Ölüyə Quran tapşırmaq olar?

 
Ölüyə Quran tapşırmaq olar?

Sual: Quran oxuyub savabını ölmüş qohum-əqrəba və ailə üzvlərimizə bağışlamaq məsələsi dini cəhətdən necə qiymətləndirilir? Bununla əlaqədar bir Quran ayəsi və peyğəmbər hədisi var?

Cavab: Ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Bu məsələ ilə əlaqədar heç bir dini dəlil – ayə və ya hədis də yoxdur.

Lakin Allah Təala tövsiyə edir ki, bizdən əvvəlki müsəlman qardaşlarımız üçün xeyir-dua edək. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bununla bağlı olaraq həyata keçirdiyi işlərlə bizə nümunə olub.

Allah belə buyurur:

“Onlardan sonra gələnlər: “Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla; bizim qəlbimizdə möminlərə qarşı kin qoyma. Rəbbimiz! Şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər”. (Həşr, 59/10)

Bizə məsləhət görülür ki, qıldığımız hər bir namazın axırında bu duanı oxuyaq:

“Rəbbimiz! Haqq-hesab günü məni, anamı, atamı və bütün möminləri bağışla”. (İbrahim, 14/41)

Əbu Üseyd Malik ibn Rəbia əs-Səidi (r. a.) nəql edir ki, bir gün biz peyğəmbərin yanında oturmuşduq. Sələmə oğulları qəbiləsindən bir nəfər gəlib peyğəmbərdən belə bir sual soruşdu:

“Ey Allahın elçisi! Anamla atam öləndən sonra onlara nə kimi bir yaxşılıq edə bilərəm?”.

Rəsulullah (s. a. v.) cavab verdi:

“Bəli, onlar üçün Allaha dua edib günahlarının bağışlanmağını diləyə bilərsən. Vəsiyyətlərini yerinə yetirə bilərsən. Qohum-əqrəbasına dayaq olar və dostları ilə də yaxşı rəftar edərsən”. (Əbu Davud, Ədəb, 120; İbn Macə, Ədəb, 2)

Unutmamaq lazımdır ki, Qurani-Kərim ölülərə yox, dirilərə nazil edilmiş bir kitabdır. Yasin surəsinin 69 və 70-ci ayələrində belə deyilir:

“Biz ona şeir öyrətmədik. Ona yaraşmaz da. O sadəcə olaraq bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır. Diri olanı xəbərdar etmək üçün. Nankorlara verilən o əzab sözü həyata keçəcək”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Quran oxuyub savabını ölülərə bağışlamaqla əlaqədar nə bir ayə var, nə də hədis. Quranın savabı ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aid olur. Lakin ölən şəxs sağ olduğu vaxt başqa bir nəfərə Quran oxumağı öyrədibsə və yaxud öyrənməyinə səbəbkarlıq edibsə, onun öyrətdiyi adam hər Quran oxuyanda həmin şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir əmələ səbəb olmağın savabıdır.

Ölüyə Quran tapşırmaq olar?


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 04:13
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
Təşəkkürlər.

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:09
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

winxclub_bloom

  • 6 oktyabr 2013 16:29
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Oluler ucun,onlarin gunahlarinin bagiwlanmasi ucun dua ede bilerik,Quran diriler ucun nazil olunub

--------------------

PSIXOPATKA

  • 1 oktyabr 2013 13:46
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
“Rəbbimiz! Haqq-hesab günü məni,
anamı, atamı və bütün möminləri
bağışla”. (İbrahim, 14/41)

--------------------

melek_19

  • 30 sentyabr 2013 23:37
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Rəbbimiz! Haqq-hesab günü məni, anamı, atamı və bütün möminləri bağışla”Amin.
Allah razi olsun

--------------------

^^Nazli^^

  • 30 sentyabr 2013 16:02
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

^Peri MaSali^

  • 30 sentyabr 2013 15:38
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH HER KESDEN RAZI OLSUN

love%messi

  • 30 sentyabr 2013 15:37
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
tewekkurler

--------------------

-chanel-

  • 30 sentyabr 2013 14:43
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN__________________

TAYNA VOSTOKA

  • 30 sentyabr 2013 14:31
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 30 sentyabr 2013 14:30
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Banned549678

  • 30 sentyabr 2013 14:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun baci cox sagol deyerli meqaleye gore oxudugca dahada yaxsi oluram cox sagolun

kera...1995

  • 30 sentyabr 2013 14:11
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
biz uwaqliqdan bu yana gormusuk ki oluye quran tapsirirlar....indi oyerendimki quranin oluye hec bir tesiri yoxdu xebere gore tewekkur edirem ALLAH razi olsun

TAYNA VOSTOKA

  • 30 sentyabr 2013 13:42
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Fatime_19,
Oluler ucun,onlarin gunahlarinin bagiwlanmasi ucun dua ede bilerik,Quran diriler ucun nazil olunub,oluler ucun yo,xeberi diqqetle oxuyun,orda aydin yazilib

--------------------

Fatime_19

  • 30 sentyabr 2013 12:48
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
basa dusmedim.yeni olu goturlende quran oxunur.qebristanliqa girerken,bes evde bele ruhuna cume axsamlari oxunur.yeni bunlar lazim deyilmi?cvb yazin........

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

Dikaya_Kavkazka

  • 30 sentyabr 2013 12:39
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
ALLAH razi olsun

ヅ Sevimli_qiz ヅ

  • 30 sentyabr 2013 12:36
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
Allah razı olsun canım

Bash Belası

  • 30 sentyabr 2013 11:33
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı olsun...

✵Дорогой✵

  • 30 sentyabr 2013 11:31
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Miranda ss

  • 30 sentyabr 2013 11:15
  • Məqalə: 1
  • Şərh: 240
  • Bal:
{awards}
mende bir nece defe esitmisem ki ne yasin suresinin ne deki QURANIN basqa ayelerinin oluye ne de onun yaxinlarina bir savabi yoxdur

Roya_____

  • 30 sentyabr 2013 10:35
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun canım her defe ne qeder savab qazanırsanda bele meqalelerle

TAYNA VOSTOKA

  • 30 sentyabr 2013 10:17
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Quranın savabı ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aid olur. Quranın ölüyə heç bir təsiri yoxdur.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}