Xurşidbanu Natəvanın dünyadan köçdüyü gündür

 
Xurşidbanu Natəvanın dünyadan köçdüyü gündür

Bu gün Azərbaycanın görkəmli şairə-qadını, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın dünyadan köçdüyü gündür.

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. İlk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana öz doğma кəndinə, оradan da Tiflisə aparmışdır.

Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir.

1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Omkanın adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır (məsələn, Məhəmmədəli Tərbiyyətin "Danişmədani – Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B., 1997 və s.). Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
a


Geri dön

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 11:04
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
ALLAH RƏHMƏT ELƏSİN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 25 oktyabr 2013 03:33
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
{awards}
Xəbərə görə təşəkkür...

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 14:13
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

pervis

  • 6 oktyabr 2013 19:21
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Xanim Zehra

  • 6 oktyabr 2013 00:29
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Allah rehmet elesin

winxclub_bloom

  • 3 oktyabr 2013 13:16
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 3 oktyabr 2013 09:07
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
xəbərə görə təşəkkürlər

--------------------

melek_19

  • 3 oktyabr 2013 00:50
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღ★Yağmur★ღ

  • 3 oktyabr 2013 00:24
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Omkanın adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Banned1

  • 2 oktyabr 2013 23:34
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
TəŞəKKüRLəR =))
SiRiNiM =))

Banned549678

  • 2 oktyabr 2013 21:48
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
SerHleRe Gore Cox SagoLun^^

Fatime_19

  • 2 oktyabr 2013 21:20
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
ALLAH,rehmet eylesin,qebri nurla dolsun,ancaq olmeyib,o helede insanlarin yaddasinda yasayir

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

ZAC EFRON

  • 2 oktyabr 2013 20:16
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Dahiler olmez)

★Angelocka★

  • 2 oktyabr 2013 20:16
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

ღ★Yağmur★ღ

  • 2 oktyabr 2013 20:15
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah rəhmət eləsin

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

^Peri MaSali^

  • 2 oktyabr 2013 20:13
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
meqa;eye goree tesekurleeer

✵Дорогой✵

  • 2 oktyabr 2013 19:48
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
2-ci Werhde Menden Olsun Day tongue

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 2 oktyabr 2013 19:48
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaLəyə görə TəşəkkürLər aşkımm tongue

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 2 oktyabr 2013 19:45
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Ilk wehr mennen (^_^)

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}