Tənqidi necə edək ki, heç kim inciməsin?

 
Tənqidi necə edək ki, heç kim inciməsin?

Tənqid etməyi hər kəs bacarır. Amma düzgün tənqid etməyi hər insan bacarmır. Düzgün tənqid edildiyi zaman qarşıdakı insanın da başa düşmə və səhvini düzəltmə şansı daha çox olduğu halda əksəriyyət düzgün tənqiddən boyun qaçırır.

İnsanın səhvini üzünə demək və deyərkən harada, necə, onun hansı əhvalda olmasını nəzərə almamaq əksər vaxt müsbət nəticədən çox mənfi nəticə verir. Belə olan halda tənqidi dilinə gətirən insan da düşmən tərəf olmuş olur. Düzgün tənqid edilmədiyi halda sözləriniz qarşıdakı insanın xətrinə dəyə, qəlbini qıra, onun yanında qiymətdən düşməyə səbəb ola bilər. Dediyimiz tənqidin qarşıdakı insana nə dərəcədə faydalı olub-olmamasına diqqət yetirmək sonradan baş verə biləcək anlaşılmazlığın da qarşısını ala bilər.

Psixoloqlar bu fikirdədir ki, insanlara tənqid elə də xoş təsir bağışlamır. Hər nə qədər tənqidlərə qarşı açıq olduqlarını dilə gətirsələr də, hər insan tənqidin məzmunundan çox kimin onu tənqid etdiyinə fikir verir. Tənqid edəni özündən aşağı pillədə gördükdə isə tənqid mahiyyətini dəyişir. Belə olan halda deyilən sözlər insanın yaxşılığını istəməkdən çox onun qüsurlarını üzə vurmaq kimi qiymətləndirilir. Bu isə iki insan arasında olan münasibətin zədələnməsinə səbəb olur.

Psixoloq Emil Behrudinin sözlərinə görə, qarşıdakı insanın tənqidlərdən inciməməsi, tənqidi sağlam bir şəkildə həzm etməsi, başa düşməsi üçün diqqətli olmaq lazımdır. Diqqət isə əksər insanlarda, ümumiyyətlə, olmayan bir keyfiyyətdir. Birinci şərt isə tənqidin gizli formada deyilməsidir. Aşkar, hər kəsin yanında insanı tənqid etmək onun utanmasına və sizə qarşı düşmən mövqeyinə keçməsinə səbəb olacaq ki, bu da münasibətin korlanmasına gətirib çıxaracaq: "Tənqid etməkdə məqsədimiz nədir. Birinci bunu aydınlaşdırmaq lazımdır. Biz həqiqətən də tənqid etdiyimiz insanın yaxşılığınımı istəyirik, yoxsa, sadəcə, onu danlayırıq? Yaxşılığını istəyiriksə, tənqidimiz qətiyyən başqa insanların əhatəsində dilə gəlməməlidir. Təklikdə, ikilikdə olarkən tənqid etmək, irad bildirmək daha yaxşıdır. İkincisi, edilən tənqid zamanı diqqətli olmaq lazımdır. Axı, biz insanı deyil, onun etdiyi hər hansı bir işi tənqid edirik. Qarşıdakı insan anlamalıdır ki, heç də o, pis və bacarıqsız adam deyil. Sadəcə, bu dəfə səhv etdiyini gələn dəfə düzəldə bilər. Tənqidi qısa etmək onun daha işə yarar olmasına səbəb olar. Qısaca fikrinizi bildirin. Uzun-uzun izah etmək, təkrar-təkrar yada salmaq tənqidin kəsərini, təsir etmə qüvvəsini azaldır. Tənqidi etdiyiniz zaman alternative bir variant da göstərin. Bu hərəkəti etmən düzgün olmadı demək heç bir işə yaramayacaq, çünki başqa çıxış yolu vermirsiniz. Lakin ikinci bir yol göstərdikdə qarşı tərəf artıq deyilənləri tənqiddən çox məsləhət kimi qəbul edəcək".

Edilən hər hansı bir tənqid şəxsi mənfəətin qorunması məqsədi daşımamalıdır. Başqaları tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi, yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin zədələnməsinə yol açar. İfadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə şansı daha çox olur. Çox mükəmməl insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir. Mükəmməl insanlar ətrafındakıların xətalarını taparaq stressin artmasına səbəb olarlar. Ən mükəmməli istəmək və gözləmək bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər.

Psixoloq bildirir ki, tənqidlə həmsöhbətin ya cəsarətinin azalaraq passivləşməsinə və yaxud daha da hiddətlənməsinə səbəb olmaq mümkündür. Davamlı tənqid edilən insanlarda tənqid edilmə qorxusu ilə cəsarətsizlik hissi baş qaldıra bilər. Davranışlarımız və mövzuya yanaşmamızla niyyətimizin yaxşı olduğunu hiss etdirmək ən vacibidir. Tənqid yumşaq formada edilməlidir. Beləliklə də müsbət davranmış olarıq. Qarşı tərəfin dediklərimizi qəbul etməsi və görüşlərimizdən istifadə etməsi üçün zəmin hazırlamış olarıq. Niyyətimizin və üslubumuzun yaxşı olmadığı təqdirdə, həm bizdən uzaqlaşmasına, həm də görüşlərimizi qəbul etməməsinə səbəb ola bilərik: "Tənqid edərkən aqressiyanı cilovlamaq çox vacibdir. Tənqidlə qarşıdakı insanın dəyişib-dəyişməyəcəyinin sizə aidiyyatı olmayacağını hiss etdirə bilmək lazımdır. Tənqiddən əvvəl dialoq da önəmlidir. Qarşıdakının da fikrini öyrənin. Ola bilsin ki, elə məqamlar var heç siz onları bilmirsiniz. Bunları araşdırın, bəlkə tənqid ediləsi heç nə yoxdur. İstənilən halda deyiləcək sözlərin hansı təsir yarada biləcəyini əvvəlcədən proqnozlaşdırmaq daha yaxşı olar. Tənqid hökmən sərt, acılayıcı bir formada deyilməməlidir. Bəzən mülayim, xoş söhbətlə bildirilən iradlar da müsbət nəticə verə bilər".

Komanda kimi işləyənlər öz yoldaşlarını tənqid etməkdən qaçmalıdır. Tənqid edən şəxs başqalarının tənqidə başlamasına şərait yaradar, dedi-qodu və qeybətin artmasına səbəb olar. Bununla da birlikdə çalışma ruhu zədələnər. İnsanlar davamlı bir-birlərinin səhvlərini görməyə başlayar. Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.


Geri dön

۞(S)pea(R)۞

  • 7 oktyabr 2013 20:00
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
xebre gore tesekkurler

--------------------
1 milyon abune ^_^

Banned1

  • 6 oktyabr 2013 20:55
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}

Təşəkkür edirəm

PSIXOPATKA

  • 6 oktyabr 2013 13:19
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
DUZDU SOZU DEMEK TERZI VAR

--------------------

ADA GirL

  • 6 oktyabr 2013 00:05
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Mən elə üzünə edirəm tənqidi o insanın heç incimirdə.

✵Дорогой✵

  • 5 oktyabr 2013 23:40
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
TeSHeKKuRLeR

AyliN BunyaminovA

  • 5 oktyabr 2013 22:28
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
✯⋩¯`’•.¸ᕘ❣TeSHeKKuRLeR✯⋩¯`’•.¸ᕘ❣

--------------------
ܨܓܓܨܓܓ✍

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 5 oktyabr 2013 22:06
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məsləhəTə görə təşəkkür

--------------------

ヅ Sevimli_qiz ヅ

  • 5 oktyabr 2013 22:01
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
-----------------------------Tewekkurler----------------------------------

melek_19

  • 5 oktyabr 2013 21:42
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Xmmm.tewekkurler

--------------------

DUYGULARIM

  • 5 oktyabr 2013 20:23
  • Məqalə: 106
  • Şərh: 1008
  • Bal:
{awards}
hami adamdi ----insan olmaq cetindi

--------------------

Mən olmasamda,həyat davam edəcək...

ღ★Yağmur★ღ

  • 5 oktyabr 2013 19:46
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✰Dгeaм✰

  • 5 oktyabr 2013 19:20
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Men sozu uze direm,kim istiyir incisin,istiyende incimesin mene dexlisi qokku

Roya_____

  • 5 oktyabr 2013 18:53
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
men vallah lazım olana tenqıdımı edırem rahatca ıncıyen getsın su ıcsın tongue

ヅ ΑηοηiмΚα ヅ,
cannnnnnnnnnn

★KaRaMeLKa★

  • 5 oktyabr 2013 18:51
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Xəbərə görə tşk

✵Дорогой✵

  • 5 oktyabr 2013 18:36
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Meslehete Gore Tewekkurler

ღ★Yağmur★ღ

  • 5 oktyabr 2013 18:12
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkür edirəm

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Banned549678

  • 5 oktyabr 2013 18:05
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TəŞəKKüR EDiRəM Ama bu meniM meqaleM idi=(

Banned1

  • 5 oktyabr 2013 17:39
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
TəŞəKKüR EDiRəM MaRaQLı iDi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 70
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}