Zərif gözlərin dərdli baxışı

 
Zərif gözlərin dərdli baxışı

Konyunktiva nazik şəffaf təbəqə olub göz alması və göz qapaqlarının üzərini örtən selikli qişanın iltihabıdır. Əksər hallarda konyuktivit infeksiya gözə yad cismin düşməsi nəticəsində qıcıqlanma və allergik reaksiya zamanı baş verir.

Konyunktivanın əsas xüsusiyyətləri onun zərif, solğun-çəhrayı rəngli və səthinin şəffaf və nəm olmasıdır. Qapaq konyunktivası buynuz qişa ilə təmasda olaraq qişanı nəmləndirir, xarici mühitdən onun üzərinə düşmüş kiçik tozvari hissəciklərin xaric olunmasına yardım edir.

Həkim-xəstə dialoqu

Həkim-oftalmoloq Kəmalə Abbasovanın dediyinə görə, gözün birləşdirici toxuma qişasının iltihabi xəstəliklərinin diaqnostikası üçün xəstənin şikayətlərinin qiymətləndirilməsi və düzgün edilən anamnez (həkimin müayinə məqsədi ilə xəstə ilə dialoqu) böyük əhəmiyyət kəsb edir.

Konyuktivitli xəstələrin şikayətləri gözdə qamaşma, yaş axma, gözdə ifrazatın olması, qapaqlar altında yad cisim hissiyatı, gözün qızarması, kirpiklərin səhərlər yapışmasından ibarətdir. Yerli simptomlar çox zaman ümumi əlamətlərlə də (başağrısı, qulaqönü və ya çənəaltı limfa düyünlərinin böyüməsi) müşayiət olunur. Anamnez toplayarkən xəstəliyin başlanğıcı, ehtimal olunan səbəbi ayırd edilməli, subyektiv simptomlar və onların meydana çıxma vaxtı, fəsli xarakterli olması, kontaktlar, zərərli peşə ilə əlaqələri, gözə yaxın sahələrin xəstəlikləri, həmçinin allergiyaya meyllilik müəyyən edilməlidir.

Konyuktivitli xəstənin müayinəsi görmə itiliyinin korreksiya ilə və korreksiyasız yoxlanılmasından başlanır. Gözün və yardımçı aparatının xarici müayinəsində göz qapaqlarının vəziyyəti qiymətləndirilir, ödem və onun nəzərə çarpma dərəcəsi, dəri örtüyünün rəngi, göz yarığının eni müəyyən olunur. Konyunktivanın bütün hissələri yandan işıqlandırma metodu ilə müayinə edilir. Konyunktivanın diaqnozunda göz qapağının sadə çevrilməsi və biomikroskopiyadan istifadə olunur. Konyuktivitlər zamanı buynuz qişada da iltihabi proses yarana bilər. Buna görə də gözün infeksiyasının differensial diaqnostikası xüsusi əhəmiyyətlidir.

Səbəblər

Həkim-oftalmoloq deyir ki, konyunktiva xəstəlikləri bir neçə səbəbdən ortaya çıxır - allergik-dərman, infeksion, pollinoz, epidemik və digər səbəblər. İnsanların əksər hissəsi əsasən iltihabi xəstəliklərdən əziyyət çəkir. Konyuktivitlərin bir çoxu yoluxucudur və epidemik xarakterlidir.

Allergik konyuktivitlər

K.Abbasovanın sözlərinə görə, konyunktivanın allergik xəstəlikləri hazırkı dövrdə çox tez-tez rast gəlinir. Ən çox müxtəlif birləşmə və maddələrə qarşı yüksək həssaslığı olan insanlarda bu xəstəliklərə daha çox rast gəlinir. Əsasən gözdə qaşınma, yanma, sulanma, yad cismin batma hissiyatı xarakterikdir. Xəstəliyin kəskin dövründə xəstənin daim gözünü ovması keratokonus kimi ağır görmə qüsuruna gətirib çıxara bilər.

Dərman konyunktiviti isə antibiotiklər, sulfanilamidlər, anesteziyaedici vasitələr və digər yüksək allergik fəallığa malik preparatlar uzun müddət istifadə olunduqda yaranır. Hətta bəzi damcılar bir dəfə damızdırıldıqda belə allergik reaksiya verə bilər. Nəticədə konyunktiva məməciklərinin hipertrofiyası (böyümə) və follikulların əmələ gəlməsi ilə kəskin konyuktivit meydana çıxır. Bunun nəticəsində reaksiya göz qapaqlarına keçdikdə onlar sürətlə şişir. Dərman müalicəsinin tətbiqi dayandırılmadıqda dermatokonyuktivit əlamətləri artır.

Müalicə zamanı bütün allergik mənşəli vasitələrin tətbiqi təcili olaraq dayandırılmalı, anti-histaminli preparatlar təyin olunmalı və gözə soyuq kompreslər qoyulmalıdır.

İnfeksion konyuktivitlər

Həkim bildirib ki, infeksion konyuktivitlər həm adenovirus və herpesviruslar həm də streptokok, stafilokok, pnevmokok bakteriyaları tərəfindən törədilə bilər. Əsas əlaməti gözdə qızartının olması və iltahbın axmasıdır.

Kəskin yoluxucu olan adenovirus konyuktivitində korneanın (buynuz qişa) zədələnməsi ilə ağırlaşma baş verir, nəticədə fotofobiya (işıqdan qorxma) və görmə zəifliyi əmələ gəlir. Əgər bu problem vaxtında müalicə olunmazsa, görmənin itirilməsinə səbəb olur.

Bu növ konyuktivit əksər hallarda soyuq havada baş qaldıran kəskin respirator xəstəlik olan zökəmin əlaməti ola bilər.

Hər iki gözdə yaranan problemin müalicəsi həkim tərəfindən təyin olunmuş antibiotik damcılar vasitəsi ilə və göz qapaqlarının təmizliyinə riayət etməklə aparılır.

Konyuktivitə yoluxmanın digər səbəblərindən biri kimyəvi maddələrin - lak, boya, təmizləyici vasitələrin təsiri nəticəsində gözdə yaranan qıcıqlanma, həmçinin istifadə olunan keyfiyyətsiz kosmetik məhsullar, şampun və sabun vasitələridir.

Pollinoz

K.Abbasova qeyd edib ki, pollinoz konyuktiviti əsasən bitkilərin tozlanması zamanı özünü büruzə verir. Bu hal yabanı bitkilərlə yanaşı (akasiya), bəzi kol və meyvə ağaclarının çiçəkləməsi zamanı əmələ gəlir. Xəstəliyin kəskin gedişində gözdə yanma, güclü qaşınma, qamaşma, yuxarı nəfəs yollarının qıcıqlanması - asqırma, öskürmə, allergik rinit kimi simptomlarla müşahidə olunur. Nəticədə konyunktiva qıcıqlanaraq ödemləşir. Ancaq xəstəlik yaş artdıqca zəifləyir.

Xəstəliyin müalicəsində əsasən kortizon, hidrokortizon tərkibli mazlardan və allergiya əleyhinə damcılardan istifadə edilir. Damcılar gündə 3-4 dəfə, məlhəmlər isə 2-3 dəfə təyin olunur.

Kox-Uiks bakteriyası

Oftalmoloqun sözlərinə əsasən, kəskin epidemik koyuktivitin törədicisi Kox-Uiks bakteriyasıdır. Xəstəlik son dərəcə yoluxucudur. Adətən belə hallarda bütün ailə üzvləri xəstəliyə tutulurlar. Virus kontakt yolu ilə çirkli əllər, paltar və digər yoluxmuş əşyalar vasitəsilə yayılır. Sağaldıqdan sonra xəstələrin bir hissəsi bakteriya daşıyıcısı kimi qalırlar və infeksiyanın endemikliyini təmin edirlər. Bu xəstəlik əsasən isti iqlimli ölkələrdə geniş yayılıb.

Xəstəlik qəflətən göz alması və qapaq konyunktivasının qızarması, yaş axma və qamaşma ilə başlayır. Xəstə səhər göz qapaqlarını aça bilmir, gözün qapaq kənarları qurumuş ifrazatla bir-birinə yapışmış olur. İlk gün ifrazat az və seroz (az iltihab) xarkterli olur, sonra çoxalaraq irinli xarakter alır. Adətən hər iki göz xəstələnir, ikinci gözdə birincidən bir neçə saat və ya 1-2 gün sonra yoluxma baş verir. Kəskin koyuktivitin xarakter əlaməti göz alması konyunktivasının kəskin qızarması, şişkinləşməsi, petexial (ləkəli) qansızmalar ilə müşahidə olunur. Çox zaman qapaqlar nəzərəçarpacaq dərəcədə ödemləşir, ümumi halsızlıq, hərarətin yüksəlməsi, baş ağrısı müşahidə olunur. Uşaqlarda xəstəlik daha kəskin gedir və buynuz qişada da özünü göstərir. Bəzi hallarda xəstəlikdə cüzi konyunktival hiperemiya və az miqdarda selikli və ya selikli-irinli ifrazat nəzərə çarpır. Xəstəlik 5-6 gün davam edir, buynuz qişa prosesə qoşulduqda isə uzun müddət davam edə bilir.

Vaxtında müalicə olunduqda bu problemdən yaxa qurtarmaq asanlaşır.
Xəstəliyin müalicəsinə irinli gözün antiseptik məhlullarla yuyulması ilə başlanılır. Gündə bir neçə dəfə gözə tökmək məqsədi ilə sulfasil-natri tərkibli damcı təyin olunur.

Profilaktika üçün bakteriya gəzdiricilərin vaxtında aşkar olunaraq tədbir görülməsi çox vacibdir. Xəstəliyə tutulanlar təcili olaraq təcrid edilməli, kontaktda olmuşlar isə profilaktik müalicə olunmalıdırlar. Xəstəliyi çox vaxt milçəklər yaydığı üçün onların məhv edilməsi istiqamətində müvafiq tədbirlər görülməlidir.

Bahar konyuktiviti


K.Abbasova vurğulayıb ki, əsasən yaz-yay aylarına xas olan bahar konyuktiviti - bahar katarı göz alması və qapaqların xroniki iltihabı nəticəsində baş verir və istinin təsiri ilə daha da aktivləşir. Xəstəliyin əlamətləri hava soyuduqca gücünü itirir. Əsas səbəblər sırasında isə fəsil dəyişikliyi zamanı immunitetin zəifləməsi, endokrin xəstəliklər, allergik reaksiyalar və ultrabənövşəyi şüalara olan həssaslığı nümunə göstərmək mümkündür.

Xəstəliyə ən çox yeniyetmə oğlan uşaqları arasında rast gəlinir. Bu tip konyuktivitə daha çox isti regionların əhalisi arasında təsadüf olunur. Xəstəliyin digər göz patalogiyalarına oxşar cəhəti qamaşma, qaşınma, gözdə yad cisim hissiyatının olmasıdır. Həmçinin üst göz qapağı süd çalarlı çəhrayı rənglə əhatə olunur. Ancaq aşağı qapaqda belə əlamət nəzərə çarpmır.

Bahar konyuktivitinin müalicəsində kromolin, lodoksamid tərkibli damcılardan və immuniteti artıran dərmanlardan yararlanmaq olar. Həmçinin qida rasionunda daha çox yerköküyə, meyvə-tərəvəzə, göyərtiyə üstünlük verilməli, quş ətindən hazırlanmış xörəklərdən faydalanmaq lazımdır. Günəşli havada isə gün eynəklərindən istifadə etmək məsləhətdir.


Geri dön

Samir_Wuvalan

  • 24 oktyabr 2013 03:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
_Tewekkurler_

-chanel-

  • 10 oktyabr 2013 17:22
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
___ _ ___ _ ___ _ ___Tewekkurler___ _ ___ _ ___ _ ___

PSIXOPATKA

  • 10 oktyabr 2013 14:53
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
TESEKKKURRRR

--------------------

✵Дорогой✵

  • 10 oktyabr 2013 10:18
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Təşəkkürlər

Banned456

  • 10 oktyabr 2013 00:34
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Təşəkkürlər

ღ★Yağmur★ღ

  • 9 oktyabr 2013 11:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər

nuray sirinova

  • 8 oktyabr 2013 23:22
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
{awards}
teşekkurler""

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 8 oktyabr 2013 22:02
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə tşk aşkım

--------------------

Roya_____

  • 8 oktyabr 2013 20:57
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkur aygünüm mem=)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 8 oktyabr 2013 20:47
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər
aşkım

--------------------

Elza Hüseynli

  • 8 oktyabr 2013 20:12
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Mesleheteee göre tewekkurlerrr

melek_19

  • 8 oktyabr 2013 20:05
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmmmmm

--------------------

ღ★Yağmur★ღ

  • 8 oktyabr 2013 20:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

✵Дорогой✵

  • 8 oktyabr 2013 19:58
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Təşəkkür edirəm

winxclub_bloom

  • 8 oktyabr 2013 19:47
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
maraqliydi

--------------------

^^Nazlı Şeytan^^

  • 8 oktyabr 2013 19:36
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

Gül Əliyeva

  • 8 oktyabr 2013 19:10
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}



Dünyalar şirinim mənim təşəkkür edirəm

tongue


✵Дорогой✵

  • 8 oktyabr 2013 19:08
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
TeWeKKuRLeR

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 19:06
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

ROWKA vs MALIW

  • 8 oktyabr 2013 18:49
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
meqaleye sizce ne demek olar: comment:26 baxilib:39

--------------------
KENAN MALIS

ღNəmLi kiprikღ

  • 8 oktyabr 2013 18:47
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Ay bacim coox sag ol:)

✰ ♥..Золушка..♥ ✰

  • 8 oktyabr 2013 18:47
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagol...

Nazi_Odi

  • 8 oktyabr 2013 18:46
  • Məqalə: 36
  • Şərh: 5417
  • Bal:
{awards}
Teşekkurler=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 32
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}