qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək
istəyir?” – desinlər...”
Bu ayələrdə göstərildiyi kimi, xəstə qəlb kafir və münafiq qəlbləri kimi ölməmişdir,
lakin əməlisaleh insanların qəlbi kimi sağlam da deyildir. O qəlblərdə bilavasitə
şübhə və şəhvətli hisslərdən qaynaqlanan xəstəliklər vardır.
Uca Allah yenə:
“...qəlbində xəstəlik olan tamaha düşər...” – deyə buyurur.
Bu ayədə xatırlanan xəstəlik şəhvət xəstəliyidir.
Quran könüllərdə olana, qəlbində şübhə və şəhvət olanlara şəfadır. Çünki
Quranda əsassız şeyləri aradan qaldıran həqiqət dəlilləri var. Bax bu dəlillərlə, elmi,
təsəvvürü və ağlı korlayan şübhə mərəzi yox ediləcək və beləliklə, bundan sonra qəlb
əşyanı olduğu kimi görə biləcəkdir. Quranda həm də hikmət, qəlbi pis əməllərdən
çəkindirib gözəl nəsihət verən və onu sağlamlaşdıran ibrətli hekayətlər vardır. Belə bir
qəlb ancaq ona fayda verən şeyləri arzulayar, zərər verənlərdən uzaqlaşar. Nəticədə,
azğınlığa can atan, düzlüyə nifrət bəsləyən qəlb, doğruçuluğu sevən və azğınlığa nifrət
edən bir vəziyyətə gələcəkdir.
Quran zəifləmiş iradə və istəklərə səbəb olan xəstəlikləri yox edir. Nəticədə,
qəlbin düzəlməsi ilə iradə də möhkəmlənir və öz əvvəlki əzəli, təbii vəziyyətinə qayıdır.
Beləliklə, müalicə olunmuş bir orqanizm öz təbii halına döndükdə, qəlb də ona uyğun
olaraq fitrət halına qayıdır. İnsan orqanizmi onu inkişaf etdirən, sağlamlaşdıran
maddələrlə təmin edildikdə yaxşılaşdığı kimi, qəlb də eynilə onu təmizləyən, inkişaf
etdirən və qüvvətləndirməyə kömək edən Quran və imanla qidalanıb bəslənir. Qəlbin
nüfuzunun ləkələrdən təmizlənərək artması, bədənin sağlamlığının möhkəmlənməsi
kimidir.

Qəlb xəstəlikləri


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 04:15
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
Təşəkkürlər...

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:10
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Banned1

  • 11 oktyabr 2013 17:23
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
тєѕєккυяLєя


۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 20:33
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 16:32
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 1 oktyabr 2013 22:03
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 16:59
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

melek_19

  • 1 oktyabr 2013 00:07
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^Peri MaSali^

  • 30 sentyabr 2013 15:54
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.,.,.......................................................................
................................................................................
................................................................................
.......................................................

PSIXOPATKA

  • 30 sentyabr 2013 15:51
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

-chanel-

  • 30 sentyabr 2013 14:53
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN________________

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 30 sentyabr 2013 14:47
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Banned549678

  • 30 sentyabr 2013 14:44
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

LeyLaşKa

  • 30 sentyabr 2013 13:05
  • Məqalə: 6
  • Şərh: 253
  • Bal:
{awards}
Twk Allah Razi Olsunnn

Fatime_19

  • 30 sentyabr 2013 13:01
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

ヅ Sevimli_qiz ヅ

  • 30 sentyabr 2013 12:33
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Miranda ss

  • 30 sentyabr 2013 11:30
  • Məqalə: 1
  • Şərh: 240
  • Bal:
{awards}
coooxx tesekkur ediremm

TAYNA VOSTOKA

  • 30 sentyabr 2013 10:28
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Allah kimi doğru yola yönəldərsə,onu heç kim yolundan azdıra bilməz,

--------------------

Roya_____

  • 30 sentyabr 2013 10:13
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun gözel bacım menım=)

ARCUN

  • 30 sentyabr 2013 09:39
  • Məqalə: 52
  • Şərh: 375
  • Bal:
{awards}
TWK ALLAH RAZI OLSUN

--------------------
Çirpma Divarlara gəlməsin Əllərin Saatdan Acığını Çıxma İllərin Ailədə Qurdun Ancaq Şəkillərin Saxladin İllər Boyu Telefonda Sonda Nə Tapdin Onda
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 67
Cəmi: 91

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}