Tənqiddə üslub

 
Tənqiddə üslub


Ət-taxribu əshəl” ifadəsi ərəblərdə məsəl kimi işlədilir. Mənası isə qısaca “təxrib etmək asandır” şəklindədir.

Bəli, təxrib, tənqid və yıxmaq çox asandır. Lakin eyni miqyasda təmirə gəlincə isə asan deyil, əksinə, çox çətindir. Buna görə də yıxmaq üçün ayağa qalxanlar əvvəla “təmir”in yollarını araşdırıb müəyyən etməli, sonra “yıxma”ğa başlamalıdırlar. Əks təqdirdə, əmələ gələn boşluqlar qətiyyən doldurula bilməz. Bəli, bəzi məsələlər var ki, alternativ fikir olmadan onu təxrib, tənqid və yıxmaq böyük xəsarətə səbəb ola bilər. Zənnimcə, peyğəmbərlərin və xüsusilə İnsanlığın İftixarı Əfəndimizin (s.ə.s.) ən əsas vəzifələrindən biri də məhz bu məsələ ilə bağlı tarazlığı qorumaq idi.

Bəli, O, cəmiyyətdə kök salmış bütün nöqsanları müəyyənləşdirir və insanların gözünə baxa-baxa, mərd-mərdanə, inandırıcı üslubla “Bu yanlışdır” deyə car çəkir, ardınca da onlara alternativ doğruları ortaya qoyaraq xaos və boşluğun yaranmasına imkan vermirdi. Yəni hər şeyi tarazlayır, mənfi və müsbət tərəfləri ilə təhlil edir, fikri və hissi boşluqlara imkan vermirdi. Əfəndimizin (s.ə.s.) bu üslubu bizə çox şey deyir: Əvvəla, sağlam zəminə, möhkəm bünövrəyə oturan “təmir” plan və proyektlər olmadan “yıxmaq” və “təxrib etmək” cinayətdir.

Belə ki, bu üslub, bu düşüncə tərzi həyata tətbiq edilmədiyinə görə buraxılan səhvlərin böyüklüyü və həcmi nisbətində bəzən fərd, bəzən ailə, bəzən də dövlət ciddi boşluqlar yaşayır və xaosla üzləşir. Bu məsələyə dövlət və millət miqyasında yanaşanda nümunə kimi ilk ağıla gələn Osmanlı olur. Bəzən padşahlara məsafəli davranılır, taxtdan endirilir, “yerinə daha yaxşısını taparıq!” deyilirdi. Tapılmayında da vəziyyət daha da pisləşir, keçmiş də, keçmişdəkilər də şamla axtarılmağa başlanırdı. Məsələn, rəhmətlik Sultan Abdulhəmid Xanın taxtdan endirilməsində mühüm rol oynayan və bu qədər ağır tarixi hadisəyə sevinən Tələt, Camal, Ənvər paşalar, Riza Tevfiq, Tevfiq Fikrət, Mehmet Akif və ona “Qızıl Sultan” deyən bir çoxları daha sonralar peşman oldular, ona dəfələrlə mədh dolu sözlər dedilər, amma çoxdan iş-işdən keçmişdi. Camal, Tələt, Ənvər paşalar “Nədən nəyə qaldıq, ey qazi hünkar!” deyib inləyir; Riza Tevfiq yunanlar İzmiri işğal edincə məscidin şadırvanında hönkürtü ilə ağlayır və “Abdulhəmid Xanın ruhundan istimdad” şeirini yazırdı.

Bəli, belə deyirdilər, lakin dövləti-ali yıxıldı, Mosul, Kərkük, Süleymaniyyə, Misir, Balkan dövlətləri əldən çıxdı və bu coğrafiyada əmin-amanlıq yox olub getdi; ondan sonra ağılları başlarına gəldi. Dünya hal-hazırda bunun əvəzini çox baha ödəyir. Çünki Osmanlı Orta Şərqi, Qafqazı, Balkanları ilə müvazinəti təmin edən əsas mərkəz idi. Əfsuslar olsun ki, biz bu missiyanı ancaq Osmanlı yıxılandan sonra başa düşdük...


Təəssüf ki, bu tarixi xətalar indi də işlənir. Doğru və daha faydalı alternativ plan və proyektlər hazırlanmadan dövlət və hökumət hədər edilir. Belə ki: “Bu qərara qatılmıram” və ya “Xarici və daxili siyasət belə aparılmaz… və s.” kimi yalnız şüarlarla müxalifət edilir. Belələrinə: “Bəs necə olmalıdır, buyurun siz deyin, yazın, cızın” deyəndə də: “Bu bilik və təcrübə tələb edir, bu da bizdə yoxdur”, — deyirlər. Ona görə də gərək irəlicədən bilək ki, dövlətin və hökumətin səhvi ola bilər. Ancaq bu, qətiyyən: “Əvvəlcə bir yıxıb-dağıdaq, sonra necə quracağımızı fikirləşərik” fəlsəfəsi ilə edilməməlidir. Bu düşüncə dövləti zəiflədə, daxili və xarici etibarını sarsıda bilər… Hətta etibarı tamamilə əldən gedə bilər. Məsələn, coğrafi mövqeyinə görə mühüm strateji yerə malik olan ölkəmiz siyasi təbəddülatlar içində əgər bu gün bir az daha güclü olsa idi, bütün Orta Asiyanın dəstəyini ala, mərkəzi güc və bir vakuumla onları özünə çəkə bilərdi. Hətta İslam ölkələrini ətrafında toplaya da bilərdi.

Şanlı keçmişimizdə də belə deyildimi? Alparslan, Fateh, Yavuz o güclü dəstəyin verdiyi güvənlə tarix səhnəsinə çıxıb və millətin ümid sədası olmadımı? Və bu sədaya çoxları müsbət cavab vermədimi?


Bəli, səhv anlayışda olanlarla işimiz yoxdur. Biz var olduğumuz gündən bəri bəzən ağlayıb, bəzən də gülərək, daim dodağımızda ümid təbəssümü ilə bu millətin taleyinə dastanlar yazdıq. Bu ölkə və bu millət bir daha sarsıntı keçirməsin deyə qəlbimizə göstərdiyimiz qayğını göstərdik. Təhlükələr qarşısında daim çarələr axtardıq, araşdırdıq.., illərlə kənd-kənd, qəsəbə-qəsəbə bizi izləyənlərə, bizə hər cür pislik edənlərə “Hər kəs xarakterinə görə əməl edər” deyib keçdik. Dövlət orqanlarını işğal edən şəxslərin bu davranışlarına görə dövlətimizdən, millətimizdən küsmədik, incimədik.Bəli, bu məsələdə tarazlıq çox vacibdir. Və qənaətimcə, bu gün bu sahədə çox səhvlərə yol verilir. Halbuki başda da nümunələrlə ifadə etdiyim kimi, bu cür hallar elə mürəkkəbliyə və gözlənilməz qəzalara səbəb ola bilər ki, daha sonra onlardan birini belə düzəltməyə gücümüz çatmaz.

Bu yanaşma tərzi bəzi radikal görünüşlü şəxsləri narahat edə bilər. Ancaq, mənə görə, bu mövzu çox həssas məsələdir. Əslində mən heç vaxt müsəlmanca düşüncənin təhqir olunmasını və heç bir müsəlmanın üzülməsini istəmərəm. Lakin qarşımızda çox fərqli İslami anlayışlar var. Birisi “Müsəlmanam” deyib, əlində bomba, belində silah adam vurmaq üçün küçəyə çıxır. Bunu anlamaq və İslami düşüncə ilə izah etmək olduqca çətindir. Təbii, hər kəsi məmnun etmək də mümkün deyil. Bu baxımdan şəxsən, sui-istifadə edilə biləcək, səhv anlaşıla biləcək düşüncə və bəyanlardan çox əndişə duyuram. Buna rəğmən haqq və həqiqəti demək də vəzifəmizdir.Xülasə, hər şey öz qayda-qanunu ilə icra edilməlidir. “Düzəldərəm” deyərkən tamamilə dağıtmamağa həddən artıq diqqət edilməlidir. Keçmişdən, tarixi hadisələrdən dərs alaraq, məntiqi boşluqlara düşülməməli, millət və dövlət bir macəraya qurban verilməməlidir.


Geri dön

Samir_Wuvalan

  • 24 oktyabr 2013 02:04
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
tewekkurler meqale ucun...!

ADA GirL

  • 11 oktyabr 2013 18:26
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Teşekkurler meqale ucun.

pervis

  • 10 oktyabr 2013 21:34
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

✵Дорогой✵

  • 10 oktyabr 2013 20:30
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Təşəkkürlər

Banned549678

  • 10 oktyabr 2013 16:34
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər

PSIXOPATKA

  • 10 oktyabr 2013 15:41
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TESEKKKUURRR

--------------------

Banned1

  • 10 oktyabr 2013 14:23
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Şanlı keçmişimizdə də belə deyildimi? Alparslan, Fateh, Yavuz o güclü dəstəyin verdiyi güvənlə tarix səhnəsinə çıxıb və millətin ümid sədası olmadımı? Və bu sədaya çoxları müsbət cavab vermədimi?

✵Дорогой✵

  • 10 oktyabr 2013 09:08
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Təşəkkürlər Eni

ღNəmLi kiprikღ

  • 9 oktyabr 2013 23:10
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler..........

melek_19

  • 9 oktyabr 2013 23:07
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
hmmm tewekkurler

--------------------

Banned549678

  • 9 oktyabr 2013 22:54
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər

^^Nazlı Şeytan^^

  • 9 oktyabr 2013 22:51
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Təşəkkürlər

Nara Neznakomka

  • 9 oktyabr 2013 22:37
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Ət-taxribu əshəl” ifadəsi ərəblərdə məsəl kimi işlədilir. Mənası isə qısaca “təxrib etmək asandır” şəklindədir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

AyliN BunyaminovA

  • 9 oktyabr 2013 22:30
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
TeSHeKKuRLeR

--------------------
ܨܓܓܨܓܓ✍

Banned1

  • 9 oktyabr 2013 21:54
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Şanlı keçmişimizdə də belə deyildimi? Alparslan, Fateh, Yavuz o güclü dəstəyin verdiyi güvənlə tarix səhnəsinə çıxıb və millətin ümid sədası olmadımı? Və bu sədaya çoxları müsbət cavab vermədimi?Bəli, səhv anlayışda 

ღ★Yağmur★ღ

  • 9 oktyabr 2013 21:29
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

winxclub_bloom

  • 9 oktyabr 2013 21:25
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Keçmişdən, tarixi hadisələrdən dərs alaraq, məntiqi boşluqlara düşülməməli, millət və dövlət bir macəraya qurban verilməməlidir.

--------------------

TAYNA VOSTOKA

  • 9 oktyabr 2013 21:19
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
HOVSELEM CATMADİ OXUMAGA.TESEKKUR EDİREM ZEHMET CEKMİSİZ

--------------------

DUYGULARIM

  • 9 oktyabr 2013 21:12
  • Məqalə: 106
  • Şərh: 1008
  • Bal:
{awards}
gozel melumatcun sagol

--------------------

Mən olmasamda,həyat davam edəcək...

Elza Hüseynli

  • 9 oktyabr 2013 20:58
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
"Müxtelif" tewekkurler

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 20:43
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

-Kralica-

  • 9 oktyabr 2013 20:39
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler
ilk werh mennen
love

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 43

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}