Fərqli düşünməyimiz mehriban yaşamağımıza mane olmasın!

 
Fərqli düşünməyimiz mehriban yaşamağımıza mane olmasın!


Kainat ağlasığmaz dərəcədə böyükdür. Bu böyüklük qarşısında insan beynindəki “böyüklük” anlayışı aciz qalır. Lakin kainat bu qədər ucsuz-bucaqsız olduğu halda, bizim sadəcə bir Dünyamız var və hamımız bu dünyada yaşamaq məcburiyyətindəyik...

Təxminən 7 milyard insan, hal-hazırda bu tək Dünyanı bölüşürük. Lakin bu bizə bəzən sıxıntı verir.

Bəs bölüşmək bu qədər çətindirmi? Bölüşə bilmədiyimiz nədir? Dünya çoxmu dardır? Yoxsa biz çox şey istəyirik?

Hər kəsə bir-bir bu sualları versək, o qədər çox mövzu ortaya çıxar ki, danışmaqla, yazmaqla bitirə bilmərik. Lakin bütün bu minlərlə mövzunun, minlərlə problemin tək həlli var:

Fərqliliklər içində ortaq dünya qura bilərik...

Fikir ayrılıqlarından dostluqlar yarada bilərik...

Ayrıseçkilik etmədən, qütbləşmədən birlikdə yaşamağın yolunu tapa bilərik...

Nifrət etmədən, kin duymadan, bir-birimizi əzib yenməyə çalışmadan bir arada xoşbəxt, hüzurlu ola bilərik...


Bəli, biz bunu edə bilərik. Mümkündür. Əslində bu, heç də göründüyü kimi çətin deyil. Çünki biz bunun yolunu çox yaxşı bilirik və demək olar ki, hər gün bunu yaşayırıq. Sadəcə bunu hər mühitə tətbiq edə biləcəyimizdən xəbərsizik.

Biz hər gün səhər yuxudan oyandıqdan etibarən, “o birilər” adlandırdığımız bu insanlarla bir-birimizə zərər vermədən bir yerdə rahat və hüzurlu yaşaya bilirk. Eyni havanı uduruq, eyni küçələrdə gəzirik, eyni dili danışırıq. Eyni restoranlarda yemək yeyir, eyni mağazalarda, marketlərdə bazarlıq edirik. Ətrafımızda o onlarla “o biri” insandan heç birini yad kimi görmürük. Biz küçələrdə hər tipdə, hər inancda, hər fikirdə insanı görməyə vərdiş etmişik. Gözlərimiz tək bir insan modeli axtarmır. Hətta bu rəngarənglik bizə gözəl gəlir.

Biz küçədə, yolda, mağazada, avtobusda köməyə ehtiyacı olan birinə dərhal kömək edirik. Sədəqə istəyənə acıyıb sədəqə veririk. Yıxılanı ayağa qaldırırıq, həkimə çatdırırıq. Ən əsası bu insanların hansı dindən, hansı inancdan, hansı ideologiyadan, hansı fikirdən, hansı siyasi partiyadan olduğunu soruşmuruq. Heç birinə siz bizdənsiniz, yoxsa “o birilərdən” demirik. Deməli, bu dünyada birlikdə xoşbəxt yaşamağın yolunu bilirik.

Dünyanın harasına getsək fərqli insanlarla qarşılaşırıq. Biri musəvi, biri xristian, biri müsəlman, biri buddist, biri ateist, biri kommunist, biri satanist. Amma biz bunları bilmirik. Soruşmuruq. Çünki kimin nə olduğu, necə olduğu bizi maraqlandırmır. Soruşmaq ağlımıza belə gəlmir. Bəs gündəlik həyatda bu qədər fərqliliklə iç-içə olarkən, niyə mövzu siyasət olanda, ya da ki, komputer arxasında, televizor qarşısında ikən bir anda tamam fərqli insanlar oluruq?

Niyə görə gündəlik həyatımızda yeri olan “o birilərlə” yaşaya bilmək xüsusiyyəti bir anda unudulur? Həmin dünyagörüşü, düşüncəni və ya münasibəti davam etdirmək elə çətindir ki? Yoxsa, mübahisə etmək, dalaşmaq bizə zövqlü görsənir?

Əlbəttə ki, inanmadığımız fikirləri qəbul etmək, bəyənmədiyimiz insanları dəstəkləmək məcburiyyətində deyilik. Onların düşüncələrini, ideologiyalarını dəstəkləməsək də, amma ki mübahisə edib, dalaşmarıq da. Kini, qəzəbi qabartmarıq. Hörmət, nəzakət göstərərik. Özümüzü yetkin, mədəni insan kimi apararıq.

Fərqli düşünsək, bunu dilə gətirərik. Tənqid edərik. Öz fikrimizin doğruluğunu sübut etmək üçün istədiyimiz qədər danışarıq. Yazılar, kitablar yazarıq, filmlər çəkərik, dəlillərimizi göstərərik. Amma bütün bunları mədəni şərtlərlə, hörmət göstərərək, gözəl sözlə edərik. Fikrimizi müdafiə edərkən, qarşı tərəfi qızışdırıb, əsəbləşdirməyə çalışmarıq. Həm biz özümüz, həm də qarşı tərəf bunu edərsə, bir-birimizlə nə qədər fərqli qütblərdə olsaq da, bu dünya daha gözəl dünya olar. Küçələrdə, televizorlarda, internetdə nifrət ifadələrinin eşidilmədiyi, görülmədiyi, zidiyyət ruhunun olmadığı bir mühit yaranar. Allah müqəddəs kitabımız Qurani -Kərimdə də belə gözəl əxlaqın gözəl nəticə verəcəyini bildirmişdir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)


İnsan həm gözəl əxlaq yaşamaqla, həm də sülhü, əminamanlığı və eləcə də gözəl əxlaqı yaşamaqla məsuliyyət daşıyır. Əgər “Siz”, “Biz” məntiqi ilə hərəkət etməsək, insanları da bu ayrıseçkiliyə yönəltməsək, orta yolu tapmaq üçün qarşımıza çıxan fürsətlərdə dirənməsək, özümüzü hər zaman haqlı çıxarmağa çalışaraq inadlaşmasaq, dünyamız daha da gözəlləşər.


Geri dön

Samir_Wuvalan

  • 24 oktyabr 2013 03:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Təşəkkürlər

Nazi_Odi

  • 11 oktyabr 2013 18:11
  • Məqalə: 36
  • Şərh: 5386
  • Bal:
{awards}
meqiş ucun teşekkurler=)

pervis

  • 10 oktyabr 2013 21:50
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Gül Əliyeva

  • 10 oktyabr 2013 14:38
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Fərqliliklər içində ortaq dünya qura bilərik...

Fikir ayrılıqlarından dostluqlar yarada bilərik...

Ayrıseçkilik etmədən, qütbləşmədən birlikdə yaşamağın yolunu tapa bilərik...

Nifrət etmədən, kin duymadan, bir-birimizi əzib yenməyə çalışmadan bir arada xoşbəxt, hüzurlu ola bilərik...

✵Дорогой✵

  • 10 oktyabr 2013 09:28
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Təşəkkürlər Eni Cox Mənali idi =)

Banned456

  • 9 oktyabr 2013 23:20
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Təşəkkürlər maragliDir^^

Nara Neznakomka

  • 9 oktyabr 2013 23:02
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Fərqliliklər içində ortaq dünya qura bilərik...

Fikir ayrılıqlarından dostluqlar yarada bilərik...

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Elza Hüseynli

  • 9 oktyabr 2013 20:05
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Melumat üçün tewekkurler

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 19:41
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

-chanel-

  • 9 oktyabr 2013 19:41
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
___ _ ___ _ ___ _ ___Tewekkurler___ _ ___ _ ___ _ ___

DUYGULARIM

  • 9 oktyabr 2013 19:13
  • Məqalə: 106
  • Şərh: 983
  • Bal:
{awards}
Fərqliliklər içində ortaq dünya qura bilərik...

Fikir ayrılıqlarından dostluqlar yarada bilərik...

Ayrıseçkilik etmədən, qütbləşmədən birlikdə yaşamağın yolunu tapa bilərik...

Nifrət etmədən, kin duymadan, bir-birimizi əzib yenməyə çalışmadan bir arada xoşbəxt, hüzurlu ola bilərik...

--------------------

Mən olmasamda,həyat davam edəcək...

PSIXOPATKA

  • 9 oktyabr 2013 19:05
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
Tewekkur . . .

--------------------

melek_19

  • 9 oktyabr 2013 18:43
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et!

--------------------

TAYNA VOSTOKA

  • 9 oktyabr 2013 18:36
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et!

--------------------

✵Дорогой✵

  • 9 oktyabr 2013 18:31
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Təşəkkürlər Eni Cox Mənali idi =)

ღNəmLi kiprikღ

  • 9 oktyabr 2013 17:49
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
twkler.........

winxclub_bloom

  • 9 oktyabr 2013 17:48
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
Fərqliliklər içində ortaq dünya qura bilərik...

Fikir ayrılıqlarından dostluqlar yarada bilərik...

Ayrıseçkilik etmədən, qütbləşmədən birlikdə yaşamağın yolunu tapa bilərik...

Nifrət etmədən, kin duymadan, bir-birimizi əzib yenməyə çalışmadan bir arada xoşbəxt, hüzurlu ola bilərik...

--------------------

Gül Əliyeva

  • 9 oktyabr 2013 17:38
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}


2ci serhde menden tongue

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2013 17:37
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
ILK WERH MENDEN... tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 43
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}