Gözəl söz söyləyin!

 
Gözəl söz söyləyin!

Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.” (Hz. Əli) Həqiqətən də danışmaq insanları tanımaqda çox böyük rol oynayır. Bir insanın qəlbində hiss etdikləri, zehnində gizlədiyi düşüncələri, arzuları, xəyalları, inancları, qorxuları –bunların hamısı insanın danışığı ilə üzə çıxır. Belə ki, insanların ruhi vəziyyətlərinin necə olduğu, necə ağla və vicdana sahib olduğu sərf etdiyi sözlərlə anlaşılır. Bir insanın səmimi, yoxsa saxtakar, etibarlı və ya pis niyyətli, doğru sözlü, ya da yalançı olduğu danışıq üslubu ilə dərhal bilinir. Bir sözlə, danışıq insanın ağlının, mənəviyyatının, şəxsiyyətinin ölçüsünü ifadə edir. Səmimi insanlar hər zaman gözəl, hikmətli, doğru danışır və buna görə də ruhən rahat olurlar. Qeyri səmimi, saxta insanlar isə ürəklərində gizlətdikləri xəbis niyyətlərin üzə çıxmasından narahat olurlar

Lakin bunu da ifadə etmək istərdim ki, gözəl danışaraq, gözəl sözlər istifadə edərək insan hər zaman xeyir qazana bilər. Gözəl sözlü olmaq həm də Allahın bəyənəcəyi bir xüsusiyyətdir. Bir quran ayəsində Allah gözəl sözü gözəl ağaca bənzədir. Necə gözəl ağac kökü möhkəm, budaqları göydə, hündür, yamyaşıl, barlı-bəhrəli olursa, gözəl söz də hər zaman insana xeyir-bərəkət gətirir. Əksinə pis sözlər, pis danışıq isə nə insanın özünə, nə də başqalarına fayda vermir. Allah pis sözü kökü yerdə sabit durmayan, qoparılıb qurumuş ağaca bənzədir.

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)

Belə ki, insan özü ilə bərabər danışığını da, sözlərini də tərbiyələndirməlidir və hər zaman kimliyindən asılı olmayaraq hər kəsə gözəl sözlər söyləməli, gözəl üslubla danışmalıdır. Düzdür ki, insan bəzən əsəbiləşir, haqsızlığa məruz qalır. İnsan çalışmalıdır ki, belə vəziyyətlərdə də gözəl üslubla danışsın, qarşı tərəfə ən gözəl cavabı versin. Əlbəttə ki, bu, hər kəsə asan gəlməyə bilər. Belə bir deyim var ki, “Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir.” Bu deyim həqiqətən də doğrudur. Çünki yaxşılıq görən insan yaxşılıqla cavab verə bilir asanlıqla. Amma pisliyə məruz qalanda bu rəftarı dəyişir. Məsələn, vicdanları onlara səhv edən birinə qarşı bağışlayıcı olmağı, pis söz söyləyənə gözəl söz söyləməyi bildirsə də, onlar nəfslərinə uyub bağışlamamağa və ya pis sözə daha pisi ilə qarşılıq verməyə üstünlük verirlər. Onlar tərs danışmaqla, lağlağı etməklə, qarşı tərəfi təhqir etməklə onu “susduraraq” üstün gəldiklərini düşünürlər. Bu insanlar elə zənn edirlər ki, etdikləri doğrudur. Onlara etdiyin yanlışdır deyildikdə isə aldığın cavab bunlar olacaq. “Biri məni təhqir edirsə niyə susmalıyam? Mən axmağam? Cavab verməsəm elə biləcək haqlıdır, sözüm yoxdur deməyə” və s. Amma onlar gözəl sözün nə qədər xeyirli olduğunu dərk etsələr, bunu seçərlər. Quranda Allah buyurur ki, pisliyə yaxşılıqla cavab verin. Onda görərsiz ki, sizinlə aranızda düşmənçilik olan şəxs yaxın dostunuz olmuşdur.

Bəzi insanlar isə danışığında çox qüsurlar buraxırlar. Hətta dostları, yaxınları ilə ünsiyyətdə xoşagəlməz üslubdan istifadə edirlər. Məsələn, öz rəfiqələrinə və ya dostlarına müraciət edərkən “az”, “ağəz”, “dəli”, “yetim”, “avara”, “ifritə”, “əclaf” kimi bayağı sözlərdən istifadə edir və elə bilirlər ki, bu qarşı tərəfə xoş təsir edir, münasibəti daha da səmimiləşdirir. Amma keyfiyyətli insan öz nəcib ruhuna bu tərz üslubu qətiyyən yaraşdırmaz.

Danışa bilməyimiz Allahın biz insanlara olan ən böyük lütflərindən biridir. O nitqimizi bağlasa, səsimizi batırsa bir cümlə belə qura bilmərik. Ona görə də bizə verilən bu gözəl neməti ən gözəl şəkildə, Allah istədiyi kimi istifadə etməliyik. Gözəl sözlü olmalıyıq. Çünki gözəl söz pisliyə yaxşılıqla cavab verərək, özünün nə qədər böyük şəxsiyyətə sahib olduğunu, mənəviyyatı dərin insan olduğunu sübut etmək deməkdir. Gözəl söz ünsiyyət qurduğun insanların üstün, gözəl xüsusiyyətlərini vurğulamaqla onları şərəfləndirməyin, könüllərini xoş etməyin deməkdir. Gözəl söz insanlara yanlış etdikləri hərəkətləri, səhv düşündüyü mövzuları ən incə, onların qəlbini qırmayacaq şəkildə söyləyərək onları pis əməllərdən çəkindirmək deməkdir. Yaxşılığa dəvət etmək deməkdir. Ən əsası, gözəl söz Allaha çağırmaq deməkdir. Allah yoluna, Cənnət yoluna dəvət deməkdir. Bu dəvət 70-80 illik ömrə deyil, sonsuz həyata təsir edəcək çox əhəmiyyətli qərarın dönüş nöqtəsidir.

Bəlkə də bu mövzu üzərində indiyə qədər heç vaxt düşünməmisiniz. İndi bu məqaləni oxuduğunuz an keçmişdə buraxdığınz səhvlərə görə ümidsiz olmayın, qərarsız olmayın. Əsas keçmiş deyil, bu gündür və sabahdır. İndi gözəl söz söyləmək dəvətini qəbul etmək vaxtıdır. Hər kəs bu dəvəti qəbul etməlidir!

Nurida Nuriyeva


Geri dön

Samir_Wuvalan

  • 24 oktyabr 2013 04:20
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
Tewekkurler..........

--------------------
Sizi artiq vicdaniniz bagisdasin

-chanel-

  • 10 oktyabr 2013 17:33
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
___ _ ___ _ ___ _ ___Tewekkurler___ _ ___ _ ___ _ ___

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 12:57
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

Banned456

  • 5 oktyabr 2013 13:57
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun

^^KuKuLKa^^

  • 5 oktyabr 2013 12:51
  • Məqalə: 770
  • Şərh: 11383
  • Bal:
{awards}
tewekkurelr..............

--------------------

PSIXOPATKA

  • 4 oktyabr 2013 19:22
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
TESEKKKKKKUURRR

--------------------

pervis

  • 4 oktyabr 2013 19:22
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
tewekkurelr..............

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

ヅ Sevimli_qiz ヅ

  • 4 oktyabr 2013 18:38
  • Məqalə: 82
  • Şərh: 850
  • Bal:
{awards}
TeSHeKKuRLeR

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 4 oktyabr 2013 17:26
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Təşəkkürlər məqaləyə görə..)

--------------------

Zazam

  • 4 oktyabr 2013 17:00
  • Məqalə: 0
  • Şərh: 1078
  • Bal:
{awards}
twk.............................

--------------------
♥♥♥Agilli olub dunyanin derdini cekmekdense,, kankret deliyem qoy dunya menim derdiimi ceksin:P♥♥♥

♥Hemiwe neyese gore uZulende atam bu cumleni deyir mene: ba$ini dik tut $ehZadem yoxsa tacin duwer..!

★NuTeLLa★

  • 4 oktyabr 2013 16:07
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
Enim Twk meqale ucun :*

★Angelocka★

  • 4 oktyabr 2013 15:23
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Gül Əliyeva

  • 4 oktyabr 2013 15:21
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
MeqaLeye Gore cox SAgOLUN^^

nuray sirinova

  • 4 oktyabr 2013 14:58
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
{awards}
Təşəkkürlər

Nazi_Odi

  • 4 oktyabr 2013 14:56
  • Məqalə: 35
  • Şərh: 5040
  • Bal:
{awards}
Təşəkkürlər

Roya_____

  • 4 oktyabr 2013 14:43
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
teşekkurler

ღ★Yağmur★ღ

  • 4 oktyabr 2013 14:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Teşekkür edirem

^^Nazlı Şeytan^^

  • 4 oktyabr 2013 14:10
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.”

AyliN BunyaminovA

  • 4 oktyabr 2013 14:03
  • Məqalə: 423
  • Şərh: 5058
  • Bal:
{awards}
TeSHeKKuRLeR

--------------------

winxclub_bloom

  • 4 oktyabr 2013 13:50
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
“Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.”

--------------------

✵Дорогой✵

  • 4 oktyabr 2013 13:49
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Tewekkurler Meqaleye Gore

^Peri MaSali^

  • 4 oktyabr 2013 13:48
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
Lakin bunu da ifadə etmək istərdim ki, gözəl danışaraq, gözəl sözlər istifadə edərək insan hər zaman xeyir qazana bilər. Gözəl sözlü olmaq həm də Allahın bəyənəcəyi bir xüsusiyyətdir. Bir quran ayəsində Allah gözəl sözü gözəl ağaca bənzədir. Necə gözəl ağac kökü möhkəm, budaqları göydə, hündür, yamyaşıl, barlı-bəhrəli olursa, gözəl söz də hər zaman insana xeyir-bərəkət gətirir. Əksinə pis sözlər, pis danışıq isə nə insanın özünə, nə də başqalarına fayda vermir. Allah pis sözü kökü yerdə sabit durmayan, qoparılıb qurumuş ağaca bənzədir.

melek_19

  • 4 oktyabr 2013 13:43
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
ilk werh menden tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}