Möhkəm ailənin səbəblərinin şərhi

 
Möhkəm ailənin səbəblərinin şərhi

Cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin möhkəmlənməsinin əsas amillərindən biri də, ailə təməlinin düzgün və möhkəm şəkildə qoyulmasıdır. Bu dəyərli quruluşun sağlam təməllərlə möhkəmlənməsi üçün ailə bağlarının iki əsas ünsür – məhəbbət və paklıq üzərində köklənməsi zəruridir.

İslami hədislərə əsasən, dostluq öz-özlüyündə bir növ ailə bağı kimidir. Necə ki, İmam Əli (Ona salam olsun!) buyurur: "Dostluq (bir növ) qohumluqdur."

Başqa bir hədisdə isə buyurur: "Dostluq qohumluğun ən yaxın növüdür."

Həzrət Əli (Ona salam olsun!) qohumluq əlaqəsinin özünün də dostluğa ehtiyacı olması haqda belə buyurur: "Hər qohumluğun dostluğa ehtiyacı var."

Əsl həqiqətdə ailə bağları məhəbbət və dostluq olmadan həqiqi mənasını itirmişdir. Necə ki, Həzrət Əli (Ona salam olsun!) buyurur: "Dostun sənin qardaşındır. Bir halda ki, qardaşın sənin dostun deyildir."

Həmçinin, dini inanclar və ailə həyatının müqəddəsliyinə olan inam, ailə qurmaqda əsas və yaradıcı rola malikdir. Çünki mənəvi dəyərlərə sayğısız və ailə müqəddəsliyinə inanmayan, yalnız maddiyyat fikrində olan şəxslərlə birlikdə yaşayıb dostluq etmək heç də güvənc və etibar vəd etmir. Həzrət Əli (Ona salam olsun!) buyurur: "Dünya qullarının dostluğu süst olur. Çünki onun təməlləri (səbəbləri) süstdür. (Amma) axirət qullarının dostluğu möhkəm olur. Çünki onun təməlləri möhkəmdir."

Başqa bir hədisdə buyurur: "(Həqiqi) dindarların dostluğu çox gec pozular, o, əbədidir."

Sonsuz hikmət sahibi olan aləmlərin Rəbbi təbii olaraq iki insanın (ər-arvadın) məhəbbətini bir-birinin qəlbində yerləşdirərək ailə təməllərinin möhkəmlənməsinə şərait yaratmışdır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"

Bununla da, Allah-təala evlilik həyatına mənəvi dəyər bağışlayaraq ailə həyatının müqəddəs olmasına təkid etmişdir.

Deməli, ailədə məhəbbət və paklığa səbəb olan hər bir şey bu müqəddəs quruluşu möhkəmləndirir. Ailədə məhəbbət və paklığın azalmasına səbəb olan hər bir şey isə bu müqəddəs quruluşun süstlüyünə və dağılmasına bais olur.

Möhkəm ailə quruluşuna sahib olmaq üçün ilk addım İslam dinində ailə qurmaq üçün nəzərdə tutulmuş qayda-qanunlara riayət etməklə atılır.

Peyğəmbərimizin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) və Əhli-beytin (Onlara salam olsun!) hədislərində ailədə məhəbbət və paklığı möhkəmləndirmək üçün olduqca dəyərli göstərişlər mövcuddur.



Geri dön

ღ★Yağmur★ღ

  • 28 oktyabr 2013 10:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Dəyərli Məqaləyə görə təşəkkürlər

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:53
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
{awards}
Peyğəmbərimizin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) və Əhli-beytin (Onlara salam olsun!) hədislərində ailədə məhəbbət və paklığı möhkəmləndirmək üçün olduqca dəyərli göstərişlər mövcuddur

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 13:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər

ADA GirL

  • 8 oktyabr 2013 16:43
  • Məqalə: 32
  • Şərh: 4694
  • Bal:
{awards}
Allah kömeyınız olsun teşekkürler=)

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 13:54
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

ADA GirL

  • 4 oktyabr 2013 17:42
  • Məqalə: 32
  • Şərh: 4694
  • Bal:
{awards}
tesekurlerrrrr

Samir_Wuvalan

  • 4 oktyabr 2013 02:23
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
{awards}
(Həqiqi) dindarların dostluğu çox gec pozular, o, əbədidir.

✵Дорогой✵

  • 3 oktyabr 2013 19:22
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
"(Həqiqi) dindarların dostluğu çox gec pozular, o, əbədidir."

ღLovelyღ

  • 3 oktyabr 2013 19:08
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 3 oktyabr 2013 19:02
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər aşkım

--------------------

melek_19

  • 3 oktyabr 2013 18:20
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned456

  • 3 oktyabr 2013 17:14
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Cox SagOl UreyiM insALLAH gelecekde OxuyaCaM^^

winxclub_bloom

  • 3 oktyabr 2013 16:59
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
indi ne dost var ne dostluq

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 35
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 227
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}