Həcc ziyarətinin qaydaları

 
Həcc ziyarətinin qaydaları

İslam peyğəmbərinin(s) zühurundan sonra Allah müsəlmanlara heç olmasa ömürlərində bir dəfə Həcc ziyarətinə getməyi vacib buyurmuşdur. Hər kəsin maddi və fiziki durumu Həcc səfəri etməyə imkan verirsə bu ibadəti yerinə yetirilməlidir. Əks təqdirdə günah etmiş olur. Allah qarşısında yerini yetirilən bütün əməllər kimi də Həcc də dəqiqliklə icra olunmalıdır. Həcc yalnız Kəbəni ziyarət etmək demək deyil. Bu həm də müəyyən ayinlərin şəriətdə göstərilən qaydalar əsasında yerinə yetirilməsidi və hansısa əmələ riayət olunmasa, Həcc batil olur.

Həcc iki hissədən ibarətdir: Təməttö ümrəsi(Ümrə) və Təməttö həcci(Həcc). Birinci Təməttö ümrəsi yerinə yetirilir.

Məkkəyə bütün istiqamətlərdən gedən yollarda “miqat” məscidləri var. Miqatda Həcc mərasiminin birinci əməli yerinə yetirilir – ehram bağlanır. Ehram üzərində tikiş olmayan iki parçadan ibarətdir. Onlardan biri ilə bədənin aşağı hissəsi, digəri ilə isə yuxarı hissəsi örtülür. Bu cür ehram kişilərə vacibdir, qadınların isə öz paltarları onların ehramı sayılır. Bəyənilir ki, ehram bağlanmamışdan öncə qusl edilsin. Daha sonra Təməttö ümrəsinin yerinə yetirilməsi üçün ehramın bağlanması niyyət edilir, ehram bağlanılır və təlbiyə deyilir: “Ləbbəyk, Allahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə ləbbəyk!” (İlahi, Sənin dəvətinə cavab verdim və qəbul etdim. Qəbul etdim, ey şəriki olmayan, qəbul etdim. Həqiqətən həmd, nemət və hər şey Sənə məxsusdur. Sənin şərikin yoxdur, dəvətini qəbul etdim!). Ümrə başa çatmayınca insan ehram halında olur ki, bu halda bəzi halal işlər də haram olur. Miqatdan Məkkəyə yola düşən hacılar Məscidül-hərəmə, yəni Kəbə evinin yerləşdiyi məscidə çatdıqda ümrənin digər əməllərini yerinə yetirirlər. Beləki, dəstəmaz alındıqdan sonra müqəddəs Kəbənin ətrafında yeddi dəfə dövr edilir. Buna “təvaf “ deyirlər. Təvaf edildikdən sonra Məqami-İbrahimin(Həzrət İbrahimin(ə) ayaq izləri) arxasında iki rikət təvaf namazı qılınır. Namazdan sonra hərəmin yanında yerləşən Səfa ilə Mərva yüksəklikləri arasında yeddi dəfə dolanmaq lazımdır. Buna “səy” deyilir. Səy bitdikdən sonra saçdan və ya dırnaqdan bir az kəsilir. Buna isə “təqsir” deyilir, yəni insan özünün naqisliyini ifadə edir. Təqsirlə ümrə bitir və insan ehram vəziyyətindən çıxır.

Qurban bayramı ərəfələrində Təməttö Həcci başlayır. Bunun üçün yenə də Məkkədə ehram bağlanılır və təlbiyə deyilir. Yaxşıdır ki, hacılar Qurban bayramından bir neçə gün əvvəl Mina çölünə getsinlər. Qurban bayramından əvvəlki günü, yəni “Ərəfə” günü hacılar Ərəfat yüksəkliyinə gedirlər. Rəvayətlərə əsasən, Ərəfat çölündə Allah Adəmin(ə) tövbəsini qəbul edib. Zöhr azanından axşam azanına qədər Ərəfatda qaldıqdan sonra Müzdəlifə vadisinə doğru hərəkət edirlər. Müzdəlifənin digər adı Məşərdir. Ərəfat da Məşər də inasanın öz yaradlışı barədə təfəkkür etmək üçün ən münasib yerlərdir. Xüsusən onu nəzərə alsaq ki, hər iki məntəqənin adı təfəkkürlə bağlıdır. Ərəfat sözü mərifət sözü, Məşər isə şüur sözü ilə eyni kökdəndir. Müzdəlifədə yalnız qurban bayramının səhəri, sübh azanından gün çıxana qədər qalmaq vacibdir. Bu arada şeytana atılacaq daşlar yığılır. Günəş çıxandan sonra Müzdəlifədən Mina vadisinə tərəf yola düşürlər. Minada “Camarat” adlı bir yerdə üç sütün yerləşir. Onlara kiçik, orta və böyük cəmərə deyilir. Şeytanın bağlandığı sütunların rəmzi olan cəmərələrin hər birinə yeddi daş atıldıqdan sonra qurbangahda qurban kəsilir. Sonda saçların qırxılması ilə (“həlq”) ehram halından çıxmış olurlar. Amma yenə də halal bəzi əməllər(ətir iyləmək və cinsi yaxınlıq) haram sayılır. Həlq etmək istəməyənlər təqsir də edə bilərlər. Ancaq qadınlara həlq haram oduğundan onlar təqsirlə kifayətlənirlər. Qurban bayramından sonra Minada keçirilən daha iki gün ərzində hacılar cəmərələrə daş atmağa gedirlər. Üçüncü gün, şeytana daşatmadan sonra zəvvarlar Məkkəyə dönüb Kəbəni təvaf edirlər. Eynən ümrədəki kimi, təvaf edilir, təvaf namazı qılınır və səy edilir. Bundan sonra ətir iyləməyə icazə verilir. Həcci başa vuran son əməl “Nisa” təvafıdır ki, o da digər təvaflar kimi yerinə yetirilir və “Nisa” təvafının namazı qılınır. Bundan sonra bütün qadağalar aradan götürülür.


Geri dön

ღNəmLi kiprikღ

  • 4 noyabr 2013 20:09
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
Allah razi olsun...

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:26
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Təşəkkürlər.....

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 12:53
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ADA GirL

  • 11 oktyabr 2013 18:05
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razı olsun

pervis

  • 10 oktyabr 2013 21:56
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Banned1

  • 10 oktyabr 2013 14:46
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun cox sagolun

✵Дорогой✵

  • 10 oktyabr 2013 09:33
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun

Banned549678

  • 9 oktyabr 2013 23:27
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun cox sagolun

Elza Hüseynli

  • 9 oktyabr 2013 20:21
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 19:41
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Serhlere gore tesekkurler!

--------------------
1 milyon abune ^_^

✵Дорогой✵

  • 9 oktyabr 2013 18:39
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Həcc iki hissədən ibarətdir: Təməttö ümrəsi(Ümrə) və Təməttö həcci(Həcc). Birinci Təməttö ümrəsi yerinə yetirilir.

ღNəmLi kiprikღ

  • 9 oktyabr 2013 18:33
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler..........

melek_19

  • 9 oktyabr 2013 18:24
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღ★Yağmur★ღ

  • 9 oktyabr 2013 18:07
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

winxclub_bloom

  • 9 oktyabr 2013 17:56
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
melumatin uchun teshekkurler

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 9 oktyabr 2013 17:49
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

Banned1

  • 9 oktyabr 2013 17:46
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}


Allah razi olsun


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}