Dua edərkən əllərin vəziyyəti necə olmalıdır?

 
Dua edərkən əllərin vəziyyəti necə olmalıdır?


Dua ibadətin elə özüdür.[1] (Hədisi-şərif)

Dua dinimizdə başlı-başına bir ibadət növüdür. Numan ibn Bəşir (r.a.) nəql edir ki, Həzrət Peyğəmbər (s.ə.s): “Dua ibadətdir” dedi və sonra bu ayəni oxudu: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! ”.[2]

Bəndə ilə Rəbbi arasında dua, istəyənin acizliyini, Qadir Allahın isə comərdliyini göstərən bir ünsiyyət formasıdır. Hz. Peyğəmbər (s.ə.s) “Allah Təala özündən bir şey istənilməsindən və istəyənə verməsindən xoşlanar,[3] eyni zamanda ondan istəməyənə (dua edib ona yalvarmayana) da qəzəblənər və hiddətlənər.[4]” buyurmuşdur.

Uca Allah buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.”[5]

Əsl dua nümunələri Qurani-Kərimdə öz əksini tapmış, Həzrət Adəmin[6], Həzrət Nuhun[7], Həzrət İbrahimin[8], Həzrət Süleymanın[9], Həzrət Yunisin[10], Həzrət Yusifin[11], Həzrət Musanın[12], Həzrət Zəkəriyyənin[13] və sair peyğəmbər və salehlərin dili ilə bir nümunə kimi bizə göstərilmiş və öyrədilmişdir. Peyğəmbərimiz (s.ə.s) dualarını Hz. İbrahimin duası ilə bəzədiyi kimi[14], biz müsəlmanaların da dualarını ayələrdə göstərilən nümunələrlə süsləməsi sünnədir.

Dua edərkən əllərin vəziyyətinə gəlincə, nəql edilən rəvayətlərdən məlum olur ki, Hz. Peyğəmbər (s.ə.s) dua etdiyi vaxt əllərini həmişə eyni vəziyyətdə tutmamışdır. Ancaq sünnədə əsas olan əlləri yuxarı qaldıraraq dua etmək və duadan sonra əlləri üzə çəkməkdir. İmam Buxari, “Səhih”ində və “Ədəbul-Müfrəd”ində dua ilə bağlı mövzu başlığına “duada əlləri qaldırmaq” adı ilə başlamış və bu haqda bəzi hədisləri nəql etmişdir.[15]

İbn Abbasın (r.a) rəvayət etdiği hədisi-şərifdə belə qeyd edilir, Allah Rəsulu buyurdu: “Allaha dua edəndə ovuclarının içini açaraq dua et. Duanı bitirəndə ovuclarını üzünə çək.”[16] Tirmizidə kəçən bir digər hədisi-şərifdə də Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Rəbbiniz Hayydır, Kərimdir. Qulu dua edərək ona əlini qaldırdığı zaman, O, əllərini boş çevirməkdən həya edər.”[17]

Duadan sonra əllərin üzə çəkilməsi bir sünnədir. Bu mövzuda icma – İslam alimlərinin ortaq fikri – var. Onların bu fikri, Hz. Ömərin (r.a): “Peyğəmbər (s.ə.s) əllərini qaldırdığı zaman üzünə çəkmədikcə, onları endirməzdi” rəvayətinə əsaslanır.[18]

Mövzu ilə bağlı hədisi-şəriflər və bu haqda fiqh alimlərinin qənaətinə görə, ovuc içlərini açmaq, əlləri az da olsa aralı vəziyyətdə saxlamaq duanın ədəblərindən sayılır. Ancaq dua edərkən əlin birini digərinin üzərinə qoymaq olmaz. Dua edərkən əlləri sinə səviyyəsinə qədər qaldırmaq müstəhəbdir. Hədislər arasında Hz. Peyğəmbərin (s.ə.s.) duada əllərini bitiştirdiyi, qoltuq altları görünəcək qədər yuxarı qaldırdığına və hətta bəzən əllərini tərsinə çevirdiyinə dair rivayətlər də vardır. Əhməd ibn Hənbəlin “Müsnəd” əsərində keçən bir hədisdə: “Peyğəmbər (s.ə.s), Allahdan bir şeyin olmasını istədiyi zaman əllərinin içini yuxarı yönəldər, ancaq bir şeydən sığınacağı zaman isə əllərinin içini aşağıya çevirərdi.”[19]buyurulur. Bu hadisi-şərifə görə bəzi hallarda əlləri aşağı çevirmək də sünnəyə müvafiq bir əməldir. Məhz buna görə, Şafei məzhəbinə görə qorxulacaq bir şeydən Allaha sığınanda əlləri tərsinə çevirmək sünnədir. Digər məzhəblər isə, ancaq yağmur duasında əlləri tərsinə çevirməyin sünnə olduğunu söyləmişlər.

Qeyd edək ki, Ənəs ibn Malikin “Allah Rəsulu yağmur duası xaricində əllərini yuxarı qaldırmazdı” rəvayəti alimlər tərəfindən “sinədən yuxarı qaldırmazdı”, yəni adət olandan daha yuxarı qaldırmazdı şəklində şərh edilmişdir. Çünki hədisdə “qoltuq altındakı bəyazlığı göründü”[20] deyilmişdir. Bəzi alimlər buna əsaslanaraq “dua edərkən əllər qaldırılmaz” hökmünü vermişlər. Bu mütləq görüş – rəy deyil.

Uca Allah Quranda: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin”[21] buyurmuşdur. Peyğəmbərimiz (s.ə.s) də ümmətinə əksər məsələlərdə olduğu kimi duada əllərin tutulma formalarını öyrətmiş və bunu göstərmişdir. Nəticə olaraq demək olar ki, Allahdan nəsə istəyərkən əlləri qaldıraraq və ya hər hansı bəla müsibətdən sığınmaq üçün əlləri tərsinə çevirərək dua etmək olar. Çünki yuxarıda qeyd olunan hədislər bizə bunu öyrədir.

Peyğəmbərimiz (s.ə.s) rahatlıq və çətinlik anlarında, özü ailəsi, dostları və bütün müsəlmanlar üçün Rəbbinə dua etmişdir. İbadətin özü olan duanın yeri və zamanı olmadığı üçün müsəlman hər yerdə və hər zaman dua etməlidir.

Xülasə dua müsəlmanlığın vəsfi, həyatın hədəfidir. Bu hədəfdən uzaqlaşmamaq üçün daha çox dua etməliyik.

www.meneviyyat.az


Geri dön

ღ★Yağmur★ღ

  • 28 oktyabr 2013 10:39
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
Dəyərli Məqaləyə görə təşəkkürlər bitanem

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:44
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Xülasə dua müsəlmanlığın vəsfi, həyatın hədəfidir. Bu hədəfdən uzaqlaşmamaq üçün daha çox dua etməliyik.

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 13:19
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ADA GirL

  • 8 oktyabr 2013 16:31
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razı olsun atdım secılmıwlere

winxclub_bloom

  • 6 oktyabr 2013 15:56
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 5 oktyabr 2013 13:05
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BACIM

Banned549678

  • 5 oktyabr 2013 12:46
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun Sirinim Cox sagol deyerli meqaleye gore oxudum

PSIXOPATKA

  • 5 oktyabr 2013 12:40
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH HAMININ DUASINI QEBUL ETSIN INSALLAH

--------------------

^^KuKuLKa^^

  • 5 oktyabr 2013 12:04
  • Məqalə: 765
  • Şərh: 11543
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bacim

--------------------

siyah gozlum

  • 5 oktyabr 2013 09:08
  • Məqalə: 1
  • Şərh: 2172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bacim

✵Дорогой✵

  • 5 oktyabr 2013 01:28
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAzi Olsun Bacim Cox Sagol

nuray sirinova

  • 4 oktyabr 2013 23:34
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
Təşəkkürlər))=)

Banned1

  • 4 oktyabr 2013 23:21
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
TəŞəKKüRLəR
MəLəYiM aMMa əLLəR BaĞLı Və aŞaĞıDa oLMaLıDıR ÇüNKi HeÇKuMiN əLi ALLAH YANINDA AÇIQDEYİL

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 4 oktyabr 2013 23:12
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bacı

--------------------

Elza Hüseynli

  • 4 oktyabr 2013 22:44
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

Fatime_19

  • 4 oktyabr 2013 22:10
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN tesekkur edirem.

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

melek_19

  • 4 oktyabr 2013 21:44
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

ღ★Yağmur★ღ

  • 4 oktyabr 2013 21:29
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN mələyim

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

^Peri MaSali^

  • 4 oktyabr 2013 21:08
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..,.,.,.,.,..,.,.,.,.,.,.,.,..,..

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2013 20:56
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
XEBERE GORE SAGOL...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}