1 Pessimistim hekayəsi

 
1 Pessimistim hekayəsi

Dərsə getmək üçün səhər tezdən evdən çıxmışdım. Bir az yuxusuzluq, bir az daa yorgunluq mənim yenə insanların diqqətini çəkməyimə səbəb olmuşdu.

Bilmirəm bu sizdə də olur mu? Yolla gedəndə, metroda, marşrutda həmişə nədənsə hamı mənə çox qəribə baxır. Bəlkə də HOST yazılı köynəyin icindəki “MƏN” hərkəsdən seçildiyim üçün, axi biz “fərqlilərin birliyiyik”. Nəysə...

Çox vaxt qulaqlıq var, eşitmərəm deyə haqqımda danışılan mənasız şeylər məni artıq bezdirib. “Emo’dur.”, “yox, görmürsən qara geyib, gothic’dir”, “əşşşi, nə gothic, boynundakı kolyeyə bax, hələ şalvara bax, alə, qoyma düşdü ki”, “ə yox e, vapşe bu 100% satanist’dir”...
Satanist? Yox bir Alanist...

Nəysə.Yenə belə başlayan bir günü günorta saat 2də bitirib evə dönmək istədim. Metroda ikən yanımda 2 qaqaş dayanmışdı. “Alə bunun gözlərinə bax, qapqara da geyinib, elə bil dəlidir. Bəlkə bizi də aparsın getdiyi yerə?” . . .aralarındakı bu mənasız dialoqu istəmədən olsa da eşitməli oldum...

Qapılar açılan kimi qaçıb getmək, bu iyrənc məxluqlardan uzaq olmaq istəyirdim.
Məndən qabaqda özünü nazla darta darta aparan 1 qız bu insancıqlardan qurtulmam üçün fürsət idi. Və istədiyim də oldu... Oğlanlar məndən arxada, qız isə qabaqda gedirdi. Artıq çox sıxıcı gəldi bu mənzərə mənə. Çıxış qapısına yaxınlaşanda dayandım ki, bunlar getsinlər və geriyə çevrildim. Gələn oğlanlardan biri “aaa HOST köynəyi geyib e bu” dedi, elə bu an o biri oğlan çox əsəbi halda düz yanımdan ötüb keçəndə əli ilə məni itələyib, “çəkil dəəə, nə yolun ortasında dayanıb yolu kəsmisən, belə gic adamlar hardan gəlib e bura” dedi.

Heç bir şey demədim, deyə bilmədim. Nə baş verdiyini dərk etmirdim. Elə qışqıra qışqıra danışdı ki, hamı çevrilib mənə baxdı. Çox əsəbləşdim.Hətta mənə donuq gözlərlə baxan xalaya “nə baxırsan” deyib qışqırdım və qaçdım...Hara qaçdım, niyə qaçdım heç özüm də bilmirdim. Anladığım tək şey ordan qaçmaq idi. Duyduğum tək səs isə o track idi, HOST Alliance – Maraqsiz mahnı...

ATS’in böyük binası ilə qarşılaşmasaydım hələ də yalnış tərəfə getdiyimin fərqinə varmayacaqdım. Və evə tərəf üz tutdum və təbii ki məhləyə çatanda həmişəki qaçınılmaz o səhnə . . . “aaa rocker gəldi, yenə qara geyinib”. Bir sözlə, məhlələrdə panyatklar bezdirib artiq...

Özümü evə - təkliyə atdım otağıma girib yerimə uzandım və o an bütün bu yazdıqlarım beynimə gəldi. Qalxdım bu yazını yazdım...

Bezdirib artıq bu mənasız cəmiyət. Bəzən gecələr yastığımı isladan yaşlar, təkliyimin ən səssiz çığlıqları, otağımın bulanıq qaranlığı və bir də daim üzəri ancaq qaralama ağ kağızlarla və mürəkkəbi bitmiş qələmlərlə dolu olan yazı masam mənə hər hərşeydən daha xoş gəlir. Artıq biləkdə iz qoyan yaralar, qana keçər deyə həkimlərin qorxub qusdurduğu zəhərlər, valideynlərimin,bacımın hərdən otağıma girib “yenə nə gündəsən sən, bəsdi də bu karamsarlığın” deyib kiçik uşaq kimi məni danlaması, dostlarımın yalan gülüşləri, sevgilimin danışdığı boş xülyalar mənə daha maraqlı gəlmir. Nə üçün var olduğumu dərk etdiyim gün 19 illik həyatımın ilk günü olacaq...


Geri dön

Ulya

  • 25 fevral 2011 18:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkur

host_470

  • 21 fevral 2011 18:31
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
EEEEE KIM NE DEYIR DESIN ZIBIL CEMIYYETIN ZIBIL INSANLARIDIDA BIZ HOSTCUYUQ VE BUNUNLADA FEXR EDIRIK. angry BIZ CEMIYYETIN SINMAZ NOQTESIYIK BIZIM ARZULARIMIZ YOXDU BIZIM HEDEFLERIMIZ VAR

Made_In_Bakinka

  • 2 fevral 2011 02:41
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Sitat: L_SimuS
tewekkur bu boydana eziyyet cekmisen))

he deme deme))

R_O_M_A

  • 22 yanvar 2011 20:58
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
maraqli movzuydu

--------------------

Made_In_Bakinka

  • 22 yanvar 2011 01:26
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
lap utandurduzeeee..... request

Street Love

  • 20 yanvar 2011 18:45
  • Məqalə: 8
  • Şərh: 132
  • Bal:
{awards}
twk cooox beyendim

--------------------
LoVe YoU

L_SimuS

  • 20 yanvar 2011 00:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah komeyin olsun

tewekkur bu boydana eziyyet cekmisen))

JISTEN TIMBERLAND

  • 20 yanvar 2011 00:52
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
yasnoooooooooooo

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

MuslimGirl

  • 19 yanvar 2011 23:49
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox boyuk hevesle oxudum. Bir optimist olaraq, deye bilerem ki, super yazi idi. TEsekkurler

YazYamuru

  • 19 yanvar 2011 13:58
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Bezdirib artıq bu mənasız cəmiyət. Bəzən gecələr yastığımı isladan yaşlar, təkliyimin ən səssiz çığlıqları,

BU SÖZLƏRİ MƏNDƏ DEYİRƏM HƏYATA. belay ÇOOOOOOOOOXXX GÖZƏL İDİ YAZI TŞK HAMISINI OXUDUM!SAĞOL MÜƏLLİF belay

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 91

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}