İtirdiyim qəmzəm

 
İtirdiyim qəmzəm

İllər əvvəl bir qəmzəm vardı sağ yanağımda indi artıq
olmayan. Xoşbəxtlik xəyalinin arxasından qaçarkən; harada nə vaxt salıb itirdiyimi bilmədiyim.
Çoxdandır hiss edirdim yoxluğunu amma özbaşına açar deyə gözləyirdim. Açmadı.
Taparam ümidiylə gəldiyim yollardan geri dönüb axtarmaq istədim. Sevdiklərimi çağırdım köməyə bəlkə mənim görə bilmədiyim yerlərə baxar onlar görər deyərək.

Kimsə gəlmədi. Tutmadı kimsə əlimi.
Onlarla gedərkən saldığım qəmzəmi heç kim axtarmadı mənimlə.

Yenə tək getdim o yollarda. Eynilə doğulduğum gündən bu yana olduğu kimi.

Tək başıma axtararkən itirdiyim qəmzəmi onun yerinə bir ürək tapdım; parça parça edilib tapdalanıb bir kənara atılmış.

Üzərinə qazınmış adlardan tanıdım mənim ürəyim idi.
Böyük idi...
İllərdir içində daşıdığı sevgilər qədər böyümüşdü.
Götürdüm əlimə...
Çox ağır idi.
Baxdım içinə nədir bu qədər ağırlığı edən deyə.

Can qırıqlıqlarıyla dolu idi. Hüzn,acı, xəyal qırıqlığı, inancsızlıq, dəyərsizlik aldadılmışlıq rənglərində.

Ürəyimi təkrar qəfəsinə yerləşdirmək istədim, sığmadı.
Tapdığım yerə qoyub arxama baxmadan qaçıb uzaqlaşmaq istədim.
Buraxa bilmədim...
Ürəksiz yaşamağı gözə ala bilmədim.

İndi...
Əllərimdə kəsiklərindən incə- incə qan sızan cam qırıqları dolu bir ürəklə baxaraq donmiş vəziyyətdəyəm yol ortasına.
Nə o kəsiklərdən axan qanı dayandırmaq üçün qaçan, nə də içindəkiləri boşaldıb mənə qəmzəmi geri verəcək insanlar var.

Həyat bu olsa gərək...
Yaşadıqca sevmək sevdikcə yaralanmaq yaralandıqca qanamaq qanadıqca...
İnanclarını insanlara etibarını həyata coşğunu ümidlərini gülüşlərini qəmzələrini itirmək...

İtirdikcə...
Hər şeyin böyük bir xəyal və yalan olduğunu anlamaq...

Anladıqca...
Bu dünyada tək yalnız olduğun gerçəyini qəbul etmək...


Geri dön

R_O_M_A

  • 22 yanvar 2011 21:17
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
Həyat bu olsa gərək...
Yaşadıqca sevmək sevdikcə yaralanmaq yaralandıqca qanamaq qanadıqca...
İnanclarını insanlara etibarını həyata coşğunu ümidlərini gülüşlərini qəmzələrini itirmək...

--------------------

L_SimuS

  • 20 yanvar 2011 00:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur yaziya gore

nilayka

  • 19 yanvar 2011 13:43
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

CrazyGirl

  • 19 yanvar 2011 12:26
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Bu dünyada tək yalnız olduğun gerçəyini qəbul etmək...

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}