Dünyanın ilk məbədi

 
Dünyanın ilk məbədi

Kəbə evi barədə

“Həqiqətən, insanlar üçün ilk bina olunan ev(məbəd) Bəkkədəki(Məkkə) evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran:96)

Kəbə evinin tarixi Hz.Adəmin(ə) dövründən başlayır. Hətta bəzi rəvayətlərə görə, yer üzündə su çəkildikdən sonra ilk quru məhz Məscidül-Hərəmin ərazisi olub. Adəmlə(ə) Həvva Cənnətdən çıxdıqdan sonra Məkkə yaxınlığındakı Ərəfə çölündə görüşürlər. Hz.Adəmin(ə) tövbəsi də məhz Ərəfə də baş verib. Bu müqəddəs ocaq Yer üzündə tikilmiş ilk ibadət evidir. Həcərül-əsvəd(qara daş) də məhz Hz.Adəmə(s) ilahi bir nişan olaraq nazil edilmişdi və o həmin yerdə Kəbə evini inşa etmişdi. Nuh peyğəmbərin(ə) qövmünə tufan göndəriləndə Məscidül-Hərəm da dağılmışdı və onun təmiri Hz.İbrahimə(ə) tapşırılmışdı. Hz.İbrahim(ə) oğlu İsmayıl(ə) peyğəmbərlə Kəbə evini təmir etdi və o zamandan Rəsuli-Əkrəmin(s) dövrünə qədər Məscidül-Hərəm, demək olar ki, toxunulmaz qalmışdı. Qurani-Kərim kəbə barədə buyurur:

“...Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik” (Bəqərə:125)

O zamanlar, Hz.İsmayıl(ə) və onun anası Hacər xanım Kəbə evinin içində dəfn olunmuşlar. Lakin sonralar təmir zamanı Kəbə evinin diametri azaldılmışdı və həmin qəbirlər divarların xaricində qalmışdı. İndi də həmin o yerə Hicri-İsmayıl deyilir ki, təvaf zamanı ora keçmək olmaz, çünki bu məkan Kəbə evinin hissəsi olaraq qalır. Bundan əlavə, Hz.Muhəmmədin(s) zamanında müqəddəs Kəbə monolit kub formasında deyildi. Hicri-İsmayılla Kəbənin qapıları arasındakı küncdə sütun var idi və bura “Tövbə qapısı” adlanırdı. Hərəmin damı da yox idi. Sonralar həmin sütunun yanları daşla tikilmiş və Kəbə monolit kub formasını almışdı. Həcərül-əsvəd də müxtəlif müharibələr nəticəsində yerindən çıxarılmış, parşalanmışdır. Xüsusən, Osmanlı sultanları öz məqbərələrinin üzərində Həcərül-əsvədin parçasını yerləşdirməyi xoşlayırdılar. Bu günlərdə də bəzi sultanların məqbərələrində divara tikilmiş qara daş parçaları görmək olar.

Müsəlman ənənəsinə görə, Məkkədə hələ şəhər salınmamışdan öncə Kəbənin ərazisi müqəddəs yer sayılırdı. Bəzi rəvayətlərə görə, Məkkə şəhərinin banisi Qureyş qəbiləsinin böyüklərindən biri Qusey ibn Qilabə olub. O, Kəbə evini yaxınlığında Darun-Nədva(İclas evi) tikmişdi ki, Qureyş qəbiləsinin toplantıları burada keçirilirdi. Sonralar Darun-Nədva xəlifələrin iqamətgahına çevirilmişdi. XI əsrdə bu ev dağıdılsa da daha sonra onu bərpa etdilər. Cahiliyyət dövründə qureyşlilərin bəziləri müşrik, bəziləri isə İbrahim(ə) peyğəmbərin dinində idilər. Bütpərəstlər öz bütlərini Kəbənin içində saxlayırdılar. Ona görə də, İslam tarixinin ilk dövlərində müsəlmanların qibləsi Məkkə deyil, Qüds idi. VII əsrdə sel və yanğın nəticəsində Hərəmin binası uçmuşdu və o yenidən təmir edilmişdi. Çəbədin işinə girişin məhdudlaşdırılması üçün hərəmin qapıları 2 metr hündürlüyünə qaldırılmışdı. 630-cu ildə Rəsuli-Əkrəm(s.ə) Məkkəni fəth etdikdə, hərəmin içindəki bütlər dağıdılmış, divarlarda müşriklərə məxsus yazılar pozulmuşdu. Xəlifə Ömərin dövründə Kəbə ətrafı boşaldılmış və Məscidül-Hərəm inşa edilmişdi. Yezidin xilafəti zamanı Zübeyrin oğlu Abdulla Məkkəni özünə tabe etmiş və əməvi xilafətindən müstəqilliyini elan etmişdi. Əməvilərlə Abdullah ibn Zübeyr arasındakı müharibə nəticəsində Kəbə evi dağıdılmışdı. Zübeyr Kəbəni söküb yenidən tikmişdi, Əməvilərin Məkkəni zəbt etdiklərindən sonra onlar yenə də Allah evini söküb yenidən tikdilər. O zamandan bu günə kimi Kəbə faktiki olaraq dəyişilməz qalıb. Binanın küncü hansı vilayətə baxırdısa, ona həmin vilayətin adını verirdilər: Şam, Yəmən, İraq rüknləri. Yalnız Həcərül-Əsvədin yerləşdiyi küncə “Rüknəl-əsvəd” deyilir. 930-cu ildə qərmatilər(Bəhreynin ismayili təriqətindən olan hakimləri) Həcərül-Əsvədi oğurlayıb Bəhreynə aparmışdılar. 20 ildən sonra Qara daşı qaytarmaq mümkün olur. Bu cür hadisələr nəticəsində hazırda Həcərül-Əsvəd bir neçə hissədən ibarətdir ki, onları birləşdiriblər və gümüş layla bərkidilib.Onu qeyd etməliyik ki, qiblə Qara daşın özü deyil, Kəbə evidir.

Kəbə evinin qərb divarında böyük bir çatı görməmək olmaz. Bu Hz.Əlinin(ə) anadan olduğu yerdir. İmam Əli(ə) 30-cu fil ilində (miladi 600-cü il) rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlmişdir. Tarixçilərin yazdığı məlumata görə, Möminlər ağası Əlinin(ə) anası Fatimə binti Əsəd doğuş ağrıları zamanı Kəbənin yanına gələrək belə bir şəkildə dua etmişdir: "Allahım! Mən sənə və sənin tərəfindən göndərilən bütün peyğəmbərlərə və kitablara inanıram və bu evi inşa edən cəddim İbrahim(ə) peyğəmbərin sözlərini təsdiq edirəm. İlahi! bBu evi inşa edən və bətnimdə olan bu uşağın hörmətinə, bu balamın doğumunu mənim üçün asandlaşdır". Bu duanın ardından dərhal Kəbənin bir divarı yarılır və Fatimə binti Əsəd Kəbə evinin içərisinə daxil olur. Üç gündən sonra o qucağında bir oğlan uşağı ilə çıxır. Divarın yarıldığı yerdə isə böyük çat qalır. Oğlunun adını Heydər qoyan Fatimə, daha sonra Allahın tapşırığı ilə ona Əli adı verir. Bu əmr gil kitabı şəklində onun həyat yoldaşı Həzrət Əbu talibə nazil olur. Uzun illər boyu o kitabə Kəbə evinin divarından asılı qalır. Lakin sonralar Həzrət Əliyə(ə) müxalif olanlar o kitabəni məhv edir və divardakı çatı yamıyırlar. O gündən indiyə qədər 1440 il keçib. Bu zamana qədər Kəbə dəfələrlə təmir olunmuş və hətta yenidən tikilmişdir (bəzi daşlar əvəz olunmuşdur). Amma hər dəfəsində təmir və yenidən qurmanın ardından yenə də yarılan yer hər dəfəsində açıq bir şəkildə ortaya çıxır.

Kəbə sözü ərəbcə “kub” deməkdir. Məbədin hündürlüyü 15 m, sahəsi isə 10x12 metrdir. Bina kərpişdən tikilsə də, üzərinə qızıl naxışlarla işlənmiş qara parça atılır. Hər il müqəddəs Ramazan ayında Müqəddəs Kəbənin qapısı açılır, məscidin yuyulma mərasimi keçirilir. İlk öncə hərəmi yuyanlar Kəbənin içində iki rikət namaz qılır, daha sonra iç divarları gül suyu ilə qarışdrılmış zəmzəmlə yuyurlar. Yerlərə isə gül suyu qatılmış zəmzəm səpildikdən sonra, sadəcə xurma yarpaqları ilə süpürülür. Kəbənin divarları və tavanı ağ parça ilə qurudulur. Gül suyu yenə səpildikdən sonra müşk tüstüləri yandırılır.

Hər il Kəbənin örtüyü Zilhiccə ayının 9-u dəyişdirilir. Adət üzrə bu mərasim Məkkə və Mədinə hərəmlərinin rəhbərliyi və bəzi müsəlman ölkələrinin nümayəndələrinin iştirakı vasitəsi ilə həyata keçirilir. Kəbə evinin qara örtüyü 74 il öncə Səudiyyə kralı Əbdüləziz ibn Səudun təsis etdiyi fabrikdə toxunur. Burada örtüyün toxunması ilə 8 ay ərzində 200 nəfər insan məşğul olur. Örtük yeniləndikdən sonra köhnə örtük müsəlman ölkələri başçılarından birinə hədiyyə verilir.


Geri dön

ღNəmLi kiprikღ

  • 4 noyabr 2013 20:09
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
Allah razi olsun...

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:28
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun cox sagolun.....!

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 12:49
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 10 oktyabr 2013 09:58
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun cox sagolun

Banned549678

  • 9 oktyabr 2013 23:54
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun cox sagolun

Elza Hüseynli

  • 9 oktyabr 2013 23:09
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

winxclub_bloom

  • 9 oktyabr 2013 14:35
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღ★Yağmur★ღ

  • 9 oktyabr 2013 13:08
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
“Həqiqətən, insanlar üçün ilk bina olunan ev(məbəd) Bəkkədəki(Məkkə) evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran:96)

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 9 oktyabr 2013 12:35
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Olsun Bacim

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 9 oktyabr 2013 12:34
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Banned1

  • 9 oktyabr 2013 11:55
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}


Allah razi olsun meleyimden



Renesme

  • 9 oktyabr 2013 11:40
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-chanel-

  • 9 oktyabr 2013 10:53
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN_________________

melek_19

  • 9 oktyabr 2013 10:47
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 10:31
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler)

--------------------
1 milyon abune ^_^

ADA GirL

  • 9 oktyabr 2013 09:52
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razı olsun ılk şerh menden=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}