"Yox" nədir bilməyən uşaqlarımız

 
"Yox" nədir bilməyən uşaqlarımız


“Yox” nədir bilməyən və hər istədiklərini əldə edən uşaqlar bir qədər sonra heç bir şeylə kifayətlənmirlər. Buna görə də valideynlər uşaqlarının tələbləri qarşısındakı mövqelərinə diqqət yetirməli və yeri gələndə bu tələblərə sərhəd qoymağı bacarmalıdırlar.

Günümüzdə övladlarına hər istədiyini alan, onlara “yoxdur” cavabı verməyən ailələr var. Hətta bir çoxları bununla fəxr edir, dost-tanış arasında bu barədə öyünə-öyünə danışırlar.

Kimisi üçün isə bu, ilk baxışdan normaldır, arqumentləri də budur ki, əziyyəti uşaqlarımıza görə çəkirik, onlara korluq çəkdirmək istəmirik və s. Amma burada uşağımızın gələcək həyata hazırlanması baxımından diqqət yetiriləsi məqamlar var. Məsələn, uşaqlı ailələrdə ehtiyac olmadığı halda qidalara, oyuncaqlara, geyimlərə xeyli vəsait sərf olunur. Müasir dövrümüzün ən böyük problemlərindən biri deyə biləcəyimiz bu vəziyyət təkcə maddi baxımdan itki hesab olunmur, həm də sonradan ailələri çıxılmaz durumlarda qoya bilir.

Kiçik bir misal; uşaq anası ilə alış-verişə çıxır. Evin zəruri ehtiyacı olan şeylər alındıqdan sonra, uşaq marketdən 5-6 şokolad götürüb yoluna davam etmək istəyir. Amma bu an anası uşağına evdə kifayət qədər şokolad olduğunu və yenisini almağa ehtiyac görmədiyini söyləyir. Uşaq şokoladları sinəsinə sıxıb ağlamağa başlayır. Əksər hallarda bu vəziyyət uşağın “qalib” çıxması ilə, yəni ehtiyac olmadığı təqdirdə belə nəyinsə yenidən alınması ilə nəticələnir. Yazımızın oxunduğu uşaqlı ailələr üçün yəqin ki, bu vəziyyət tanış gələcək. Elə isə nə etməli? Necə edək ki, “nə şiş yansın, nə də kabab”?

Bu məsələdə ilk vacib amillərdən biri valideynlərin uşaqlara nəyi vermələrini yaxşı bilmələridir. İstənilən nədir, verilən nədir, faydası varmı, yoxmu, versəm nə olacaq, verməsəm nə olacaq.

Pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var

Pedoqoqlar bu fikirdədirlər ki, pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq vardır. Çalışmaq lazımdır ki, ailədə uşaqlar valideynləri yox, valideynlər uşaqları yönəltsinlər. Pedoqoqların fikrincə, təcrübəsiz, məlumatsız ailələrin ən böyük xətalarından biri uşağın hər istədiyinin yerinə yetiriləcəyi təqdirdə onun özünü xoşbəxt hiss edəcəyini düşünməkdir. Bu cür yanaşma, xüsusilə, uşaqlığı yoxsulluq içərisində keçən valideynlərə xasdır. Həmin valideynlər: “Biz çox böyük sıxıntılar yaşadıq, yoxsulluq gördük, heç olmasa uşaqlarımız bu çətinliyi görməsinlər”,-deyə düşünürlər.

Təbii ki, bu düşüncə valideynin uşağa sevgisindən qaynaqlanır, amma bu yanaşmada xəta var.

Pedoqoqların qənaətinə görə, hər istədiyi yerinə yetirilən uşaqlar acgöz olurlar, diqqətsiz davranırlar və onlara bir şey verilən zaman şükr etmirlər.

Yoxluğun nə olduğunu bilmək insanı yetkinləşdirir

Bu məsələdə sərhədləri valideynin müəyyənləşdirməli olduğunu bildirən psixoloq Yasəmən Eyyuboğlu uşağın istəkləri qarşısında göstərilən rəftarın önəmini də qeyd edir. Onun sözlərinə görə, valideynlər ana-ata-uşaq üçlüyündə əsl söz sahibinin özləri olduğunun fərqinə varmalıdırlar. Uşağın məsləhətçiyə, öyrədənə ehtiyacı olduğunu qeyd edən psixoloq: “Uşaq sizdən sonra gələn nəsil deməkdir. Onu elə yetirşdirin ki, cəmiyyət üçün faydalı bir insan olsun. Uşaq hər istədiyini əldə edə bilməyəcəyini anlamalıdır. Unutmayın, yoxluğun nə olduğunu bilmək insanı yetkinləşdirir”.

Yeri gələndə uşağın tələblərinə sərhəd qoymağı bacarın


“Ailəm” jurnalının redaktoru Aydın Ucalın məsələyə mövqeyi belədir: “Məsələ burasındadır ki, “yox” nədir bilməyən və hər istədiklərini əldə edən uşaqlar bir qədər sonra heç bir şeylə kifayətlənmirlər. Üstəlik, belə uşaqlar durmadan nə isə istəyirlər. Ən qəribəsi isə budur ki, istədiklərini əldə edəndə sevinmirlər. Bu isə uşaqlarda çox ciddi problemlərdən biri olan doyumsuzluq problemi ilə nəticələnir. Daha sonra isə bu problem özü ilə başqa bir problemi, yəni məsuliyyətsizlik problemini gətirir. Bu isə belə uşaqların gələcəkdə cəmiyyətdə bir fərd kimi formalaşmasına mənfi təsir göstərir”.

Aydın Ucalın sözlərinə görə, digər tərəfdən, bu vəziyyət uşağın ailənin mərkəzinə keçməsindən də irəli gəlir: “Bu isə o deməkdir ki, artıq bütün mühüm qərarlar ilk növbədə uşağın tələbləri əsasında qəbul edilir. Halbuki, məsələnin əhəmiyyətindən asılı olaraq ailənin mərkəzində həm ata, həm ana, həm də uşaq ola bilər. Buna görə də, valideynlər uşaqlarının tələbləri qarşısındakı mövqelərinə diqqət yetirməli və yeri gələndə bu tələblərə sərhəd qoymağı bacarmalıdırlar”.


Geri dön

Samir_Wuvalan

  • 24 oktyabr 2013 04:36
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
Tewekkurler... ^_^

--------------------

-chanel-

  • 10 oktyabr 2013 17:51
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
___ _ ___ _ ___ _ ___Tewekkurler___ _ ___ _ ___ _ ___

PSIXOPATKA

  • 1 oktyabr 2013 20:23
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Cox dogru gozel yazıdı

--------------------

Banned549678

  • 1 oktyabr 2013 13:19
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TəŞəKKüRLəR SerHlere Gore=))

✵Дорогой✵

  • 1 oktyabr 2013 13:12
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler

ZAC EFRON

  • 1 oktyabr 2013 12:38
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
MEnim uwagligim :D tewkur

Banned1

  • 1 oktyabr 2013 11:15
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
MəLuMaTa GöRə TəŞəKKüRLəR =))
ŞəKiL ŞiRiNDiYe =)

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 00:54
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
təşəkkürlər məqaləyə görə

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

GUNI

  • 1 oktyabr 2013 00:36
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
hmm twk.............

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 oktyabr 2013 00:26
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------

ヅ Sevimli_qiz ヅ

  • 30 sentyabr 2013 22:47
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
tesekkurler ^^

Banned549678

  • 30 sentyabr 2013 22:41
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
SerHler UcuN Cox SagoLun^^

DUYGULARIM

  • 30 sentyabr 2013 21:56
  • Məqalə: 106
  • Şərh: 1008
  • Bal:
{awards}
Pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var

heqiqeten maraqli idi sagol

--------------------

Mən olmasamda,həyat davam edəcək...

melek_19

  • 30 sentyabr 2013 21:54
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Tewekkurler

--------------------

^Peri MaSali^

  • 30 sentyabr 2013 21:42
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
tsekurler caniim gozuuum

Roya_____

  • 30 sentyabr 2013 20:46
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
aşkıma İlk şerh menden ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 42
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}