Dost və dostluq

 
Dost və dostluq

Dost və dostluq
İnsan ictimai bir varlıqdır. O cəmiyyətdən kənarda, tənhalıqda kamilləşə bilmir. Bu səbəbdən də ömür boyu səmimi və canıyanan dosta ehtiyaclıdır. Əslində, özünə vəfalı dost və yoldaş tapa bilməyən insan acizdir. Bundan da acizi mehriban dostu yersiz bir rəftarı ilə küsdürən fərddir. Qeyd etməliyik ki, e`tibarlı, mehriban, canıyanan və vəfalı dostun varlığı ictimai həyatın zərurətidir. İnsan hər adama dostluq əli uzatmamalıdır ki, qısa bir müddətdə zərbə görsün. Amma necə də azdır vəfalı dostlar! Onlar mirvari tək azdır və çətin əldə olunur.

Həqiqi dostların bilək qiymətin,
Onlar mirvari tək tapılır çətin.

İnsanı tanımaq üçün mö`təbər yollardan biri də onun dostlarını nəzarətə almaqdır. Çünki əxlaqi xüsusiyyətlər dostdan-dosta sirayət edir. Əgər sizin dostunuz sağlam və pak insandırsa müsbət dəyərləndirilərsiniz, azğın və günahkar insandırsa ittiham olunarsınız.

Əgər mənə öz dostundan söyləsən,
İşdə kimliyini anlayaram mən.
Bilinərsə dostlarının qiyməti,
Sənə qiymət veriləsidir qəti.

Hər hansı parça öz-özlüyündə dəyərsizdir. Amma həmin parça Kə`bə evinə çəkildikdən sonra Kə`bəyə xatir əziz tutulur, yüksək dəyərləndirilir. Sə`di deyilir:



Kə`bə parçasını dəyərləndirən,
Dostum, ipəkqurdu deyildir əslən.
Kə`bəyə çəkilib bir neçə gündü,
Kə`bə kimi əziz tutulur indi.

Əksinə, insan azğın və günahkar insanla dostluq edərsə, tədricən onun tə`siri altına düşər və rəngi dəyişər.

Pislərə qoşuldu Lutun arvadı,
Peyğəmbərə düşmən yazıldı adı.
Kəhf səhabəsinə qoşulan bir it
Həmin o müqəddəs əshaba aid.

Allah-taala Qur`ani-kərimdə cəhənnəmə düşənlərin dilindən belə nəql edir: “Vay olsun Mənə! Ey kaş filankəsi dost seçməyəydim. Onunla yoldaşlıq məni Qur`ana itaətdən çəkindirdi, azdırdı.


Geri dön

R_O_M_A

  • 22 yanvar 2011 21:06
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
Həqiqi dostların bilək qiymətin,
Onlar mirvari tək tapılır çətin.

--------------------

YazYamuru

  • 21 yanvar 2011 04:02
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ÇOOOOOOOOOOOOOOOOOOXXX SAĞOL DƏYƏRLİ XƏBƏRƏ GÖRƏ belay

--------------------



L_SimuS

  • 20 yanvar 2011 00:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler yaziya gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}