ATV kanalı satıldı

 
ATV kanalı satıldı

ATV kanalı satıldı

Son həftələr ərzində mətbuatda və cəmiyyətdə barəsində müxtəlif xəbərlər dolaşan ATV kanalı başqa əllərə keçib. Redaksiyamıza daxil olan məlumatlara görə telekanalın və ATV qrupuna aid digər media qurumlarının artıq yeni sahibi var. Bu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Məlumatlara görə bir neçə gündür telekanalda təhvil-təslim prosesi gedir. Kanalın hansı şərtlərlə “fövqəlnazir”in nəzarətinə keçməsi barədə açıqlama verilmir.Lakin sızan məlumatlar onu göstərir ki, söhbət adi biznes sövdələşməsindən deyil, Prezident Administrasiyasında qəbul edilmiş qərardan gedir. Belə məlumatlar var ki, bu telekanalın işi bir neçə dəfə Prezident Administrasiyasında mənfi yönümlü müzakirələrə səbəb olub.

Telekanalın keçmiş sahiblərinə ATV-nin fəaliyyətini yenidən qurmaq tapşırılıb, lakin aparılan işlər, göstərilən cəhdlər arzu olunan nəticəni verməyib. Nəhayət qərara alınıb ki, ATV-ni “abıra salmaq” üçün yeganə yol onu daha qüdrətli əlin-Kəmaləddin Heydərovun nəzarətinə verməkdir. Ona görə də kanalın sahiblərinə ATV-ni könüllü şəkildə “fövqəlnazirə” təhvil vermək əmri gəlib.


Qeyd edək ki, ATV-nin sahiblərinin diaspor naziri Nazim İbrahimov və onun qardaşı Tağı İbrahimov olduğu məlumdur. Son vaxtlar telekanalda şou xarakterli bəzi proqramların aparıcıları bir-birinin ardınca efiri tərk etməsi, ATV daxilində ciddi narazılıqların hökm sürməsi, rəhbərliyin yaranmış böhranı aradan qaldırmaq üçün intensiv iclaslar keçirməsi barədə xəbərlər yayılıb. Həmçinin, efirdə bir-iki dəfə yüksək hakimiyyət rəhbərlərini qəzəbləndirən səhvlərə yol verildiyi barədə xəbərlər dolaşmağa başladı.

Məsələn, izləyənlər onun şahidi olublar ki, dekabrın 31-də telekanal titrlərlə ölkə prezidentinin xalqa Yeni İl müraciətinin olacağı barədə anonslar verib; bu zaman hansısa texniki qüsurlar üzündən ekranda cizgi filmi qəhrəmanlarından birinin 1-2 saniyəlik kadrları görünüb. Doğrudur, məhz bu insidentin ATV-nin başqa əllərə keçməsində nə dərəcədə rol oynaması məlum deyil. Lakin o məlumdur ki, telefirin bütünlüklə hakimiyyətin nəzarətində olduğu ölkədə özəl kanallardan biriylə bağlı siyasi rəhbərlikdə narazılıq mövcud idi. Bu narazılıq sonda yuxarıların müdaxiləsi ilə iki oliqarx arasında sürpriz mülkiyyət dəyişikliyinə gətirib çıxarıb.

Xəbər "Müsavat" qəzətinə istinadən yayımlanıb.


Geri dön

sveta

  • 29 yanvar 2011 15:52
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
men zaurun verilisine baxiram ve hamsini beyenirem.umudvaramki verili acilacaq.zauru ancaq pis insanlar pisdiyir

nice_87

  • 28 yanvar 2011 09:06
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
ei memudu lap yaxsi amma onu da deyek ki zaur atv den gedenden sonra atv nol oldu .ay zaur sen isivi gorde niye doyulursen ki axi seher gel apariciligivu ele axsam get evine sene bu lazim idi . azerbaycanda memur ozbasnaligi bas alib gedir.eeeeeeeeeeee azerbaycan duzelmeyecek ki duzelmeycek ne ise...................

NaRka

  • 25 yanvar 2011 00:18
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
TAWAKUR

L_SimuS

  • 19 yanvar 2011 03:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
onsuzda azerbaycan kanallarindan bi dene aztvye baxiram))

tewekkur eziyyete gore

Milawka

  • 19 yanvar 2011 01:54
  • Məqalə: 75
  • Şərh: 580
  • Bal:
{awards}
FERID_HESENLI, SEN HARDAN BİLİRSEN Kİ ONUN QOHUMUDU, BU ARALAR ANCAQ ATV-DEN DANİŞİRLAR ALLAH AXİRİNİ XEYİR ELESİN smile

YazYamuru

  • 18 yanvar 2011 22:27
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
HƏƏƏƏƏƏ NƏYSƏƏƏƏƏ DÜZƏLƏR recourse

--------------------



FERID_HESENLI

  • 18 yanvar 2011 22:14
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
xyr esas sebeb bilirsiniz ne oldu zauru doyen oglan kameledinin qohumudu bax o bunlari etdrir eger bu dogru,melumatdrsa

Cici-Kiz

  • 18 yanvar 2011 22:10
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Hmm oxudum, ele Atv-de 1 cox verlisler var idi ki son vaxtlar aparicilari da verlisin ozu de asiri derecede bayagi idi. İnsallh kanalin innen beleki aqibeti yaxsi olar!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Street Love

  • 18 yanvar 2011 21:46
  • Məqalə: 8
  • Şərh: 132
  • Bal:
{awards}
twk

--------------------
LoVe YoU

Grace_Angel

  • 18 yanvar 2011 21:11
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler melumat ucun...

--------------------

фея

  • 18 yanvar 2011 20:39
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
he onsuzda atv bizde gostermir.saqol xeber ucun

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Lindo

  • 18 yanvar 2011 20:33
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
tesekkurler

Morning_Star

  • 18 yanvar 2011 20:31
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 46
Cəmi: 70

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 152
 
The Shield
Xəbərləri: 47
Cəmi: 307
 
Darling
Xəbərləri: 44
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}