Qiyabi tələbə

 
Qiyabi tələbə

Girdi öz otağına...Bu sinif otağında o çox ağır imtahanlar vermişdi.Kəsildiyi imtahan da olmuşdu,müvəffəqiyyət qazandığı da.Amma qiyabi tələbə idi bu həyat dərsində.Tez-tez itirirdi yerini,özü də itirdi arada və həyatında sükut davam edirdi...Və bir müddət sonra yenidən başlıyırdı dərs zamanı.Digər tələbələrdən fərqi isə bu həyat imtahanlarında tək dərs oxumuyan tələbə olması idi.Həyat özü öyrədirdi ona hər şeyi.Ağırlıq qüvvəsi sayəsində öyrənməmişdi o ağır yükləri necə qaldırmaq lazımdı,ya daki Nyutonun cazibə qüvvəsiylə görməmişdi insanları torpaq özünə necə cəlb edir ən sonda və bu kimi sairə dərsləri,tənlikləri həyat özü göstərirdi ona yaşadıqları ilə.İlk vaxtlar keçə bilmirdi imtahanlardan.Tənliklərdəki x-ləri y-ləri aydınlaşdıra bilmirdi.X kimi gizli qalan səhvləri,gizli insanları görə bilmirdi.Lakin təcrübələr ona həyat dərsində çox kömək etmişdi.Artıq tanıyırdı hər bir kəsi,tez tapa bilirdi x-ləri,x-ləri məchullaşdıran y-ləri.

Fərqliydi bu tələbə digərlərindən...Çünki həm müəllim idi özünə həm də müəllimin verdiyi dərsləri oxumaq istəmiyən tələbə.Görürdü bir müəllim kimi səhvlərini,amma hər bir tələbə kimi dəftərini bağlıyırdı “eh sonra düzəldərəm səhvimi hələ gələn dərsə çox var...”Yerində düzəldilmiyən səhvlər və uçuruma aparan yollar.Bu da ilk əvvəllər idi.Sonra dərslərini daha yaxşı hazırlaşırdı,qulaq asırdı diqqətlə müəlliminə.Heç bir səhvini ötürmürdü elə yerindəcə həll edirdi.Necə asan görünürdü artıq həyat tənlikləri riyaziyyatdan həmişə 2 alan bu tələbəyə.Həmişə 5 alırdı artıq.Çünki öz həyatını öyrənirdi indi uzun-uzun,diqqətlə,hər bir sətiri əzbərliyərək.Amma ədəbiyyat dərsləri bir vaxt bu tələbəyə elə maraqsız,uzun və can sıxıcı gəlirdiki.Çünki istəmirdi süni gözəllikləri təsvir edən şairlərin şerini əzbərləmək,istəmirdi reallıqdan uzaq olan sonu həmişə gözəl bitən yalançı nağılları,istəmirdi rüşvətxor müəllimlərə dərs danışmağı və sonda da ona hər bir qiymətin öz qiyməti olduğunu demələrini o istəmirdi.


Bu qaranlıq dörd divarı çox dərslərinin şahidi olmuşdu...Arxadan bağlanan qapısı öz tək tələbəsini görməkdən heç sıxılmırdı.Gecələrlə yatmıyıb səhvləri üzərində çalışmasını görmək sevindirirdi onun dərs otağını.O isə daha çox çalışırdı...Sonuncu imtahanına az qalmışdı.Bu dəfə bacarmalıydı,çox kəsilmişdi bu imtahannan.Sevgi teoreminin həlli isə mümkünsüz idi sanki onun üçün.Tapmırdı nəticəsini,tapmırdı bu teoremdəki ürəyini yaralayan X-in gedişinin səbəbini.Bəlkə səhv onda idi.Bəlkə səhv qurmuşdu bu qrafiki.Bəlkə yenilik etməliydi…Ordinat oxunu x-i kəsən bir ox kimi yox onunla paralel irəliləyən bir xətt kimi çəkməliydiki bu yol heç kəsişməsin və daha sonra yollar ayrılmasın.Müəllimi sonuncu dərsini keçdi bu gün tələbəsinə və teoremin cavabını tapdılar birlikdə.Səhv çəkilən xətlər və səhv tapılan X oxu idi əslində onun bütün həyat qrafikini pozan və tək düzgün cavab isə x oxunu dəyişib y oxuna uyğun,onun sevgisinə layiq,yolları kəsişib ayrılsa da illər boyu onu gözlüyəcək x oxunu tapmaq oldu.Və bu da son imtahan...O bunu bacardı.Kəsib atdı öz gözəlçəsini həyatından bir dəfəlik və həyat dərsinnən məzun olan ilk tələbə...Yeni həyat dərsini yeni sevgilisi ilə başlayacaqdı illərin qocaman müəllimi...


Geri dön

Ulya

  • 25 fevral 2011 18:27
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkur edirem

Made_In_Bakinka

  • 2 fevral 2011 02:38
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Sitat: L_SimuS
qiyabilere ewq olsun))

wink mencede

R_O_M_A

  • 22 yanvar 2011 21:24
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
GOZEL SOZLERDIR TEW

--------------------

neners

  • 20 yanvar 2011 20:48
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Bu həftə sonu heç yerə getməməyi düşündüm.

Özüm-özümə çay qonaqlığı verirdim.Bir az soyuq idi ev,amma içdiyim çay azda olsa isitmişdi içimi.

Önümdə dəftər,kitab vardı,həvəs də yox idi onları vərəqləyib nəsə oxumağa.

Qələmi götürdüm, qarşımdakı boş vərəqə imza çəkməyə başladım.Sonra düşündüm nəsə çəkim.

Sizə demişdim axı mən ən son anamın şəklini çəkmişəm,ondan sonra heç nə çəkməmişəm.



Əlimə qələmi aldım.Bir ğöz şəkli çəkdim.

Əvvəl böyük çəkdim,çox böyük…baxanda bütün dünyanı görə biləcək,axtardığı hər yerdə məni görə biləcək bir göz çəkdim.

Baxdım,sonra sildim.

Balaca göz çəkdim…sadəcə məni görə bilən bir göz, məndən başqa kimsəni görməyən bir göz çəkdim.

Tək gözü bəyənmədim, yanına bir göz də çəkdim, iki göz oldu.

Bir göz gözəlliyi, bir göz çirkinliyi görə bilsin deyə çəkdim.

Bir göz yaxşını, bir göz pisi görə bilsin deyə çəkdim.







Əvvəl gözləri mənə baxan formada çəkdim,sonra utandım....

Mahsum baxışlı o gözlərə baxmağa utandım... mən o gözlər qədər təmiz deyildim,

o gözlər ilk məni görürdü.Mənsə nələr görmüşəm daha öncə…

Sildim gözləri yana baxar formada çəkdim.Gözəl alınmışdı.

Sanki şəkildən nur yagırdı,gözlər sanki canlı idi.Sanki izləyirdi məni.

Yox, yoxx mən bunu qəbul etmədim.

Tez əzdim vərəqi atdım yerə.






Başqa bir kağız götürdüm.Bir burun çəkdim.

Nəfəsi ilə məni içinə çəkə bilən bir burun,körpənin burnu kimi şirin idi.

Bir an burunun da canlandığını gördüm, sanki mən alan havanı çəkirdi içinə.

Yox, yoox mən bunu edə bilmədim.

Tez o vərəqi də əzdim atdım bir yerə.






Sonra yeni bir vərəq götürdüm.Bir qulaq çəkdim.

Böyük çəkdim,hətta ürəyimin tuppultusunu da eşidə biləcək bir qulaq.

Sonra sildim, kiçik qulaq elədim,sadəcə məni duya bilsin yetər…səni sevirəm kəliməsini eşidə biləcək bir qulaq.

Amma sonra tək olmasın, tək olarsa sadəcə sevgimi eşidər,axı mənim yalanlarım da var.Onları da eşitsin deyə iki qulaq çəkdim.

Sanki qulaq da canlandı…sanki kimsə məni dinləyirdi.Sanki içimi oxuyurdu minim.

Yox, yoox bu da olmaz dedim.

Onu da əzdim atdım yerə.







Sonra başqa vərəq götürdüm.Bir dodaq çəkdim

Əvvəl böyük çəkdim,bütün dünyaya məni sevdiyini deməsi üçün.

Sonra sildim, kiçik çəkdim,sadəcə mənə səninəm deməsi üçün.Dodaqlar o qədər incə və safdır ki, yalan belə danışsa sözlərindən nur çıxardı.

Amma bu da canlandı,qorxdum birdən mənə nəsə deyər deyə.

Çəkindim,onu da tez əzdim atdım yerə.







Sonra yeni vərəq götürdüm.Uzun saçlar çəkdim.

İpək kimi parlaq saçlar,hər telində bir həyat yazılan saçlar.

Amma otaqdakı hava sanki saçların kiçik tellərini tərpədirdi, tez onu da əzdim atdım yerə.

Artıq nə çəkəcəkdim ki?!

Yerə atdığım kağızlara baxırdım,sanki bir səs gəlirdi:-“birləşdir bizi,bir araya gətir!”

Götürdüm vərəqləri.Tək-tək açdım stolun üstünə qoymuşdum…








İnanmayacaqsınız,amma mən onu çəkmişdim!

Ayrı-ayrılıqda mən onu yaratmışdım.Sadəcə bir araya gətirmək lazım idi.

Bacarmadim.











Mən o kağızları yandırdım.

Sonra yenidən masama oturub yeni götürdüyüm vərəqə ən son bu sözü yaza bildim:

“Səni kimsə görməsin deyə, səni məndən başqa kimsə sevməsin deyə səni sadəcə qəlbimə çəkdim!”

Şəkli çəkə bilmədim,amma bu yazını bir şəkil kimi çərçivəyə salıb evdən asdım.











L_SimuS

  • 20 yanvar 2011 01:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur

qiyabilere ewq olsun))

JISTEN TIMBERLAND

  • 20 yanvar 2011 00:40
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
TWK MUELLIF



_________________________________________________________________________
_MANGA_ BENI BENIMLE BIRAK laughing ROCK

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

YazYamuru

  • 19 yanvar 2011 22:07
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
belay belay TŞK MÜƏLLİFF

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}