Batil inanclar, yaxud "nənələrin qanunları"

 
Batil inanclar, yaxud "nənələrin qanunları"

Bəzi inanclar cahillikdən irəli gələrək şişirdilir
Həyatımızın müəyyən məqamlarında inanclarımızın bizə uğur və ya pislik gətirəcəyinə inanırıq. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Əslində inanclara inanan yeganə xalq deyilik. Hər bir xalqın özünə uyğun inancları var, amma müqayisədə bizim inanclar bəzən ifrat dərəcəyə qədər gedib çıxır.


Hər bir insanın inancı fərqlidir. Özlərinə görə, açıqlamaları olan insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Bakı sakini 25 yaşlı Ranar Əliyev də inanclara inanır. Həm də ifrat dərəcədə: "Mən inanclara zarafatla "nənəmin qanunları" deyirəm. Bizi də inanmağa məcbur edən odur. Əvvəllər elə də fikir vermirdim, amma sınadıqca ehtiyat etməyə başlayıram. Uşaq olanda ən çox inandığım ayaqlarımın üstündən kimsə, keçsə, kiçik boylu olacağım idi. İndi isə yuxuda at görməyə inanıram. İşlərim çox yaxşı gedir. Göz səyriməsinə inanıram, sınamışam. Ümumən inandığım belə inanclar çox deyil, amma var".

Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Batil inanclara inanmaq müsəlman aləmində xoş əməl kimi qəbul olunmasa da çox insan bundan xəbərsizdir. Ümumən gündəlik həyatımızda da batil inancları fərqində olmadan işlədən insanlar az deyil. Asqıran insana sağlam ol demək, yerə düşən çörəyi öpüb göz üstünə qoymaq, evdə göz dəymənin qarşısını alsın deyə üzərlik yandırmaq, uşaq dişi çıxanda hədik bişirmək, bütün bunlar da xalq arasında yayılmış batil inanclardır.

Hacı Kamilin sözlərinə görə, insanların batil inanclara inanması günahdır. İnsan fitrət baxımından elə yaradılıb ki, daim hər hansı bir şeyə inanmağa məcburdur: "Batil inanc heç bir vəchlə dində qəbul edilmir. Çünki inancın kökü olmalıdır. Kökü və əsası olmayan şey isə məhvə məhkumdur. Bizim cəmiyyətimizdə də bu kimi batil inanclar və tabular həddindən artıq çoxdur. Bu və bu kimi inanclar batil inanclardır. Bunlara inanaraq bir insanın həyatında nəyi isə edib, nəyi isə etməməsi günahdır. İslam insanları bu cür yanlışlıqlardan qurtarmaq və onlara təmiz əqidə bəxş etmək üçün göndərilmiş bir dindir. Bəzi insanlar belə etiqad ucbatından hansısa vaxtda evlənmir, evindən çölə çıxmır, işə başlamırlar. Belə amillərdə xeyir və şər olmaz. Bu cür etiqadlar cahiliyyə dönəmində yaşamış müşriklərin, bütpərəstlərin etiqadları olmuşdur. Çox qəribədir ki, bir çox qeybi həqiqətləri "reallıqdan uzaqdır" deyə inkar edən insanlar bu cür məntiqsiz xürafatlara inanırlar. Təbii ki, İslam dini bu inanclardan uzaqdır. İnanclara inanıb hərəkət etmək isə günahdır".

Psixoloq Gülər Namazovanın sözlərinə görə, insanlar batil inanclara inanmağa məcburdurlar. Çünki onların bundan başqa çarələri olmur. Gözün insana dəyib-dəymədiyini, ümumiyyətlə göz anlayışının nə olduğunu bilmədiyi halda o gözü çıxarmaq üçün üzərlik yandırmaq, başa duz fırlamaq nə dərəcədə düzgündür? Belə inanclar insanı ruhən sakitləşdirir: "Bizdəki fərdi batil inanclardan çox ümumi batil inanclar geniş yer tutub. Məsələn, hansısa ziyarətə gedib məhz o yerdən övlad diləmək geniş hal alıb ki, elə ən böyük batil inanc budur. İnsan özünü bu yolla bir növ rahatlamış, ümidini artırmış hiss edir, lakin digər tərəfdən günah qazanır. Batil inanclar zamanla unudula bilər, lakin buna insanlar hazır deyil. Çünki ailə qurmaq mərasimi elə batil inanclarla zəngindir, qızın çıraq başına fırlanması, başından düyü tökülməsi, başında çörək kəsilməsi, eyni zamanda bayramlarımız bu cür batil inanclarla zəngindir. Məsələn, qapı pusub ona uyğun arzu yozmaq, duzlu kökə, müxtəlif fallar, bütün bu əməllər bir məqsədlə edilir; gələcəyi dəyişmək, ya da dəyişdiyinə inanmaq. "Bunu etməyim, nəticəsi belə olsun", "burdan getməyim, işim alınsın" və bu kimi fikirlər sadəcə insanları motivasiya edir, inandırır ki, yaxşı olacaq. Əslində heç bir batil inanc qəbul olunan deyil, amma istisnalarla bu inanclardan qurtulmaq lazımdır. Çünki bəzən inanclara həddindən artıq aludə olub işini sabaha saxlayanlar, yolunu dəyişənlər, dəri və göz rənginə görə bəzi insanları kompleksə salanlar, onlardan uzaqlaşanlar da az olmur. Bir sözlə, insan öz-özünə aşılamalıdır ki, batil inanclar olmadan da onun işləri yolunda gedə bilər".

Psixoloq bildirir ki, bu cür inancların əksəriyyəti cahil insanlar tərəfindən şişirdilmiş inanclardır. Bir çox inanclar insanların yüz illər boyu dildən-dilə keçirdiyi, bu gün də bizim bunların bəzilərindən istifadə etdiyimiz etiqadlardır. Məsələn, hər bir evdə körpə ilk dişin çıxararkən mütləq dişlik bişirilməsi, uzaq səfərə çıxanın arxasınca su atılması kimi məsum inancların Allahı inkar etməklə bir əlaqəsi yoxdur: "Düzdür, sizinlə razıyam ki, bəzi inanclar var ki, məsələn qoz ağacı, əncir ağacının dibində yatan xəstələnər, ya da onu cinlər vurar kimi inanclar həddindən artıq şişirdilib. Belə inanclar insanların savadsızlığından yaranıb və cahillik əlaməti sayılır. Elmi cəhətdən təsdiqlənib ki, bu ağaclar tək ağacdırlar ki, digərlərindən fərqli olaraq, gecələri oksigeni udur, karbon qazı xaric edirlər və buna görə də o ağacların altında yatan adam havasızlıqdan tənginəfəs olur. Bu inancı yoxlayıb əmin olmaq istəyənlər də bilsin ki, ağacların altındakı boğulma hissinin heç bir cinlə əlaqəsi yoxdur".


Geri dön

ღNəmLi kiprikღ

  • 4 noyabr 2013 20:06
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
Allah razi olsun...

-chanel-

  • 16 oktyabr 2013 14:35
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN_________________

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 12:46
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 13 oktyabr 2013 15:53
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler..

--------------------
(^_*)

PSIXOPATKA

  • 11 oktyabr 2013 16:42
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
tesekkuurrrr

--------------------

۞(S)pea(R)۞

  • 11 oktyabr 2013 14:55
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler

--------------------
1 milyon abune ^_^

✵Дорогой✵

  • 11 oktyabr 2013 00:17
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

AyliN BunyaminovA

  • 10 oktyabr 2013 23:04
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
CoX SaGoLuN

--------------------
ܨܓܓܨܓܓ✍

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 10 oktyabr 2013 23:01
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

pervis

  • 10 oktyabr 2013 20:18
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

✵Дорогой✵

  • 10 oktyabr 2013 20:03
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

melek_19

  • 10 oktyabr 2013 17:20
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.maraqli idi

Elmi cəhətdən təsdiqlənib ki, bu ağaclar tək ağacdırlar ki, digərlərindən fərqli olaraq, gecələri oksigeni udur, karbon qazı xaric edirlər və buna görə də o ağacların altında yatan adam havasızlıqdan tənginəfəs olur. Bu inancı yoxlayıb əmin olmaq istəyənlər də bilsin ki, ağacların altındakı boğulma hissinin heç bir cinlə əlaqəsi yoxdur"..............

--------------------

ღ★Yağmur★ღ

  • 10 oktyabr 2013 17:04
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Roya_____

  • 10 oktyabr 2013 16:47
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun tatlım love

^^KuKuLKa^^

  • 10 oktyabr 2013 15:52
  • Məqalə: 764
  • Şərh: 11541
  • Bal:
{awards}
ALLAH razi olsun cox sgol=))

--------------------

Banned549678

  • 10 oktyabr 2013 15:38
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
SerhlerCun cox SagOLUN^^

winxclub_bloom

  • 10 oktyabr 2013 15:03
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi

--------------------

Banned1

  • 10 oktyabr 2013 14:59
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLAH razi olsun cox sgol=))

Gun--ka

  • 10 oktyabr 2013 14:52
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
bəzi inanclar var ki, məsələn qoz ağacı, əncir ağacının dibində yatan xəstələnər, ya da onu cinlər vurar kimi inanclar həddindən artıq şişirdilib. Belə inanclar insanların savadsızlığından yaranıb və cahillik əlaməti sayılır. Elmi cəhətdən təsdiqlənib ki, bu ağaclar tək ağacdırlar ki, digərlərindən fərqli olaraq, gecələri oksigeni udur, karbon qazı xaric edirlər və buna görə də o ağacların altında yatan adam havasızlıqdan tənginəfəs olur. Bu inancı yoxlayıb əmin olmaq istəyənlər də bilsin ki, ağacların altındakı boğulma hissinin heç bir cinlə əlaqəsi yoxdur".

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}