"Nokia"nın musiqisi niyə susdu?

 
"Nokia"nın musiqisi niyə susdu?


Dünyanın ən böyük mobil telefon istehsalçısı "havayı musiqi"nin effektini görmədi.

"Bloomberg" bildirir ki, Finlyandiyanın "Nokia" korporasiyası limitsiz musiqi servisinə abunə edilmiş mobil telefonların satışını dünyanın 27 ölkəsində dayandırıb.

Analitiklərin dediyinə görə, səbəb servisin gözlənilən populyarlıq səviyyəsinə çata bilməməsidir. Mobil telefon istifadəçiləri “Nokia”nın "Ovi Music Unlimited" servisindən pulsuz yüklədikləri mahnı və trekləri başqa qurğulara köçürə bilmədikləri üçün servisdən ümumiyyətlə, üz döndəriblər.
İlkin olaraq "Comes with Music" olan və sonra adı dəyişərək "Ovi Music Unlimited"ə çevrilən servis ilk dəfə 2008-ci ildə Böyük Britaniyada müştərilərin istifadəsinə verilmişdi.

"Nokia" telefonu alan hər kəsə tam bir il ərzində "Ovi"nin musiqi arxivindən faydalanmaq, istədiyir mahnıya istədiyi qədər qulaq asmaq, ya da telefona yükləmək təklif olunurdu.
"Nokia" korporasiyası servisə xeyli xərc çəksə də, layihə özünü doğrultmayıb.

"Apple iTunes"lə rəqabət aparmaq üçün "Nokia" həmin layihəyə dünyanın ən böyük səsyazma studiyaları olan "Universal Music", EMI, "Warner Music Group" və "Sony BMG"i cəlb etsə də, hər şey uğursuzluqla başa çatıb.


Geri dön

CrazyGirl

  • 19 yanvar 2011 10:07
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
Thanks...........

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 19 yanvar 2011 03:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore
...................................../

Milawka

  • 19 yanvar 2011 01:23
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
hmmmm dosim bu servis bizdede var???maraqli melumatdi men bilen yoxdu

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}