Şübhə - sevgini yox edən səbəblərdəndir

 
Şübhə - sevgini yox edən səbəblərdəndir

Şübhə insana psixoloji zərər vuran ən əsas amillərdən biridir. Bu elə gizli təhlükədir ki, insanı daxilən yeyib-bitirir, qəlbini, beynini məşğul edərək, ətrafına qarşı sevgisizlik və güvənsizlik yaradır, pessimizmə sürükləyir. Şübhə hər zaman və hər mövzuda ortaya çıxa bilər və ən geniş yayılan növlərindən biri, insanın özünə duyulan sevgidən şübhə duymasıdır. Bəs bu nədən qaynaqlanır? İnsan hansı hallarda ona göstərilən sevgidən şübhə duyur?

Qarşılıqlı inam və etibar olmadıqda, insanlar qarşılarındakı şəxslərin onları həqiqətən sevib sevmədiklərindən şübhə duyurlar. Ağıllarını hər zaman bir sual məşğul edir: “Görəsən məni həqiqətənmi sevirlər?

Şübhə əslində nəfsin insana verdiyi mənfi təlqindir. Sevgi ilə bərabər səmimiyyəti də məhv edir. Sevgisizlik və səmimiyyətsizlik isə insanın hüzurlu yaşamasına, xoşbəxt olmasına mane olur. Sevgi dolu bir həyat yaşamaq istəyən insan hər şeydən əvvəl sevgi məfhumunu yaxşı anlamalıdır. Əsl sevgi nədir? Əgər insanlar bu sualın cavabını həqiqi mənada anlasalar, əsl sevgini də yaşayarlar. Cəmiyyətlərin sevgisizlikdən əziyyət çəkməsinin səbəbi bu məfhumu anlaya bilməmələri, ağılları ilə yox, duyğuları ilə hərəkət etmələri, öz nəfsi mühakimələrini etmədən qarşı tərəfdən ən mükəmməlini gözləmələridir. Sevgisizsənsə, insanlarla münasibətindəki səmimiyyətdən şübhə duyursansa, birinci öz nəfsini mühakimə etməyi bacarmalısan, özünə tez-tez bu sualları yönəltməlisən. “Yaşamaq istədiyim əsl sevgi üçün mən nə qədər cəhd edirəm? Əsl sevgini yaşamaq üçün hansı xüsusiyyətlərə sahib olmalıyam? Və ya hansı xüsusiyyətlərim sevgiyə mane olur?

Keçici həvəslərə, maddi dəyərlərə söykənən, qarşılıqlı mənfəətlərə əsaslanan və mənəvi baxımdan heç bir dərinliyi olmayan sevgi şübhəsiz ki, əsl sevgi deyil. Ətrafınızdakı insanları müşahidə edin. Onlar üçün sevgi meyarı budur: “Zənginsənsə kasıbla, təhsillisənsə təhsilsizlə, fiziki baxımdan gözəlsənsə çirkinlə dostluq münasibəti qura bilməzsən. Ayrı dünyanın adamlarısız” Əgər sən də dost seçərkən, sırf bu meyarları əsas götürsən, əlbəttə ki, ömrün boyu şübhələr içində boğulacaqsan, sevgisizlik həyatına hakim olacaq.

Əsl sevgi Allah sevgisidir. İnsanları da Allah sevgisi ilə sevəndə həmin sevgi dəyər qazanır. Bu sevgi daimidir, əsla bitib-tükənmir. Çünki artıq dünyəvi səbəblərlə qiymətləndirmirsən qarşındakını, onun fiziki quruluşunun çox gözəl olması sevgi səbəbin deyil. Anlayırsan ki, zaman keçəcək, o gözəllik itəcək. Bu da o deməkdir ki, sevgin də gözəlliklə birlikdə gedəcək. Anlayırsan ki, birinin sırf xarici görünüşünə görə onu sevmək bir az kobud dillə desək, ətinə, canına vurulmaqdır. Necə diksindiricidir. Bu duyğuya sevgi adını vermək olarmı? Ya da qarşındakı şəxsin çox ağıllı olması, zəngin olması səni heç maraqlandırmır. Başa düşürsən ki, bunların hamısı gəldi-gedərdi və insana əsl xoşbəxtliyi, sevgini yaşatmır. Əsl sevgi Allah eşqi ilə ruhu sevməkdir. Belə olan təqdirdə isə sevdiyin insanın xəstələnməsi, şikəst olması, qocalması, gözəlliyini itirməsi sevgini azaltmır, əksinə daha da artırır. Belə bir sevginin ən mühüm xüsusiyyəti insanın sevdiyinə qyımamasıdır. Sevdiyinə qıya bilməyən insan; Onun istəklərini öz istəklərindən üstün tutar, yəni fədakar olar. Onu təhlükələrdən qoruyar, ona hörmət etdiyini hiss etdirər, sevgisi əsla səbəblərə görə dəyişməz vəsabit qalmaz, hər zaman daha da artar, sevdiyinin qüsurunu görsə hiss etdirmədən onun qüsurunu örtməyə çalışar, yəni sevdiyinin tamamlayıcısı olar. Əsl sevgi də məhz budur: Sevdiyinin tamamlayıcısı olmaq. Ondan özünə qarşı ən mükəmməl rəftar gözləməmək, qarşılıq gözləmədən ən mükəmməl rəftarı ona göstərmək. Hər zaman optimist olmaq, onun rəftarında özünə qarşı xoşagəlməz bir şey görsən belə, küsməmək, inciməmək, bunları xeyirlə qiymətləndirmək, səbirli olmaq. Şübhə vəsvəsəsini özünə yaxın buraxmamaq və sevdiyində də sənə qarşı şübhə yaratmayacaq şəkildə hərəkət etmək.

Eqoist,laqeyd, Allah'a dərin sevgisi olmayan bir insandan beləbir sevgi gözlənməz. Bəzən sosial şəbəkələrdə “Səbəbsiz yerə birini sevirsənsə, deməli əsl sevgini yaşayırsan” kimi şablon cümlələrə rast gəlinir. Amma yanlışdır. Çünki sevgi səbəbsiz yerə də yaranmır. Mütləq cəhd etmək, diqqətli olmaq lazımdır ki, sevgini mənalı edən də budur.

Nurida Nuriyeva


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 01:52
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
tesekkul......!

PSIXOPATKA

  • 3 oktyabr 2013 12:40
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
TESEKKKKUURRRR

--------------------

:..GIZEMLI..:

  • 1 oktyabr 2013 23:45
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
TeSekkurLeR MeQaLeYe GoRe...

milana-023

  • 1 oktyabr 2013 19:47
  • Məqalə: 0
  • Şərh: 951
  • Bal:
{awards}
calisaq subhelerden ozumuzu uzaq tutaq

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 15:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
təşəkkürlər məqaləyə görə

Gül Əliyeva

  • 1 oktyabr 2013 15:45
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
MəQaLə üÇüN ÇoX SaĞoLuN =))


✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 oktyabr 2013 14:29
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------

Gun--ka

  • 1 oktyabr 2013 14:24
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
“Səbəbsiz yerə birini sevirsənsə, deməli əsl sevgini yaşayırsan... kimi şablon cümlələrə rast gəlinir. Amma yanlışdır. Çünki sevgi səbəbsiz yerə də yaranmır. Mütləq cəhd etmək, diqqətli olmaq lazımdır ki, sevgini mənalı edən də budur.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Ruhi788

  • 1 oktyabr 2013 13:35
  • Məqalə: 2
  • Şərh: 102
  • Bal:
{awards}
maraqli oldu tesekkurler

--------------------
Cənnəti qazanmağın yolunu axtardım, onu səxavətli olmaqda tapdım.

Roya_____

  • 1 oktyabr 2013 13:28
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Teşekkurler ^^

melek_19

  • 1 oktyabr 2013 13:17
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmm

--------------------

ShคмKiʀKค

  • 1 oktyabr 2013 12:57
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
maraqliydi twk

ღLovelyღ

  • 1 oktyabr 2013 12:57
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✵Дорогой✵

  • 1 oktyabr 2013 12:55
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Tewekkurler

Banned456

  • 1 oktyabr 2013 12:52
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
TəŞəKKüRLəR =))

ヅ Sevimli_qiz ヅ

  • 1 oktyabr 2013 12:48
  • Məqalə: 82
  • Şərh: 850
  • Bal:
{awards}
Tewekkurler... ^_^

AyliN BunyaminovA

  • 1 oktyabr 2013 12:45
  • Məqalə: 400
  • Şərh: 5002
  • Bal:
{awards}
Teshekkurler

--------------------

ZAC EFRON

  • 1 oktyabr 2013 12:22
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
Tewekkur :)))

Gül Əliyeva

  • 1 oktyabr 2013 11:53
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
TəŞəKKüRLəR =))


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 36
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}