Öz anam üçün

 
Öz anam üçün

Dünyaya gəldim, gözlərim önündə incə əlləri ilə məni tumarlayan, qayğıma qalan nur üzlü bir mələk gördüm. İllər beləcə bir-birini əvəzlədi, onun nəvazişi ilə yaşa doldum. Xəstələndim zülmət gecələrdən sabahlara qədər gözünü bir an belə qırpmadan mənə keşikçi oldu. Od nəfəsi ilə məni sərt soyuqlardan qorudu. Düşmənlərimə qarşı sipər etdi sinəsini, səd çəkdi xətalarıma. Yuxusuz gözləri yol çəkdi mən qapıdan girincəyədək. Uğurlarım onun sayəsində oldu. Xeyir-dua etdi hər atdığım addıma. Odur ki, büdrəyərkən yıxılmadım. Hər şey bitdi, çox şey itdi, amma onun mənə olan sevgisi bitmədi. Allahım yolladı onu mənə, Allahım da qorusun onu. Axı mənim ona hər zaman ehtiyacım var. Səhv etməmək üçün, məsləhətinə, yaşamağım üçün varlığına ehtiyacım var. Böyüsəmdə onun yanında özümü körpə uşaq kimi sevincli, qəm-qüssədən uzaq, xoşbəxt hiss edirəm. Sadəcə onun yanında. Mən sevinəndə sevinci yerə-göyə sığmaz oldu, kədərlənəndə bənizi soldu. Məni yaxşı insan etmək, bax amalı bu oldu mələyimin. Döyünən ürəyimin, gözəl ANAMIN mənim.
Allah bütün analara ömr versin, bizlərə isə onların arzuladığı kimi övlad olmağı nəsib etsin.


Geri dön

Sweet life

  • 11 iyun 2011 14:39
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
mmaraqlidir.thanks

--------------------

L_SimuS

  • 19 yanvar 2011 01:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

Cici-Kiz

  • 18 yanvar 2011 21:54
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Baxmayaraq ki, oz anam ucun yazmisam bunu, amma Allah butun analara can sagligi v' uzun omr versin.AMIN!

Fikirləriniz üçün cox sag olun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 18 yanvar 2011 13:15
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol baciska twk love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}