Hansı qidaları səhər yeməyindən çıxarmaq lazımdır?

 
Hansı qidaları səhər yeməyindən çıxarmaq lazımdır?

Natamam səhər yeməyini çox zaman vaxtın çatışmazlığı ilə izah edirlər: ya yeməyi hazırlamağa vaxt yoxdur, ya da onu yeməyə. Bəziləri ümumiyyətlə səhərlər yemək yemirlər: bir fincan qəhvə və ya çay içir, iş yerində peçenye ilə dolanırlar. Solo.az Milli.az-a istinadən bildirir ki, beləcə həzm sisteminin "evi yıxılır": mədə xorası, qastrit, meteorizm və s. məhz səhər yeməyinin düzgün və tam yeyilməməsi nəticəsində yaranır.

Bunu anlayan adam səhvini düzəltməyə çalışır: səhər mədəsini nə iləsə doldurur. Bəziləri isə səhər süfrəsinə yoqurt, təbii qəhvə, isti kruassan kimi gözoxşayan təamları düzürlər. Bunun da öz "tikanları" var.

Bəs onda səhər yeməyindən nəyi çıxarmaq lazımdır?

Qəhvə. Təbii, gümrahlaşdırıcı, südlü və ya darçınlı - çoxları üçün onsuz səhər yeməyinin dadı yoxdur, ya da elə yeganə səhər yeməyidir. Əlbəttə, onun faydaları çoxdur, amma qəhvə ilə nəsə də yeyilməlidir. Əks halda onun tərkibindəki kofein mədənin selikli qişasını qıcıqlandırır, mədə çoxlu şirə buraxır, amma o şirənin əridəcəyi heç nə yoxdur; qəhvənin acısı isə öd kisəsindən lazımsız yerə öd axmasına səbəb olur.

Sitrus məhsulları. Sitrus şirələri, yaxud təzə portağal - populyar və son vaxtlar dəbə düşmüş səhər yeməyi sayılır. Bunlar çox faydalıdır, çünki C vitamini ilə zəngindir. Amma hər səhər sitrus şirəsi və ya meyvəsi qəbul etmək qastritin yaranma riskini artırır. İş burasındadır ki, sitrus məhsullarının tərkibində turşu çoxdur və o, mədəni aşındırır. Xroniki qastrit və turşuluğun çoxluğundan əziyyət çəkən adamlara belə qidalar məsləhət görülmür.

Yoqurt və qatıq. Heç bir faydası olmasa da, ədalət naminə demək lazımdır ki, orqanizmə heç bir zərəri də yoxdur. Sadəcə, neytral səhər yeməyidir. Günün başqa vaxtı içilən qatıq və yeyilən yoqurt daha faydalı olar, çünki tərkibində bağırsaq mikroflorasını normallaşdıran probiotiklər var. Səhər çağı isə mədənin aqressiv turş mühiti o probiotiklərdən əsər-əlamət qoymayacaq, bağırsaqlar da "döyüşçüsüz" qalacaq.

Mayalı un məmulatları. Səhər-səhər mayalı bişmişlər yemək meteorizmi artırır. Əvəzinə mayasız bişmişlərdən yeyin. Məsələn, çörək əvəzinə lavaş.

Şirniyyat. Hər səhər şirin qidalar yemək metabolizmi pozaraq şəkərli diabetə aparır. Bu cür yüklənmə mədəaltı vəzi aktiv işləməyə məcbur edir. O, cani-dildən işləyir, qana həddən artıq insulin buraxır, qanda şəkərin miqdarı normallaşır və nəticədə zəiflik və apatiya yaranır.

Yuxarıda sadaladıqlarımızı, əlbəttə ki, tamamilə səhər yeməyindən çıxarmaq olmaz. Sadəcə onlardan lazımi miqdarda və növbəli istifadə etmək lazımdır. Bunlardan başqa, sıyıqlar, müsli, kəsmik və digər süd məhsulları, buğda çörəyindən buterbrodlar, meyvə-tərəvəz, bişmiş yumurta da yeyin. Dietoloqlar məsləhət görürlər ki, günə sadə, ilıqdan bir az isti 1 stəkan su ilə başlamaq yaxşıdır. Suyu yavaş-yavaş için. O, mədə-bağırsağı "işə salacaq". Sonra isə balanslaşdırılmış səhər yeməyi yeyin.


Geri dön

Roya_____

  • 2 noyabr 2013 12:31
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
tewkekurler

Samir_Wuvalan

  • 23 oktyabr 2013 19:52
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
məsləhətə görə təşəkkürlər

--------------------

ADA GirL

  • 8 oktyabr 2013 16:22
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Mayalı un məmulatları. Səhər-səhər mayalı bişmişlər yemək meteorizmi artırır. Əvəzinə mayasız bişmişlərdən yeyin. Məsələn, çörək əvəzinə lavaş.
Melumatçun çoxsağol=)

Banned1

  • 6 oktyabr 2013 21:44
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Təşəkkür edirəm meslehetcun

ღ★Yağmur★ღ

  • 5 oktyabr 2013 17:01
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
məsləhətə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

nuray sirinova

  • 5 oktyabr 2013 15:18
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

Roya_____

  • 5 oktyabr 2013 14:23
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
melumatcun coxsagol=)

melek_19

  • 5 oktyabr 2013 13:24
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
meslehet ucun tewekkur

--------------------

✵Дорогой✵

  • 5 oktyabr 2013 12:56
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Meslehete Gore Tewekkurler Cox Sagolun

ヅ Sevimli_qiz ヅ

  • 5 oktyabr 2013 12:55
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
Tewekkurler... ^_^

Banned549678

  • 5 oktyabr 2013 12:34
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
MesleHete Gore Cox saGoluN^^

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 5 oktyabr 2013 11:50
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məsləhətə görə təşəkkürlər

--------------------

^^KuKuLKa^^

  • 5 oktyabr 2013 11:50
  • Məqalə: 772
  • Şərh: 11591
  • Bal:
{awards}
Şirniyyat. Hər səhər şirin qidalar yemək metabolizmi pozaraq şəkərli diabetə aparır. Bu cür yüklənmə mədəaltı vəzi aktiv işləməyə məcbur edir. O, cani-dildən işləyir, qana həddən artıq insulin buraxır, qanda şəkərin miqdarı normallaşır və nəticədə zəiflik və apatiya yaranır.

--------------------

^Peri MaSali^

  • 5 oktyabr 2013 11:35
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
Yuxarıda sadaladıqlarımızı, əlbəttə ki, tamamilə səhər yeməyindən çıxarmaq olmaz. Sadəcə onlardan lazımi miqdarda və növbəli istifadə etmək lazımdır. Bunlardan başqa, sıyıqlar, müsli, kəsmik və digər süd məhsulları, buğda çörəyindən buterbrodlar, meyvə-tərəvəz, bişmiş yumurta da yeyin. Dietoloqlar məsləhət görürlər ki, günə sadə, ilıqdan bir az isti 1 stəkan su ilə başlamaq yaxşıdır. Suyu yavaş-yavaş için. O, mədə-bağırsağı "işə salacaq". Sonra isə balanslaşdırılmış səhər yeməyi yeyin

✰ ♥..Золушка..♥ ✰

  • 4 oktyabr 2013 20:54
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ilk werh menden..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}