Ən yaxşı əməl

 
Ən yaxşı əməl

[center]"Nəml” surəsinin 89-cu ayəsində buyurulur:

مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ
"Hər kəs həsənə ( saleh iş) görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcək. Belələri o günün dəhşətli qorxusundan əmin-amanlıqda olarlar!”
Bu ayədəki "həsənə” (saleh iş) sözü geniş mə’nada bütün yaxşı əməllərə şamil olur. Yaxşı əməl sahibləri Allahın xas mükafatları ilə müjdələnirlər ki, onlardan ən mühümü qiyamət və məhşər gününün dəhşətindən amanda olmaqdır.
Bir çox rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək ayədə qeyd olunan yaxşı əməlin xaricdə ən gözəl və bariz nümunəsi kimi göstərilir. Bu da o deməkdir ki, insanın onlara məhəbbət bəsləməsi qiyamət günü ən gözəl əmin-amanlığa səbəb olacaq.
"Şəvahidut-tənzil” kitabında uyğun ayənin təfsiri ilə bağlı bir neçə rəvayət nəql olunmuşdur. Orada yaxşı əməl Əhli-beytə (ə) məhəbbətlə əlaqələndirilmişdir. Əbu Abdullah Cədəli deyir ki, Əli (ə) mənə buyurdu: "İstəyirsənmi sənə "Hər kəs saleh iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcəkdir” ayəsinin təfsirini deyim?” Dedim: "Bəli, sənə qurban olum!” Həzrət buyurdu: "Yaxşı əməl biz Əhli-beytə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!” Sonra Həzrət bu ayəni tilavət etdi.”
Bu məzmun həmin kitabın 582 və 587-ci hədislərində vardır; bu fərqlə ki, 587-ci hədisdə belə buyurulur:

اَلا اُخْبِرُكَ بالسَّيِّئَةِ الّتِى مَنْ جاءَ بِها اَكَبَّهُ اللهُ عَلى وَجْهِهِ فِى نارِ جَهَنَّمَ، بُغْضُنا اَهْلَ الْبَيْتِ
!
"Sənə elə pis əməlin adını deyimmi ki, Allah-taala onu yerinə yetirən hər kəsi üzü üstə cəhənnəmə atacaqdır? O (pis əməl), Əhli-beytə kin-küdurət və ədavət bəsləməkdir.” Sonra Əmirəl-mö’minin Əli (ə) ikinci ayəni ("Nəml” surəsinin 90-cı ayəsini) tilavət etdi:
وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ
"Hər kəs pis iş görsə, cəhənnəm oduna üzü üstə atılar!”
Başqa bir hədisdə Əbu Əmamə Bahili Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:
اِنَّ اللهَ خَلَقَ الاَنْبِياءَ مِنْ شَجَرٍ شَتّى، وَخُلِقْنِى وَعَلِيّاً مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجا، وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَابِداً عَبَدَاللهَ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ:

"Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan (köklərdən), məni və Əlini isə bir ağacdan yaratdı. Mən o ağacın kökü, Əli budağı, Həsən və Hüseyn meyvələri, şiələrimiz isə yarpaqlarıdır. O ağacın budaqlarının birindən yapışan şəxs nicat tapar, onlardan üz döndərən isə süqut edər. Əgər bir abid Allaha min il, daha min il,bir daha min il ibadət etsə, lakin bizə məhəbbət bəsləməsə, Allah-taala onu üzü üstə cəhənnəmin oduna atar!”

Əllamə Qunduzi birinci hədisi imam Əlidən (ə) nəql edərək, onu Həzrətin bu sözü ilə sona yetirir: "Yaxşı əməl bizə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!”
Yenə həmin kitabda İbn Kəsirdən imam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Hər kəs yaxşı iş görsə, onun müqabilində on bərabər mükafat verilər” ayəsi bütün müsəlmanlar üçün, "Hər kəs yaxşı iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyir. Belələri o günün dəhşətli qorxusundan amanda olar” ayəsi isə yalnız vilayəti qəbul etmək və bizə (Peyğəmbərin (s) Əhli-beytinə) məhəbbət bəsləməyin mükafatıdır!”
Bir qrup təfsir və hədis alimi bu ayənin təfsirində Əhli-beytə (ə) məhəbbəti böyük "həsənə” və yaxşı əməl kimi qeyd etməsə də, "Şura” surəsinin "Kim yaxşı iş görsə, onun yaxşılığının savabını artırarıq” ayəsinin təfsirində uyğun məzmunda hədislər nəql etmişdir. Məsələn, Süyuti "Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəmdən İbn Abbasın bu ayənin təfsirində belə dediyini nəql edir: "Bu ayədəki yaxşı əməldə məqsəd Məhəmmədin (s) Əhli-beytini sevməkdir!”

Alusi "Ruhul-məani” kitabında bu ayənin ("Şura”, 23) təfsirində ("həsənə”də məqsədin Əhli-beytə (ə) və Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət olduğunu bildirən bə’zi təfsir alimlərinin nəzərlərini və bunun İbn Abbas və Südeydən nəql olunduğunu qeyd etdikdən sonra) yazır: "Peyğəmbərin (s) Əhli-beytini sevmək ən böyük həsənə və yaxşı əməldir.
Buna oxşar hədislər başqa kitablarda da nəql olunmuşdur. Biz isə qeyd olunanlarla kifayətlənirik. Bu bəhsi də Əhli-beytin (ə) məhəbbətini qiymətləndirən bir hədislə sona yetiririk. (Əlbəttə, bu hədis bəhs etdiyimiz ayənin təfsirində nəql olunmamışdır.)
Şəblənci "Nurul-əbsar” kitabında Peyğəmbəri-əkrəmdən (s) (öz e’tirafına görə, səhih və doğru olan) belə bir hədis nəql edir:
وَاللهِ لا يَدْخُلُ قَلْبَ رَجُلٍ، اَلْاِيمانَ حَتّى يُحِبَّهُمْ اَهْلَبَيْتِى لِقَرابَتِهِمْ مِنِّى:
"Allaha and olsun! Mənim Əhli-beytimi onların mənimlə yaxınlığına görə sevməyən şəxsin qəlbinə iman daxil olmaz.”
Bunu da qeyd edirik ki, sadə məhəbbət və sevgi qiyamət gününün dəhşətli qorxusundan kiməsə əmin-amanlıq verə bilməz, əsla imanın şərtlərindən sayılmaz. Bu ifadələr açıq-aydın göstərir ki, Əhli-beytin sevgisi, sözsüz, din və nübüvvətin davamı, imanın qorunub-saxlanılmasını tə’min edən imamət və vilayət əsası ilə əlaqədardır.

***

Qeyd etdiyimiz bütün ayə və rəvayətlərdən aydın başa düşülür ki, Peyğəmbərin (s) Əhli-beyti, xüsusilə Əli ibn Əbi Talib, Fatimeyi-Zəhra, Həsən və Hüseyn (ə) yüksək məqama malikdirlər; onları sevmək risalət və peyğəmbərliyə hörmət, onlara salavat göndərmədən qılınan namaz batildir. Onlar "sirati-müstəqim” (doğru yol) və Adəm peyğəmbərin tövbə üçün Allahdan öyrəndiyi müqəddəs adlar və sözlərdir. Bəli, bu böyük fəzilətlərə malik olan, həm şiə, həm də əhli-sünnənin məşhur rəvayətlərində böyük adla yad edilən kəslər başqaları ilə bərabər deyil. Onlara məhəbbət bəsləmək, şübhəsiz, Peyğəmbər (s) tərəfindən əsası qoyulan imamət və vilayətə doğru atılan ilk addımlardır. Onlar "səqəleyn” kimi "mütəvatir” rəvayətlərdə Qur’ani-kərimlə yanaşı durur. Həm onlar, həm də Qur’ani-kərim nicat gəmisi kimi tanıtdırılır. Bu sülalə qiyamət gününə qədər İslam ümməti arasında yaşayacaqdır və müsəlmanların onlara sığınmaları labüddür. Onlar nicat gəmisi, parlaq ulduz, hidayət çıraqları və fəzilət dəryasıdırlar.
Bəli, bizim əqidəmizə görə, Qur’ani-kərimdə Əhli-beytin (ə) fəzilətlərinə dair bir çox işarələr var və bu nöqtələr, Peyğəmbəri-əkrəmin (s) buyuruqları ilə bütün müsəlmanlara e’lan edilmişdir. Müsəlmanlar da Peyğəmbərə (s) itaət etməli, təəssübkeşlikdən əl çəkərək nicat yolunu seçməli, yə’ni həzrətin Əhli-beytinə sarılıb, onların hidayət və rəhbərliyi ilə son məqsədə, səadət və təkamülə çatmalıdırlar. Bu qədər işarə və açıq-aşkar bəyanları, mö’təbər sənədləri görməməzliyə vuranlar, yaxud Qur’anı öz şəxsi rə’yi ilə təfsir edib hər tərəfə yozanlar qiyamət günü cavab verə bilməyəcəklər!
[/center]


Geri dön

ღ★Yağmur★ღ

  • 28 oktyabr 2013 10:46
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
Dəyərli Məqaləyə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:46
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 13:25
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

۞(S)pea(R)۞

  • 7 oktyabr 2013 22:13
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
TeSHeKKuRLeR

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 16:00
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 5 oktyabr 2013 13:22
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Banned549678

  • 5 oktyabr 2013 13:20
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Serhler Ucun cox Sagolun ALLAH razi olsun

^^KuKuLKa^^

  • 5 oktyabr 2013 12:42
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
[center]"Nəml” surəsinin 89-cu ayəsində buyurulur:

--------------------

PSIXOPATKA

  • 5 oktyabr 2013 12:03
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 5 oktyabr 2013 01:40
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

melek_19

  • 4 oktyabr 2013 20:38
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

nuray sirinova

  • 4 oktyabr 2013 19:39
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
TeSHeKKuRLeR

pervis

  • 4 oktyabr 2013 19:16
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

ヅ Sevimli_qiz ヅ

  • 4 oktyabr 2013 18:55
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

AyliN BunyaminovA

  • 4 oktyabr 2013 18:42
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
CoX SaGoLuN

--------------------
ܨܓܓܨܓܓ✍

Banned1

  • 4 oktyabr 2013 17:49
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ÇoX SaQoL SiRiNeM ALLAH RAZI OLSUN =))


✰SLαTKαyα ŞεyTαηKα✰

  • 4 oktyabr 2013 17:43
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ADA GirL

  • 4 oktyabr 2013 17:33
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razi olsun tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}