Ya öyrədən ol, ya da öyrənən!

 
Ya öyrədən ol, ya da öyrənən!

"Ya danışıb öyrədən alim ol, ya da eşitdiyinə əməl edən dinləyici. Bunlardan savayı üçüncüsü olma!” (İmam Əli).

Peyğəmbərin elm şəhərinin qapısı, üzünə min elmin pəncərəsi açılan və hər pəncərədən də daha min elmin cığırı baş götürən İmam Əli (ə) ağıllı insanları iki dəstəyə bölürdü. Adam ya gərək bildiyini başqalarına öyrədən, yaxşı işlərə doğru çağırıb pis işlərdən çəkindirən alim olmalıdır, ya da bu alimlərin sözünə qulaq asan və onların tövsiyəsinə əməl edən şagird. Bilən bilməyənə öyrətməli, bilməyən də biləndən öyrənməlidir. Bu iki dəstəyə mənsub olmayan (və yaxud buna layiq olmayan) adam həyatda öz yerini tapmamış kimidir. Yəni alim olub, amma elmini gizlədən, danışmaq tələb olunduğu halda susmağa üstünlük verən şəxs İmamın bəyəndiyi adamlardan deyil. Nəsihəti eşitməyən, kor-koranə öz dediyində duran, verilən məsləhətə əməl etməyən şəxs də həmçinin.

Diqqətə layiq olan cəhət budur ki, burada yalnız dini elmlər nəzərdə tutulmur. Hətta belə deyə bilərik ki, burada, ümumiyyətlə, hər hansı elm sahəsi nəzərdə tutulmur. Hədisdə deyilən alim – konkret olaraq müəyyən elmin mütəxəssisi deyil, zəngin həyat təcrübəsi, möhkəm imanı, geniş dünyagörüşü olan istənilən insandır. Yəni bir kəs müəyyən sahədə fikir yürütmək səlahiyyətinə malikdirsə və öz mövqeyinin doğru olduğunu tutarlı sübutlarla aydın etmişsə, bu halda başqalarına da öz mövqeyini bəyan etməlidir. Bunu ona görə etməlidir ki, nadanlıq içində olanları xilas etmək onun müsəlmanlıq borcudur.

Öyrənmək, təcrübə əldə etmək, bildiyinin doğruluğunu yoxlamaq və doğru olduğunu yəqin etdikdən sonra onu bilməyənlərə öyrətmək heç zaman gec deyil. Ömür – kamilliyə doğru uzanan bir yol olmalıdır; arası kəsilməyən, qapanmayan təkamül yolu. Öz yerundə durub sayan, dünəni ilə bu günü eyni olan adam məqsədinə çatmamış, vəzifəsini yerinə yetirməmiş adamdır. Elm və mərifətin hüdudları sonsuzdur. Əgər öyrəndiyimiz yeni məlumat hətta konkret elm sahəsinə aid olmasa da fərq etməz. Vacib deyil ki, hər gün yeni riyazi düstur öyrənək, təzə bir hədis əzbərləyək. Əgər dünyanın hər hansı nöqtəsində Allahın qüdrətini təsdiq edən bir elmi kəşflə, bir təbiət möcüzəsi ilə tanış olsaq, bir əxlaqi dəyəri mənimsəsək, bir günahdan tövbə etsək, hər gün yerinə yetirdiyimiz bir əməlin, bir adət-ənənənin səbəbini öyrənsək, bu da kifayətdir.

Ərəb dilçilik elminin ən böyük simalarından sayılan, əruz vəzninin qaydalarını təkmillləşdirən, həm də Əhli-beyt aşiqi olan Xəlil ibn Əhməd Əruzi deyib: "Hansı gün (elmdə) özümdən üstün olan bir adamla görüşsəm, o gün mənim (həmin adamın elmindən) istifadə günüm olar. Hansı gün özümdən aşağı dərəcədə olan bir kəslə görüşsəm, o gün mənim (öz elmimi öyrətməklə) fayda verdiyim gün sayılar. Hansı gün özümə tay olan birisi rastıma çıxsa, bu mənim müzakirə günüm olacaq. Amma hansı gün bu üç cür adamdan heç biri ilə görüşə bilməsəm, həmin günü özümə müsibət günü hesab edərəm”.

Cəmiyyətin təkamülə doğru getməsi, elm və mərifətin yayılması üçün yalnız alimlərin, xeyirxah nəsihətçilərin olması kifayət etməz. Onların sözünə canü-dildən qulaq asan və əməl edən dinləyicilərin də olması lazımdır. Kimə lazımdır o məsləhət ki, onu dinləyən yoxdur? Əbəs yerə hədisdə deyilmir ki, qiyamət günündə üstünü toz basıb oxunmayan Quranla, ziyarətçisiz qalıb uçulmuş məscidlə yanaşı, cahillərin əhatəsində qalıb sözü eşidilməyən alim də Allah dərgahına şikayət edəcək. Məzlumun şikayəti, ah-naləsi ilahı dərgahda mütləq qəbul edilər. Çalışaq ki, bu şikayətlərin hədəfinə çevrilməyək.

Ya öyrədən ol, ya da öyrənən!


Geri dön

ღ★Yağmur★ღ

  • 28 oktyabr 2013 10:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Dəyərli Məqaləyə görə təşəkkürlər mələyim

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:40
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
{awards}
Təşəkkürlər.

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 13:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər

۞(S)pea(R)۞

  • 7 oktyabr 2013 19:10
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 15:50
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

^^KuKuLKa^^

  • 6 oktyabr 2013 14:07
  • Məqalə: 770
  • Şərh: 11383
  • Bal:
{awards}
"Ya danışıb öyrədən alim ol, ya da eşitdiyinə əməl edən dinləyici. Bunlardan savayı üçüncüsü olma!” (İmam Əli).

--------------------

PSIXOPATKA

  • 6 oktyabr 2013 13:51
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Banned456

  • 6 oktyabr 2013 00:36
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun SerHlerCuN

nuray sirinova

  • 6 oktyabr 2013 00:31
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
{awards}
♥TeSHeKKuRLeR♥

Nazi_Odi

  • 5 oktyabr 2013 23:52
  • Məqalə: 35
  • Şərh: 5016
  • Bal:
{awards}
Allah razı olsun,təşəkkürlər..

✵Дорогой✵

  • 5 oktyabr 2013 23:18
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH Razi Olsun Bacim Cox Sagol

ヅ Sevimli_qiz ヅ

  • 5 oktyabr 2013 23:02
  • Məqalə: 82
  • Şərh: 850
  • Bal:
{awards}
Allah razi olsun

✵Дорогой✵

  • 5 oktyabr 2013 21:53
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 5 oktyabr 2013 21:42
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN aşkım

--------------------

melek_19

  • 5 oktyabr 2013 21:35
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

Roya_____

  • 5 oktyabr 2013 21:34
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun aygünümm

AyliN BunyaminovA

  • 5 oktyabr 2013 21:09
  • Məqalə: 422
  • Şərh: 5054
  • Bal:
{awards}
"Ya danışıb öyrədən alim ol, ya da eşitdiyinə əməl edən dinləyici. Bunlardan savayı üçüncüsü olma!”
(İmam Əli).
TeSHeKKuRLeR

--------------------

ShoKKi_MoKKi

  • 5 oktyabr 2013 20:51
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Can Aygunum Allah Razi Olsun =)

--------------------

Gül Əliyeva

  • 5 oktyabr 2013 20:45
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}

Allah razi olsun sirinem


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 46
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}