Səfərdəykən namaz necə qılınır?

 
Səfərdəykən namaz necə qılınır?


Bəzən bir yerə səfərə gedəndə namaz qılmaq kimi bir imkanımız olmur. Bu vəziyyətdə ikindini günortaya və ya axşamı yatsıya cəm edə bilərikmi?
Səfərdə beş vaxt namazın qılınmasında iki cəhətdən rüxsət vardır:

1. İki namazı bir vaxtda qılmaq (cəmüs-səlateyn)

Hər namazı öz vaxtında qılmaq fərzdir. Çünki vaxt namazın şərtlərindəndir. Qurani-Kərimdə belə buyurulur: “Şübhəsiz namaz möminlərə bəlli vaxtlarda vacib (fərz) edilmişdir” (Nisa, 4/103). “Namazlara (xüsusilə) orta namaza riayət edin!” (Bəqərə, 2/238). “Namazı gündüzün iki başında və gecənin (gündüzə yaxın) bəzi saatlarında qıl” (Hud, 11/114). Bununla yanaşı, Cəbrayıl (ə.s) Hz. Peyğəmbərə (s.a.s) beş vaxt namazın vaxtlarını bildirərək, həmin bu vaxtlarda namaz qılmağı öyrətmişdir. Bu təlimdə bir vaxt ərzində iki namaz qılmaq yoxdur (İbn Hənbəl, I, 382, III, 330, 331, 352; Şövkani, Neylül-övtar, I, 300).

Hər namazın öz vaxtında qılınma prinsipinin istisnası, həcc edənlərin Ərəfatda günorta vaxtı günorta və ikindi namazlarını, Müzdəlifədə gecə (yatsı, işa) namazının vaxtında isə, axşam və gecə namazlarını birləşdirərək qılınmaqdır. Bunlardan birincisinə “cəmi-təqdim”, ikincisinə, yəni Müzdəlifədəkinə isə axşam namazı gecikdirildiyi üçün “cəmi-təxir” deyilir. İki namazın birləşdirilərək qılınmasına da “cəmüs-səlateyn” deyilir.

Ərəfat və Müzdəlifədəki birləşdirmə mövzusunda müctəhidlər həmfikirdirlər. Çünki Vida həccində Hz. Peyğəmbərin (s.a.s.) tətbiqi və sözləri namaz vaxtlarını müəyyənləşdirən ayə və hədisləri təxsis edəcək qədər qüvvətli sənədlə rəvayət olunmuşdur. Abdullah ibn Məsuddan (r.a) belə dediyi rəvayət edilmişdir: “Mən, Rəsulullahın (s.ə.s) bir namazı öz vaxtından başqa bir vaxtda qıldığını görmədim. Lakin iki namaz bundan istisnadır: Ərəfatda günorta ilə ikindini, Müzdəlifədə də axşamla yatsını birlikdə qılmışdır” (Buxari, Həcc, 99; Müslim, Həcc, 288). Eyni zamanda Abdullah İbn Məsud (r.ə) Hz. Peyğəmbərin vəfatından sonra etdiyi bir həcc əsnasında Müzdəlifədə axşamla gecə (işa) namazlarını birləşdirərək qılmış, sübh namazını da erkən qıldıqdan sonra Rəsulullahın (s.ə.s.) belə buyurduğunu bildirmişdir: “Axşamla gecədən (yatsı, işa) ibarət olan bu iki namazın, bu Müzdəlifədə adət olunan vaxtları dəyişdirilmişdir. İnsanlar yatsı vaxtı girməmişdən Müzdəlifəyə gəlib bu iki namazı erkəndən birləşdirməsinlər (Buxari, Həcc, 97; İbn Hənbəl, V, 202).

İmam Şafeiyə görə isə yağış, xəstəlik və ya yolçuluq (səfər) kimi səbəblərdən də günorta ilə ikindi və ya axşamla gecə (yatsı, işa) namazlarının birləşdirilərək qılınması mümkün və caizdir.

Bununla yanaşı, Allah Rəsulunun Ərəfat və Müzdəlifədən başqa iki namazı birləşdirərək qıldığı vaxtlar olmuşdur. Salim İbn Abdullah atasından belə rəvayət etmişdir: “Rəsulullah (s.a.s) səfərə tələsdiyi zaman axşam namazını gecikdirərək gecə (yatsı, işa) ilə birlikdə qılmışdır” (Müslim, Müsafirin, 45). Eyni zamanda Müaz İbn Cəbəldən (r.a.) rəvayətə görə, o belə demişdir: “Hz. Peyğəmbər (s.a.s.) ilə Təbük səfərinə çıxdıq. Allah Rəsulu günorta ilə ikindini, axşamla gecəni birlikdə qıldı” (Müslim, Müsafirin, 52, 53). İki namazı birləşdirməyin yalnız Ərəfat və Müzdəlifədə mümkün olduğu fikrini mənimsəyən Hənəfilərə görə, bu və buna oxşar hədislərdə Allah Rəsulu (s.a.s.) birinci namazı vaxtının sonunda, ikinci namazı da vaxtının əvvəlində qılmışdır. Beləliklə, hər iki namaz bir vaxtda qılınmış olur, lakin hər biri öz vaxtında yerinə yetirilir. Ənəs ibn Malikdən (r.a.) rəvayətə görə, o belə demişdir: “Allah Rəsulu günəş ən zirvə nöqtədən qərbə tərəf meyil etməzdən əvvəl yolçuluğa çıxdıqda, günorta namazını ikindi vaxtına qədər təxirə salar, sonra dayanaraq günorta və ikindini birlikdə qılardı. Yola çıxmamışdan günəş qərbə meyil etmişsə, günorta namazını qılar, sonra yola çıxardı” (Müslim, Müsafirin, 56; Əbu Davud, Səfər, 5, H. No: 1218). Ənəsdən (r.a) gələn bu rəvayət daha aydındır: “O, səfərdə tələsərkən günorta namazını ikindi namazının başlanğıcınadək gecikdirər, sonra ikisini birlikdə qılardı, axşamı gecikdirər sonra yatsı ilə birlikdə qılardı” (Müslim, Müsafirin, 57, 58). Burada birləşdirmə şəklən olur, həqiqətdə isə hər iki namaz öz vaxtında qılınmışdır. Buna hənəfilərdə “suri cəm” (şəkli birləşdirmə) deyilir.

Abdullah ibn Abbasın (r.a) rəvayət etdiyi bu hədis də bunu dəstəkləyir: “Rəsulullah (s.a.s) Mədinədə qorxu və ya yağış olmadan günorta ilə ikindini, axşamla yatsını (işa) bərabər qıldı.” İbn Abbasa Rəsulullahın (s.a.s.) bununla nə etmək istədiyi soruşulan zaman belə cavab verdi: Ümmətinə çətinlik verməmək istəmişdi” (Səhihi-Müslim, trc., IV, 136, 137). Heç bir islam alimi yolçu olmayana iki namazı birləşdirməyin caiz olduğunu söyləməmişdir. Buna görə də yuxarıdakı İbn Abbas hədisi birinci namazın vaxtının sonunda, ikinci namazın da ilk vaxtında qılınması kimi başa düşülmüşdür. Bu mövzudakı hədislər hənəfilərə görə, namazın şərtlərindən olan vaxta riayətin vacibliyini göstərən nəsləri (ayə və hədisləri) təxsis etmə gücündə deyil.

Səfərdə namazın vaxtından əvvəl cəmi-təqdim (önə alaraq birləşdirmə) şəklində qılınacağına işarə edən Hz.Müazdan (r.a.) rəvayət edilən Əbu Tüfeylinin rəvayətindən başqa açıq hədis yoxdur. Bu hədisdə belə deyilir: “Hz. Peyğəmbər (s.a.s.) səfərdə günəş qərbə tərəf meyil etdikdən sonra yola çıxdıqda, ikindi namazını günortaya birləşdirərək onları birlikdə qılar, sonra da yola çıxardı. Axşam namazından əvvəl yola düşəcəyi təqdirdə, axşamı gecikdirər və yatsı namazı ilə birlikdə qılardı. Axşam namazından sonra yola çıxacaqsa, gecə namazının vaxtı girmədən axşamla birlikdə qılardı” (Əbu Davud, Səfər, 5, H. No: 1220; Tirmizi, Cümə, 42, H. No: 553, Tirmizi bu hədis üçün Qüteybənin Leysdən təkbaşına rəvayəti səbəbilə “həsən-qərib”, Hakim isə: “Bu hədis uydurmadır”, – demişdir. Bax. Şövkani, eaə, III, 262).

İmam Malik (v. 179/795) də Ərəfat və Müzdəlifə istisna olmaqla iki namazı birləşdirməyi şəkil nöqteyi-nəzərindən mümkün hesab etmişdir və belə demişdir: “Səfər məcbur etmədikcə, bir kimsənin səfərdə iki namazı birləşdirərək qılmağı caiz (doğru) deyildir. Günorta ilə ikindi arasında bir kimsəni səfər məcbur edərsə, günortanı vaxtının sonunadək gecikdirib qılar, sonra ikindini də ilk vaxtında qılar. Axşam namazını da vaxtının sonuna, qırmızılığın itməsindən bir az əvvələdək gecikdirərək qılar. Sonra gecəni ilk vaxtında yatsı namazını qılardı. (Malik, Müdəvvənə, I, 116, 117). Belə olan təqdirdə hənəfilərlə malikilər cəmi-səlat mövzusunda həmfikirdirlər.

Abdullah ibn Abbas (r.a.) belə demişdir: “Mən Nəbi (s.a.s) ilə günorta və ikindini birlikdə səkkiz, axşamla gecəni yeddi rükət qıldım.” Əbu Əyyub(r.a.): “Güman edirəm ki, bu yağışlı gecədə olmuşdur.” İbn Abbas da: “Yağışlı gecədə ola bilər”, – demişdir. Əmr də deyir ki: “Mən, Əbüşşəsəyə belə dedim: “Güman edirəm ki, Hz. Peyğəmbər (s.a.s.) günortanı təxirə salmış, ikindini qabağa almış, axşamı təxirə salmış və gecəni qabağa almışdır”. O: “Mən də elə güman edirəm”, – dedi. İbn Abbas belə demişdir: “Rəsulullah (s.a.s) qorxu və ya səfər olmayanda günorta ilə ikindini, axşamla yatsıyı (işa) birlikdə qıldı.” Müslimin digər rəvayətində “Qorxu və yağış olmayanda…” qeyd olunur (Buxari, Məvaqit, 12; Müslim, Müsafirin, 49, 50, 54; Əbu Davud, Səfər, 5; Nəsai, Məvaqit, 47; Malik, Müvəttə, Səfər, 5).

Nəticə etibarilə, Hz. Peyğəmbər (s.a.s) dövründə vida həccindən başqa səfər, xəstəlik, şiddətli yağış və s. kimi çətinliklər səbəbilə də günorta ilə ikindi və axşamla gecə namazlarının birləşdirilərək qılındığı nəzərə alınaraq, dinən məqbul üzrü olanın bunu mütəmadi olaraq etməmək şərtilə bu asanlıqdan faydalanması mümkün və caizdir.

“Namazın gündə beş vaxt olması Quran, Sünnə və icma ilə sabitdir. Bununla yanaşı, Hz. Peyğəmbərin bəzi tətbiqatı səfərdə günorta ilə ikindinin və axşam ilə gecənin (yatsı, işa) həm təqdim (qabağa keçirmə), həm də təxir (gecikdirmə) şəklində cəm edilərək birlikdə qılına biləcəyini göstərir. Hz. Peyğəmbərin səfərdə olmadan da namazları bəzən cəm etdiyinə dair rəvayətlər və səhabə izahlarının hamısı birlikdə nəzərə alındıqda, bunun səbəbsiz olmadığı, vərdiş etməmək şərtilə dini baxımdan məqbul bir üzr nəticəsində olduğu aydın olur.

2. Dörd rükətli namazların iki rükət qılınması

Səfər zamanı dört rükətlik namazların qısaldalaraq qılınması Quran, Sünnə və icma ilə caizdir.

Uca Allah belə buyurur: “Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz” (Nisa, 4/101). Bu ayədə qısaltmanın qorxu şərtinə bağlanması, o gün mövcud olan hadisəni ortaya qoymaq məqsədi daşıyır. Çünki Rəsulullahın (s.ə.s) bir çox səfərləri müəyyən təhlükələrlər qarşı-qarşıya idi. Əshabi-kiramdan Yəla ibn Ümeyyə (r.ə) Hz Ömərə (r.a.) belə demişdir: “Biz nə üçün namazları qısaldaraq qılırıq, halbuki təhlükəsiz yerdəyik. Hz. Ömər bu suala belə cavab vermişdir: Mən də eyni sualı Hz. Peyğəmbərdən (s.a.s.) soruşmuşdum, o mənə belə demişdir: “Bu Allahın sizə verdiyi bir sədəqədir, Allahın sədəqəsini qəbul edin” (Müslim, Müsafirin, 4; Tirmizi, Təharə, 4, 20; Nəsai, Təqsir, 1).

Hz. Peyğəmbərin (aleyhi əkməlut-tahayə) ümrə, həcc və ya hərb üçün etdiyi səfərlərdə namazları qısaldaraq qıldığını bildirən hədislər təvatür dərəcəsindədir. Abdullah İbn Ömər (r.a) belə demişdir: “Hz. Peyğəmbərə (s.ə.s) yoldaşlıq etdim. O səfərlərdə iki rükətdən artıq qılmazdı. Hz. Əbu Bəkr, Hz. Ömər və Hz. Osman (r.a.m) da belə edərdilər” (Buxari, Təqsir 11). Hz. Ömərin (r.a.) də belə dediyi rəvayət edilmişdir: “Yolçunun namazı, peyğəmbərimizin dediyi kimi qısaltmadan tam iki rükətdir” (İbn Macə, İqamə 73, 124).

Yolçunu dört rükətlik fərz namazlarını qısaltmaq məcburiyətindədirmi? Yoxsa qısaltmaqla tam qılmaq arasında sərbəsdirmi?

Hənəfilərə görə, yolçunun dörd rükətlik fərz namazı iki rükət qılması rüxsət deyil əzimətdir. Yolçu bunu bilərək tam qılarsa yaxşı iş görməmiş sayılır və son iki rükət nafilə namazı hökmündə olur. Hz. Aişənin (r.a.h.) belə dediyi rəvayət edilmişdir: “Namaz iki rükət olaraq fərz buyuruldu, sonra iki rükət da artırıldı, səfərdə isə olduğu kimi qaldı” (Buxari, Səlat,1; Müslim Müsafirun,1; Əbu Davud, Səfər, 1; Nəsai, Səlat, 3; Malik, Səfər, 3). İbn Abbasın (r.a) belə dediyi rəvayət olunmuşdur: “Allah təala namazı Peyğəmbərimizin (s.a.s.) dili ilə dört rükət, səfərdə iki rükət fərz etmişdir” (Müslim, Müsarfirun, 5, 6; Əbu Davud, Səfər, 18; Nəsai, Xof, 4; İbn Macə, İqamə, 75).

Yolçu dört rükətli namazı iki rükət qılıb təşəhhüddə oturduqdan sonra iki rükət də əlavə qılsa da fərzi yerinə yetirmiş olur, son iki rükət isə nafilə hesab olunur. Ancaq salamı gecikdirdiyi üçün xoş qarşılanmayan bir iş etmiş sayılır. Bundan əlavə birinci təşəhhüdü tərk etsə və ya ilk iki rükətdə qiraəti oxumasa fərzi yerinə yetirmiş sayılmaz. Həmçinin sübh və cümə namazları da bu hökmdədir.

Şafei və hənbəlilərə görə, fərzin əsli dört rükətdır. Səfərdə qısaldılması məşəqqətdən irəli gəlir. Dəlili isə səfərdə namazın qısaltıla biləcəyini bildirən ayə bunun tam olduğuna dəlalət edir və qısaltma “əmr” üslubunda deyildir. Bununla birlikdə Hz Ömərin(r.a.) rəvayət etdiyi “qısaltmanın bir sədəqə olduğu” ifadəsi ilə Hz. Aişənin(r.a.h.) səfərdə bəzən tam qılması da bunu göstərir. İmam Şafei bu mövzunu Ramazan orucuna qiyas etmişdir. Hənbəlilərə görə qısaltmaq daha fəzilətlidir. Malikilərdəki əsas rəyə görə, səfərdə namazları qısaldaraq qılmaq müəkkəd sünnədir. Çünki Hz. Peyğəmbərin (s.a.s.) tətbiqatı məhz belə olmuşdur (Sərəxsi, Məbust, I, 239; İbn Rüşd, Bidayətül-müctəhid, I, 161; Şirazi, Mühəzzəb, I, 101; İbn Qüdamə, Müğni, II, 267-270; Züheyli, əl-Fiqh əl-İslamiyy, II, 313-315).

meneviyyat.az


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 04:11
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
Təşəkkürlər

--------------------

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:03
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

winxclub_bloom

  • 6 oktyabr 2013 16:23
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

QEBIRDENmesaj

  • 4 oktyabr 2013 12:36
  • Məqalə: 3
  • Şərh: 258
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
~♥~Adını statusuna yazmaq istədim, amma "Paylaş" yazısını görəndə fikrimdən döndüm... Çünki "Sən Yalnız Mənimsən!"~♥~

PSIXOPATKA

  • 1 oktyabr 2013 19:10
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Banned1

  • 1 oktyabr 2013 11:18
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN=))


Roya_____

  • 1 oktyabr 2013 10:54
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah Razı olsun wırınımm^^

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 00:58
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 oktyabr 2013 00:31
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bacı

--------------------

ヅ Sevimli_qiz ヅ

  • 30 sentyabr 2013 23:10
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
tesekkurler ^^

Banned549678

  • 30 sentyabr 2013 22:49
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

melek_19

  • 30 sentyabr 2013 22:22
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^Peri MaSali^

  • 30 sentyabr 2013 21:49
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ShคмKiʀKค

  • 30 sentyabr 2013 20:48
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
melumat ucun cox sag ol smile

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}