Möminlərin cəsarəti [2]

 
Möminlərin cəsarəti [2]

Həqiqi cəsarət Quranda bildirildiyi kimi Allahın hədlərini qüsursuz şəkildə qoruyaraq, Allahdan başqa heç kimdən qorxmadan və çəkinmədən qərarlılıq göstərmək, heç bir mühitdə Quran əxlaqına uyğun olmayan hərəkətlər etməməkdir. Cəsarət sadəcə Allahdan qorxan, Ona dərindən bağlı olan insanların imanlarından qaynaqlanan təbii haldır.

İnananlar Allaha olan imanları, Allah qorxuları və axirət istəklərindən qaynaqlanan təbii cəsarəti göstərirlər. Hər hərəkətləri çox səmimi və cəsurdur. Allah rizası üçün Allahın əmr etdiyi əxlaqı yaşamaq və digər insanların da bu əxlaqı yaşamalarına şərait yaratmaq üçün cəhd edir, ətraflarında baş verən haqsızlıqlara laqeyd yanaşmır, Qurana uyğun hərəkət edirlər. Pisliklərə qarşı fikri mübarizə aparmağı, doğrunu, gözəli, yaxşını insanlara göstərməyi özlərinə borc bilirlər.

Möminlərin cəsarətinin təməlində Allah sevgisi, Allah qorxusu və Allahın rizasını qazanmağı hədəfləyən səmimi cəhd durur, buna görə də gözəl əxlaqı yaşamaqdakı cəsarətləri müəyyən şərtlərə bağlı deyil. Möminlər hər zaman və hər vəziyyətdə Allaha güvəndən qaynaqlanan cəsarətlərini qoruyurlar.

İnanmayanların göstərdikləri cəsarətdə isə mənəviyyatın yerini sadəcə mənfəət və dünyəvi ehtiraslar tutur, buna görə də Qurandan uzaq yaşayan insanlar cəsarət anlayışını səhv yerlərdə tətbiq edirlər. Cəsarət tələb olunan yerlərdə isə səssiz qalırlar. Bu insanların göstərdikləri cəsarət əsasən lazımsız, mənasız və axirətləri üçün faydasız olur.

Allahdan qorxan insanlar cəsarət tələb edən bir hadisə gördükləri zaman bu hadisəni görməməzlikdən gələrək qaçmağı vicdanlarına sığışdırmazlar. Məsələn, bir nəfər günahsız olduğu halda günahlandırılırsa və o da bu insanın günahsız olduğuna şahiddirsə, öz mənfəətlərinə faydalı olmasa da, özünü riskə atsa da, Allah rizası üçün bu insanı müdafiə edir. Bu həqiqətən çox gözəl cəsarət nümunəsidir. Möminin göstərdiyi bu cəsarətin qaynağı Allah qorxusudur, çünki Allah Quranda belə əmr edir:

… Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!
(Bəqərə surəsi, 283)

Ayədə bildirildiyi kimi, Allah şahidliyi gizlətməyi haram edir. Mömin Allahın əmrlərinə itaət etməkdə zəiflik göstərməkdən və ağır davranmaqdan qorxduğu üçün Allahın bildirdiyi hədləri qorumaqda çox cəsurdur.

Quran əxlaqından uzaq cəmiyyətdə isə vicdanının səsini dinləyib haqqına təcavüz edilən birini müdafiə edənləri “Sən onun vəkilisənmi?”, “Sənə qalıb onun haqqını müdafiə etmək?” kimi sözlərlə alçaldıb, bu gözəl əxlaqdan uzaqlaşdırılmağa çalışırlar. Halbuki etdiyi təqdirəlayiq hərəkətdir. Bu situasiya ilə qarşılaşan insan da din əxlaqından uzaq biridirsə ətrafındakı insanların reaksiyasından təsirlənər, öz mənfəətlərini itirməkdən çəkinər, ancaq bu insan Allaha iman edən, Qurana tabe olan insandırsa Allahın əmr etdiyi əxlaqı tətbiq etməkdə əsla tərəddüd etməz.

Bu insan vicdanının səsinə qulaq asıb ən çətin anda belə haqqı qorumaqda cəsarətli olar. Pisliklə qarşılaşdığı zaman ayədə əmr edildiyi kimi yaxşılıqla qarşılıq vermək üçün çalışar, buna görə də Quran əxlaqını yaşamayan insanlar tərəfindən “saflıqla” mühakimə edilib alçaldılar. Ətrafındakı insanlar onun bu hərəkətini yadırğasa belə, o, gözəl əxlaqlı olmağa üstünlük verər. Quranda qınayanın qınamasından qorxmamaq, cəsur və qərarlı olmaq gözəl əxlaq xüsusiyyəti kimi göstərilir:

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!
(Maidə surəsi, 54)

Gündəlik həyatımızdan bir neçə nümunə göstərərək mövzunu daha da aydınlaşdıra bilərik. Bir nəfər yolda kasıb, köməyə ehtiyacı olan biriylə rastlaşır. Kömək etmək istəyir, lakin yanındakılar “Fikir vermə”, “Sənə qalmayıb ki, kömək etmək”-deyərək kömək etməsinə mane olmağa çalışırlar. O insan burada artıq bir seçim qarşısında qalır.

Bəzi insanlar dostlarının qarşısında alçalmaqdan çəkinərək, onları itirməkdən qorxaraq gözəl əxlaq göstərməkdən üz döndərir və həmin insana kömək etmirlər. Müsəlman isə qınaqlardan çəkinmədən o insana kömək edir, çünki köməyə möhtac olan o insanı Allah yaradıb xüsusi olaraq qarşısına çıxarmışdır. Bu hadisə ilə onun gözəl əxlaqlı olub-olmadığını yoxlayır. İncə düşüncəli mömin bu hadisəni Allahın xüsusilə yaratdığını və özünü imtahan etdiyini dərhal anlayır, Allahın rizasına uyğun olanı seçir. Dostlarının lağ etməsi onu gözəl əxlaqdan çəkindirmir. Doğru bildiyini etməkdə cəsarətli olur.

Gözəl əxlaq göstərməkdə qərarlı olan insanın qarşısına bəzən bu cür insanlar çıxa bilir. Quran ayələrini incələdiyimiz zaman bu cür hadisələrin imtahan üçün yaradıldığını çox açıq görürük. Belə ki, Quranda yaxşıların qarşısında hər zaman pislərin olacağından, bu şəxslərin pisliyi yer üzündə yaymaq istədiklərindən bəhs edilir.

Məqsədləri bu olduğu üçün yaxşılıq edənləri də yollarından döndərmək istəyirlər. Allah bir çox ayə ilə bunu bildirmişdir:

… Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cəzalandıracağıq!
(Ənam surəsi, 157)

Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar; Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər.
(Maun surəsi, 1-7)

Allah Quranda inkar edənlərin yaxşılıqların, xeyirli işlərin qarşısını almaq üçün cəhd edəcəklərinə diqqət çəkir və bunun yaxşılarla pislərin bir-birindən ayrılmasına vəsilə olub inananların xeyrinə nəticələnəcəyini də ayələrdə xəbər verir:

Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!
(Ənfal surəsi, 36-37)

Bəzi insanlar pisliyin təsirində qalaraq pislik edirlər. Başqaları yaxşılıq etmək istədikləri zaman sözləri və hərəkətləri ilə onları incidirlər. Şeytanın təsiri ilə pisliyi gözəl, yaxşılığı çirkin göstərirlər. Zəif iradəli, qorxaq və həssas xarakterli insanlar da ətraflarındakı bu insanların təsirinə düşərək gözəl əxlaq göstərməkdən uzaqlaşırlar. Pis əxlaqlı şəxslərə çox asanlıqla uyğunlaşa bilirlər.

Ətrafındakılarla uyğunlaşmaq və doğru yolda olmayanların rəğbətini qazanmaq üçün doğru bildiklərindən keçərək pis əxlaqı seçən insan özünə böyük zərər verir. İnsanların qınamasından, onların uzaqlaşmasından çəkinərək səhv yolu seçir, pislərlə ayaqlaşaraq əslində özünə zülm edir. Dostlarını itirməmək üçün pis əxlaqa göz yuman və həqiqi dostun sadəcə Allah olduğunu bilməyən bu insanlar, Allahın hüzurunda alçaldıqlarının və axirətlərini itirdiklərinin fərqində deyillər.

Halbuki Allah Özünə tabe olanları və Quranda əmr olunduğu kimi şəfqətli, mərhəmətli, ədalətli, fədakar, təvəkküllü, yaxşılığa dəvət edən, xoş niyyətli, hər şeydə xeyir görən, həlim xasiyyətli olmaqda nə olursa olsun, qərarlı və cəsur davrananları nəinki alçaldıb cəmiyyətdən təcrid edəcək, əksinə, dünyada və axirətdə haqdan üz döndərənlərin hamısına qalib edəcəkdir.

Qurana uyğun olan cəsarət Allahdan başqa heç nədən və heç kimdən qorxmamağı, Allahın rizasına uyğun davranmaqda tərəddüd etməməyi və qərarsızlıq göstərməməyi də tələb edir. İman edənlərin ən vacib xüsusiyyətlərindən biri çətinliklər qarşısında acizlik göstərməmələri, Allahdan başqa heç kimdən və heç nədən qorxmamalarıdır. Bu da onlara hər cür qorxuya qalib gələ biləcək cəsarəti qazandırır. Onlar Allahdan başqa güc olmadığını bilirlər. Quranda möminlərin bu nümunəvi əxlaqına bu cür diqqət çəkilir:

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.
(Əhzab surəsi, 39)

Pislik etməkdən xoşu gələn, pis işlər görməkdə davam edən və başqalarının da özləri kimi olmasını istəyən insanların əmələ gətirdikləri şər qruplaşmalarını dağıtmaq, yer üzündə yaxşılığın hakim olmasına çalışmaq peyğəmbərlər və saleh möminlər qədər cəsur olmağı tələb edir. Bu cəsarət isə səmimi və şirkdən təmizlənmiş imandan qaynaqlanır.

Yaxşılıq edən, insanlara yaxşılığı tövsiyə edən insan ətrafındakı pis kəslərin diqqətini cəlb edəcək. Onu yaxşılıqdan uzaqlaşdırmağa çalışılacaqlar. Bu hal bu günə qədər bəlkə də, minlərlə dəfə təcəlli etmiş, tarix boyu yaşamış hər müsəlman gözəl əxlaqı yaşamaqdan və başqalarına tövsiyə etməkdən uzaqlaşdırılmağa çalışılmışdır.

Məsələn, Quran əxlaqı yaşanmayan cəmiyyətdə namaz qılmağa təzə başlayan insana mane olmağa çalışırlar. “Hələ cavansan, gələcəkdə qılarsan”, “günahın mənim boynuma”-deyərək ibadətdən uzaqlaşdırmaq istəyirlər. Halbuki gündə 5 vaxt fərz olan namaz Allahın əmridir. İnsanları bu ibadətdən uzaqlaşdırmaqdansa tövsiyə etmək lazımdır. Allah insanları bu gözəl ibadətdən uzaqlaşdırmağa çalışanlarla əlaqədar Quranda bu cür buyurur:

Gördünmü o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Bir de görək, əgər o doğru yoldadırsa, Yaxud qorxmağı əmr edirsə. Bir de görək, yalan sayır və üz döndərirsə, Məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - Özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq! Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş!
(Ələq surəsi, 9-19)

Şeytan dünya həyatının həqiqi üzünü görən, Quran əxlaqını yaşayan və axirət üçün çalışan bir nəfərin belə olmasını istəmir. Buna görə də Qurana həssas şəkildə tabe olan insanın üzərinə öz tərəfdarlarını göndərir və onu yolundan çəkindirməyə, qorxutmağa və ona mənfi təsir etməyə çalışır. Şeytan bu fəaliyyətini bilavasitə təlqin və vəsvəsə yolu ilə apardığı kimi, insanların arasında öz təsirinə saldığı və dost etdiyi adamlar vasitəsi ilə də davam etdirir. Allah şeytanın bu üsulunun iman edənlər üçün təsiri olmadığını bu cür bildirir:

Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!
(Ali-İmran surəsi, 175)

Bu ayədən əvvəlki ayələrdə isə Allahdan qorxan insanların dinlərini yaşamalarında cəsur və qərarlı olmalarından, bunun nəticəsində də Allahın verdiyi gözəl qarşılıqdan bu cür bəhs edilir:

O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.
(Ali-İmran surəsi, 173-174)

Cəsur olan, vicdanının səsini dinləyən və doğruları görüb heç kimdən çəkinmədən haqq yolda irəliləyən insan Allahın rəhmətinə, rizasına, nemətinə və cənnətinə qovuşar. Şeytanın fısıltılarına qulaq asan insan isə onun arxasınca cəhənnəmə qədər gedər və daim orada qalar.

İman edən insanın vəzifəsi Allahın əmr etdiyi yaxşılığı, doğru və gözəl olanı insanlara tövsiyə etməkdir. Möminin əsas vəzifəsi budur, ancaq bu da unudulmamalıdır ki, insan bu yolda bir çox çətinliklərlə, daha doğrusu imtahanlarla qarşılaşa bilər. Çünki bu, Allahın Quranda xəbər verdiyi vəddir:

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!
(Bəqərə surəsi, 214)

Cənnətə getməyi ümid edən hər mömin bu ayədə Allahın vəd etdiyi kimi inananların keçmişdə yaşadıqları çətinliklərlə imtahan olunacaq. Bu zaman insan Allaha tabe olacaq, Ona güvənəcək, qərarlı və cəsur olub bütün bunların imtahanın bir hissəsi olduğunu biləcəkdir.
İnsanın bu zaman hər hansı bir bəhanə gətirərək dinindən, gözəl əxlaqından uzaqlaşması isə çox çirkin və səmimiyyətsiz hərəkətdir. Əgər insan səmimidirsə, qorxub çəkinəcəyi heç nə yoxdur. Allah onu qoruyacaq, işlərini asanlaşdıracaqdır. Belə ki, Allah ayələrdə hər çətinliklə yanaşı bir asanlığın olduğunu və insanları qaldıra bilməyəcəkləri yüklə yükləməyəcəyini müjdələyir:

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!
(Şərh surəsi, 5-6)

İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir.
(Əraf surəsi, 42-43)


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:06
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
_ALLAH RaZI oLSuN_

-chanel-

  • 16 oktyabr 2013 14:23
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN_________________

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 12:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər

✵Дорогой✵

  • 13 oktyabr 2013 01:46
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH Razi Olsun

Banned456

  • 12 oktyabr 2013 18:55
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ヅ Tewekkurler ヅ

melek_19

  • 12 oktyabr 2013 14:36
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✵Дорогой✵

  • 12 oktyabr 2013 02:05
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

PSIXOPATKA

  • 11 oktyabr 2013 21:47
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

sky_girl

  • 11 oktyabr 2013 19:24
  • Məqalə: 6
  • Şərh: 995
  • Bal:
{awards}
Teşekkürlerr emeye göre:)

nuray sirinova

  • 11 oktyabr 2013 17:14
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★KaRaMeLKa★

  • 11 oktyabr 2013 16:47
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

۞(S)pea(R)۞

  • 11 oktyabr 2013 16:38
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Tesekkurler

--------------------
1 milyon abune ^_^

✰ ♥..Золушка..♥ ✰

  • 11 oktyabr 2013 16:34
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

winxclub_bloom

  • 11 oktyabr 2013 16:22
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
ALLAH RAZI OLSU

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 11 oktyabr 2013 16:15
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

HUSEYN ASHIQI

  • 11 oktyabr 2013 16:07
  • Məqalə: 84
  • Şərh: 2501
  • Bal:
{awards}
Allah Razi olsun .

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Roya_____

  • 11 oktyabr 2013 16:04
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 11 oktyabr 2013 16:03
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
(^_*)

love%messi

  • 11 oktyabr 2013 16:03
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
Həqiqi cəsarət Quranda bildirildiyi kimi Allahın hədlərini qüsursuz şəkildə qoruyaraq, Allahdan başqa heç kimdən qorxmadan və çəkinmədən qərarlılıq göstərmək, heç bir mühitdə Quran əxlaqına uyğun olmayan hərəkətlər etməməkdir. Cəsarət sadəcə Allahdan qorxan, Ona dərindən bağlı olan insanların imanlarından qaynaqlanan təbii haldır.

İnananlar Allaha olan imanları, Allah qorxuları və axirət

--------------------

Gül Əliyeva

  • 11 oktyabr 2013 16:01
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}

Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 61

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}