Şuəra surəsi 4-cü ayə və İmam Məhdi (ə)

 
Şuəra surəsi 4-cü ayə və İmam Məhdi (ə)



Bismillahir rəhmanir rəhim



Əhli-Beyt (ə)-ın hədislərinə əsasən, Qurani-Kərimdə İmam Məhdiyə (ə.f) işarə edən ayəti-kərimələrdən biri də Şüəra surəsinin 4-cü ayəsidir: “Əgər istəsək göydən onlara elə bir nişanə (ayət) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər”.

Hənzələdən nəql edilir ki, deyir: (Sadiq) Əba Əbdillah (ə)-ın belə buyurduğunu eşitdim: Qaim əleyhis-səlamın qiyamından öncə beş (qəti) əlamət var; güclü səs, Süfyani, yerə batma, Nəfsi-Zəkiyyənin qətli və Yəmani. Dedim: Sənə fəda olum, əgər bu əlamətlərdən öncə sənin Əhli-beytindən bir kəs qiyam edərsə, ona qoşulub biz də qiyam edəkmi? Dedi: Yox.

Hənzələ deyir: Sabahı gün (həzrət (ə) üçün) bu ayəni oxudum: “Əgər istəsək göydən onlara elə bir nişanə (ayət) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər” və ona dedim: (Ayədə buyurulan “nişanə”) həmin güclü səsdir? Dedi: (Bəli). Bil ki, o (səs) baş verincə izzət və cəlal sahibi olan Allahın düşmənləri məcburən boyun əyəcəklər. (Rəvzə, 310)

Əli ibn İbrahim atasından, o İbn Əbi Umeyrdən, o Hişamdan, o da Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət buyurdu: O (“nişanə”) onların (Bəni Üməyyənin) boyunlarını əyəcək. O səmadan olan güclü bir səsdir ki, onda bu işin Sahibinin -əleyhis-səlam- adı çəkiləcək. (Təfsir, Qummi, c.2, s.118)

Şeyx Nomani “Ğeybət” kitabında Füzeyl ibn Muhəmməddən nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: Bilin ki, Qaim əleyhis-səlamın adını çəkəcək (səmavi) nida Allahın kitabında açıq-aşkar bəyan edilmişdir. Dedim: Allah sənə kömək olsun, o nida barəsində məlumat (Quranın) harasındadır? Buyurdu: “Ta-sin-mim. Bunlar açıq-aşkar kitabın ayətləridirlər”-(surəsin)dəki (yəni, Şüəra surəsindəki) bu ayədə: “Əgər istəsək göydən onlara elə bir nişanə (ayət) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər”. Sonra dedi: Onlar bu səsi eşidincə sanki yerlərində donub qalacaqlar. (Ğeybə, Şeyx Tusi, 139)

Şeyx Nomani Abdullah ibn Sinandan nəql edir ki, deyir: Əba Əbdillahın (ə) hüzurunda oturmuşdum, bu zaman bir Həmədanlı kişinin belə dediyini eşitdim: Bu ammə camaatı (müxaliflər) bizə lağ edib deyirlər ki, siz iddia edirsiniz ki, bir carçı səmadan nida edib bu işin Sahibinin adını çəkəcək. Bu zaman Həzrət (ə) söykənmiş vəziyyətdə idi. Lakin (bu sözü eşidincə) qəzəblənərək (özünü düzəldib) oturdu və dedi: Onu (təkcə) məndən nəql etməyin, atamdan nəql edin. Bunu edə bilərsiniz. Şəhadət verirəm ki, atamın belə dediyini eşitmişəm: Bu səmavi səs izzət və cəlal sahibi olan Allahın kitabında bəyan edilmişdir. Belə ki, deyir: “Əgər istəsək göydən onlara elə bir nişanə (ayət) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər”. O zaman yer üzündə elə bir kəs qalmayacaq ki, (o səs qarşısında) boyun əyib xaşe olmasın. O zaman yer əhli səmadan belə bir səs eşidincə: “Bilin ki, haqq Əli ibni Əbi Talib və şiələri ilədir” (bu işin doğruluğuna) inanacaqlar.

Səhəri gün İblis havaya qalxaraq yer (əhlini) aldatmağa çalışacaq və nida edərək deyəcək: “Bilin, haqq filankəslədir[1], o məzlum olaraq qətlə yetirilmişdir, elə isə onun qanını tələb edin!”. (Sonra) həzrət (ə) buyurdu: Allah sabit sözə iman gətirənləri haqq üzərində sabitqədəm edəcək, o sabit söz isə birinci nidadır. O gün qəlblərində xəstəlik olanlar isə şübhəyə düşəcəklər. “Xəstəlik” isə, and olsun Allaha ki, bizə qarşı düşmənçilikdir. Həmin vaxt qəlblərində xəstəlik olanlar bizdən uzaqlaşacaq və bizə qarşı dil uzadacaqlar. Deyəcəklər ki, birinci nida edən şəxs(in nidası) bu Əhli-beytin sehrlərindən olan bir sehrdir! Daha sonra Əba Əbdillah (ə) Allahu-təalanın bu sözünü tilavət etdi: “Onlar hansısa bir nişanə (ayə) gördülərsə, üz çevirib “davam edən bir sehrdir” dedilər”. (Ğeybə, Şeyx Tusi, 137)

Şeyx Numani Davud Dəccacidən nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: Əmirəl-möminin əleyhis-səlamdan bu ayə barədə sual soruşdular: “Dəstələr bir-birnin arasında ixtilaf etdilər”. Buyurdu: Üç şey baş verincə fərəci gözləyin. Dedilər: Nədir (onlar) ?. Buyurdu: Şam camaatının öz aralarında ixtilaf etməsi, Xorasandan qara bayraqlıların (çıxması) və Ramazan ayındakı qorxulu səs. Dedilər: Ramazan ayındakı qorxulu səs nədir? Dedi: İzzət və cəlal sahibi Allahın bu sözünü eşitməmisiniz: “Əgər istəsək göydən onlara elə bir nişanə (ayət) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər”? O elə bir (səsdir ki,) qızları öz (gizləndikləri) pərdələr arxasından çıxardar, yatmışları oyadar, ayıq olanları qorxuya salar. (Ğeybə, Şeyx Tusi, 139)



Geri dön

HUSEYN ASHIQI

  • 27 oktyabr 2013 16:31
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
Şərhləriniz üçün çox sağ olun .

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:09
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
{awards}
Təşəkkürlər

-chanel-

  • 16 oktyabr 2013 14:27
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN_________________

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 12:39
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Banned549678

  • 12 oktyabr 2013 19:39
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ヅ Tewekkurler ヅ

melek_19

  • 12 oktyabr 2013 17:42
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 12 oktyabr 2013 11:58
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Bismillahir rəhmanir rəhim

--------------------
(^_*)

✵Дорогой✵

  • 12 oktyabr 2013 02:22
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAh Razi Olsun Bacim Cxo sagol

PSIXOPATKA

  • 11 oktyabr 2013 20:55
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

nuray sirinova

  • 11 oktyabr 2013 17:22
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 11 oktyabr 2013 16:20
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Banned1

  • 11 oktyabr 2013 16:14
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}

Allah razı olsun

Roya_____

  • 11 oktyabr 2013 15:17
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bacıwkom

winxclub_bloom

  • 11 oktyabr 2013 14:40
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi xeber uchun chox sagol

--------------------

ღ★Yağmur★ღ

  • 11 oktyabr 2013 14:14
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ღNəmLi kiprikღ

  • 11 oktyabr 2013 13:59
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun....

۞(S)pea(R)۞

  • 11 oktyabr 2013 13:52
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler

--------------------
1 milyon abune ^_^

ShคмKiʀKค

  • 11 oktyabr 2013 13:48
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
tewekkurler)))))

ღ★Yağmur★ღ

  • 11 oktyabr 2013 13:46
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
İlk şərh məndən

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}