Sual: “Sənə dua (əməl, cadu-piti) olunub. Ancaq bunun əlacı var. Gərək sənin üçün dua yazaq. Sən də onu boynundan asasan. Bu nə dərəcədə düzgündür? İslam dini bu məsələyə necə baxır?
Cavab: Bu kimi şeylərin hamısı pul qazanmağa hesablanıb. Belə şeylərdən narahat olur və özünüzü qorumaq istəyirsinizsə, Quran oxuyun. Misal üçün, Bəqərə surəsini yavaş-yavaş, diqqətlə və mənasını qavrayaraq oxuyun. Bir müddətdən sonra rahatlığa qovuşacaqsınız.
Əlavə olaraq, hər gün səhər oyandığınız vaxt və gecə yatmazdan əvvəl İxlas, Fələq və Nas surələrini oxuyub əlinizə üfürün və sonra bədəninizə sürtün; yəni, əlinizi bədəninizdə gəzdirin. Bu, Muhəmməd peyğəmbərin (s. a. v.) məsləhət gördüyü bir şeydir.
O biri şeylərin hamısı mənasızdır. Bəli, ola bilər ki, yazılan dua insana psixoloji cəhətdən təsir etsin. Amma dini cəhətdən bir təsiri yoxdur. Yəni, bununla əlaqədar bir dəlil yoxdur.