Tənhalıq

 
Tənhalıq

Səndən sonra ilk onu sevdim,ona alışdım.Səndən sonra yalnız onu sevdim.Yalnızlığı…İndi yalnız onu sevirəm,bütün yaxşı,pis,sevincli,kədərli günlərimdə onunla oluram.Sənin mənə verdiyin ən böyük sözü indi mən ona verirəm.Onu ömrümün sonunadək sevəcəyimə,heç vaxt tərk etməyəcəyimə söz vermişəm.Bilmirəm səni nə vaxtsa görsəm bu sözümü unudaram,yoxsa yox.Artıq tənhalıq da kömək eləyə bilmir səni unutmağıma.Onun da gücü çatmır, mənim də…Çox acizəm,çox gücsüzəm səni unutmağa. Özümü tikanlı qızılgüllər arasına atıram yalnız tənim zərər çəkir,qəlbimə heç nə olmur.Ağlamaq istəyirəm ağrıdan-tənimin yox,qəlbimin ağrısından.Ən gözəl qızılgüllər içində solmuş,saralmış bir qönçə kimiyəm.Həyatımın vaxtsız gələn payızına ağlamaq istəyirəm.Eləmək istədiyim ancaq bacarmadığım şeylərə ağlamaq istəyirəm.Bağırmaq istəyirəm səni sevdiyimi bütün kainata.Yağmaq istəyirəm dəli bir yağmur kimi susuz çöllərə-səni necə sevdiyimin şahidi olan çöllərə.Yerləri,göyləri lərzəyə gətirən şimşək olmaq istəyirəm-mənə inanmayanlara,səni sevdiyimə inanmayanlara gücümü göstərmək üçün.Payızda da saralmayan ağac olmaq istəyirəm,ağac necə yarpaqlarından ayrıla bilmirsə,mənim də səndən heç vaxt ayrılmayacağımı demək istəyirəm.Bir külək olmaq istəyirəm-heç vaxt dayanmayan,hər zaman əsən bir külək necə ki,mən səni hər zaman sevəcəyəm.Bir həyat istəyirəm çox gözəl,yeni,xoşbəxt və ən əsası içində sən olan bir həyat.Elə həyat ki,içində səni hər zaman sevən mən və məni heç vaxt sevməyən sən olasan…



Geri dön

lelnur

  • 23 yanvar 2011 09:05
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
o heyyati nece istemek olar ki icinde meni sevmeyen kimse olsun?qeribedi[/i][i][right][/right] winked [i][/i]

CrazyGirl

  • 18 yanvar 2011 09:28
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
eziyete gore tsk...............

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 17 yanvar 2011 23:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

FERID_HESENLI

  • 17 yanvar 2011 19:44
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
heyqat zordu ama men dozecem cinarem bir gun mende senin yanina gelecem canim sevgilim az qalib gelecem sene soz versemde gelecem yaniva.xebre gore tesekkur

YazYamuru

  • 17 yanvar 2011 19:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
EEEEEEEEE love love

--------------------



nilayka

  • 17 yanvar 2011 19:05
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}