Arıqlıq, ya köklük, hansı daha təhlükəlidir?

 
Arıqlıq, ya köklük, hansı daha təhlükəlidir?

Həddindən artıq arıqlar ömürlərindən 8 ili qısaltmış olurlar
Köklük ümumi bir bəladır. Hər kəs az da olsa zaman-zaman köklüyündən şikayət edir. Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meylli olur. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini sərf edib qurtara bilmirlər. Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Bu isə insanların sürətlə kökəlməsinə səbəb olur.

Artıq kökəlmək o qədər ciddi problemə çevrilib ki, demək olar, bütün dünya buna qarşı mübarizə aparır. Lakin elmi tədqiqatlar göstərir ki, arıqlıq orqanizm üçün köklükdən daha da təhlükəlidir. Başqa sözlə desək, çox kök və çox arıq insanlar həyatlarını genetik müəyyən olunmuş zaman müddəti qədər davam etdirə bilməmə təhlükəsi altındadırlar.

Kökəlmək asandır. Hər kəs bu fikirdədir. Lakin istəsə belə kökələ bilməyən insanlar da var. Hansı ki, yedikləri qidadan asılı olmayaraq, keçirdikləri həyat tərzinə baxmayaraq kökələ bilmirlər. Belə insanlar arıqlamağa daha meylli olurlar. Belə olan halda ən kiçik xəstəliklər zamanı itirilən olan-qalan çəki də insanı tamamilə çökdürür. Nəticədə insan xəstəliklərə davamsız, narahat və daim özündən narazı qalır. Norveç alimləri bu fikirdədir ki, həddindən artıq arıq olan insanlar ömürlərindən 8 ili qısaltmış olurlar. Həddindən artıq arıqlar arasında bədxassəli şişlər, ürək xəstəlikləri, infarkt və insult səbəbi ilə ölüm halları artmaqdadır. Onlarda eyni zamanda depressiv vəziyyətlərə tez-tez rast gəlinir.

Bakı sakini 23 yaşlı Nəbiyyə Nəbiyeva də arıqlıqdan əziyyət çəkən insanlardandır. Deyir ki, gün ərzində nə qədər qida qəbul etməsindən asılı olmayaraq kökəlmə prosesindən məhrumdur. Daxili heç bir xəstəliyi olmasa da kökəlmək onun ən böyük arzusudur: "23 yaşım var, 44 kiloyam. 174 boy üçün 44 kilo olmaq gəzən ölü deməkdir. Müalicə də almışam, 1 aya 300 qram kökəlib yenidən arıqlamışam. Heç bir xəstəliyimin olmaması halında bu qədər arıq olmağım məni narahat edir. Əllərimə baxanda sümüklərim aydın görünür. Kökəlməyə o qədər həsrətəm, 100 kilo olsam belə narazılıq etməyəcək haldayam".

Dietoloq Nəsimi Quliyevin sözlərinə görə, hər bir orqanizm kökəlməyə meyllidir. Əgər kimsə kökəlməməkdən şikayət edirsə, deməli, hər hansı bir problem mövcuddur və o problemi aradan qaldırmaq lazımdır. Həkimə müraciət etmək, analiz vermək mütləqdir: "Kökəlmənin səbəbləri olduğu kimi kökələ bilməməyin də səbəbləri var. Orqanizmdə bütün proseslər normal getdiyi halda, heç bir xəstəlik olmadığı halda nə kökəlmək, nə də arıqlamaq özbaşına baş verir. Əvvəlcə daxili müayinə lazımdır. Qurd xəstəlikləri insanı kökəlməyə qoymayan başlıca faktordur ki, buna çoxu fikir vermir. Yaşından asılı olmayaraq hər bir insanda qurd xəstəlikləri ola bilər və bu xəstəlikdən əziyyət çəkənin kökəlməsi də mümkünsüzdür. Zobun olması, mədə-bağırsaq sisteminin pozulması, mədə xorası, bir sözlə, həzm traktının pozulması da kökəlmənin qarşısını alır. Həkimin düzgün diaqnozundan, kökələ bilməməyin səbəbi ortaya çıxdıqdan sonra müalicə effektiv nəticə göstərir və kökəlmə başlayır. Əks halda səhv müalicələr, düzgün qoyulmayan diaqnozlar bu problem həll etmir".

Həmsöhbətimiz bildirir ki, kökəlmək kimi arıqlamağın da qarşısını almaq üçün reseptlər var. İnsan heç bir xəstəlikdən əziyyət çəkmirsə, normal qidalanaraq düzgün və sağlam kökələ bilər. Kökəlmək istəyən insan zərərli vərdişlərdən imtina etməlidir. Alkoqol, kofe, çay, siqaretin istifadə səviyyəsini minimuma çatdırılmalıdır. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir. Tərəziyə baxmaqdan isə çəkinmək lazımdır. "Kilo 1 gündə 2-3 kilo almaq demək deyil. Bu, mümkünsüzdür. Ona görə də hər gün tərəziyə çıxmaq əhvalı korlamaqdan başqa bir işə yaramayacaq" - deyən dietoloq məsləhət görür ki, gündə 2 stəkandan artıq çay içmək olmaz. Turşu, istiot və süddən uzaq durulmalıdır: "Kökəlmək yox, sağlam kökəlmək vacibdir. Buna görə də, kökəlmək xatirinə əlinə nə gəldi yemək də düzgün deyil. İçilən bütün mayelərə bal, bəkməz, mürəbbə əlavə edərək içmək kökəlməyə kömək edir. Yatmamışdan öncə şirniyyat yemək kökəldir, lakin bu, məsləhət deyil. Çünki ağır qidaları mədə həzm etməkdə çətinlik çəkir. Yeməkdən sonra şirniyyat qəbul edin. Fındıq, fıstıq, badam, qoz yeyin. Hər gün yumurta qəbul edin. Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin".

Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, kökəlmək insanın keçirdiyi hiss, yaşadığı hadisələrlə də birbaşa bağlıdır. Belə ki, hər bir duyğu hər insanda fərqli nəticələrə gətirib çıxarır. Stress və əsəb bəzi insanları yeməyə həvəsləndirdiyi halda, bəziləri qidadan tamamilə imtina edirlər ki, bu da onların arıqlama və kökəlmələrinə birbaşa təsir edir: "Elə insanlar var ki, stresdən kökəlir, elələri də var ki, əksinə olaraq arıqlayır. Əsəb gərginliyi çəkinin artmasına mane olur. Stress çəkinin sabit qalmamasına, oynamasına, çəkinin oynaması da stressə səbəb olduğu üçün mümkün qədər sakit həyat tərzi keçirmək lazımdır. Narahat edən hisslərdən və düşüncələrdən qurtulmaq lazımdır. Stress hormonu bədənin enerji balansını, metabolik balansı pozduğu üçün piylənmə, eyni zamanda arıqlama ilə nəticələnə bilər".


Geri dön

-Kralica-

  • 10 oktyabr 2013 11:50
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
tewekkurler

--------------------




✵Дорогой✵

  • 10 oktyabr 2013 10:11
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Həddindən artıq arıqlar ömürlərindən 8 ili qısaltmış olurlar
Köklük ümumi bir bəladır. Hər kəs az da olsa zaman-zaman köklüyündən şikayət edir. Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meylli olur. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini sərf edib qurtara bilmirlər. Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Bu isə insanların sürətlə kökəlməsinə səbəb olur.

Banned549678

  • 10 oktyabr 2013 00:13
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər

ღ★Yağmur★ღ

  • 9 oktyabr 2013 21:13
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Renesme

  • 9 oktyabr 2013 11:55
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
tewekkurler

--------------------

nuray sirinova

  • 8 oktyabr 2013 23:25
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
serhlere gore tewekkurler

★SlaDkaya ciciwKa★

  • 8 oktyabr 2013 22:54
  • Məqalə: 2
  • Şərh: 929
  • Bal:
{awards}
Menim boyum hundurdu cekim az amma butun gun yeyirem :D

--------------------
Öyünecek Tipim Yok Ama ;
Çoğu Erkeğin İsteyipte Beceremediği ,

Anadan Gelmiş DELİKANLILIĞIM Var ALLAH'a Şükür . . !

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 8 oktyabr 2013 20:34
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------

Elza Hüseynli

  • 8 oktyabr 2013 20:04
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Mesleheteee göre tewekkurler

ღ★Yağmur★ღ

  • 8 oktyabr 2013 19:57
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 8 oktyabr 2013 19:49
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler

^^Nazlı Şeytan^^

  • 8 oktyabr 2013 19:31
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
normalam 53 kilo

melek_19

  • 8 oktyabr 2013 19:31
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
ne ariq ne de kok normal olmaq yaxwidi.....

--------------------

winxclub_bloom

  • 8 oktyabr 2013 19:31
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
normasinda tebiki

--------------------

melek21

  • 8 oktyabr 2013 19:24
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
Normal hamisindan yaxshidir. Esas ariq kok olmaq deyil esas insanin daxilinin genish temiz olmasidir. winked smile

--------------------
Heyat pianino kimidir. Ag dilleri xosbextlik qara dilleri bedbextlikdir. Ama gozel musiqi ifa etmek ucun ikisinden de istifade etmek lazimdir.

melek21

  • 8 oktyabr 2013 19:20
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
Normal olmaq hamisindan yaxshidir. Esas ariqam kokem demek deyil esas insanin daxilinin genish ve temiz olmasidir.

--------------------
Heyat pianino kimidir. Ag dilleri xosbextlik qara dilleri bedbextlikdir. Ama gozel musiqi ifa etmek ucun ikisinden de istifade etmek lazimdir.

SlAdKaYa CiCiWkA

  • 8 oktyabr 2013 19:19
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
Boyum 1.60 cekim 42)

--------------------
Mən xoşbəxtliyi Allahımdan istəyirəm...
Versə ucalığımdı, Verməsə imtahanımdı

ADA GirL

  • 8 oktyabr 2013 19:16
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Menım boyum 1.70-dı çekım de qayet uyğundu bedenıme göre=) Çox sağ olun normal kıloda qalın smile

ShคмKiʀKค

  • 8 oktyabr 2013 19:15
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
men 50 kiloyam mence boyuma gorede narmaldi)))

sebishkaa

  • 8 oktyabr 2013 19:13
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
tewekkurler

ShคмKiʀKค

  • 8 oktyabr 2013 19:13
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
ne ariq nedeki cox kok ele en yaxwisi normal qalmaq))))

Banned1

  • 8 oktyabr 2013 19:11
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}



Boyum 160 çəkim 45

Təşəkkür lol


so_sad

  • 8 oktyabr 2013 19:09
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
boyum 160 di cekim 40 wink

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 19:05
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler... Ilk serh mennen

--------------------
1 milyon abune ^_^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}