Səni Nə Çox sevdim

 
Səni Nə Çox sevdim

Səni nə çox sevdim...Suya həsrət qalan səhralar qədər...Dənizi sevən balıqlar qədər...Anasını sevən körpələr qədər...Bunlar bir-birindən ayrılmaz sevirlər bir-birini.Məndə səni belə sevdim...Möhtac qaldım sənə...Hər şeydən məhrum olan insanlar kimi hər şeyim bilib tək səni arzuladım..Heç nə istəmədim heç vaxt...sənnən başqa...Axı sən mənim üçün elə hər şey idin.Qorxdum başqa şeylər arzulamağa...Qorxdumki arzuların çox böyükdü deyib səni mənnən alarlar...Arzularım sən oldun...Təkcə sən...Nəfəs alanda sən hiss eləmək istədim...Nəfəsimə çevrildin.Yaşamaq səbəbim oldun...İnsanlar yaşamaq üçün nəfəs alırlar.Səni hiss etmədiyim gün öləcəyim gün olacaq...


Qorxularımnan əl çəkdim...Səni itirmək qorxusu o qədər böyük idiki başqa qorxularım qalmadı...Xəyallarımı bəzədin...Tək xəyalım oldun.Xəyallar gerçəkləşmir dedilər amma mən yenə xəyal etdim...Yuxularım oldun.Mənsə həyatdan uzaqlaşdım...Sadəcə yatdımki yuxuma gələsən...Yuxular da gerçəkləşmir dedilər...Bu dəfə daha çox yuxular arzuladım.Səni görə biləcəyim tək yer ora idi çünki...

İşıqdan əl çəkdim...Qaranlığı daha çox sevdim...Çünki sən mənim qaranlığımı işıqlandıran tək xəyalım idin.Kor insanlar işığa nə qədər möhtacdırsa, mən də sənə belə həsrət qaldım...

Səni nə çox sevdim...Sevdimki sevgini hiss edim...Sevmədim sən də sevəsən...Sevmədim insanlar sevgimi görsün.Sevdimki mən onlara sevgimi göstərim...Sevdimki gülsünlər mənə,dəli desinlər...Sən isə biləsən mən səni dəli kim sevdim...


İnsanlardan uzaqlaşdım...Səni mənnən almasınlar deyə...İkimiz olaq bu böyük dünyada.Amma sığmadı sevgim bu dünyaya...Ya da sən sığdırmaq istəmədin.Qorxdun...

Sevgimi sözlərlə təsvir etməkdən əl çəkdim...Çünki ifadə edəcək sözlər tapmadım...O qədər böyük idi,o qədər gözəl idi,o qədər misilsiz idi.Hər kəs gördü...Hər kəs arzuladı bu sevgini...Sən isə görə bilmədin,başa düşə bilmədin...

Arzularımdan keçdim...Qorxularımdan keçdim...Xəyallarımdan keçdim...İşığımdan keçdim...

Nəfəsim oldun...Həyatım oldun...Sevgim oldun...Hər şeyim oldun...

Əslində isə bunlar heç biri sən deyildin...Sadəcə mən səni o qədər çox sevmişdimki səni bu qədər yüksəkliklərə layiq görmüşdüm...Yaşamağın mümkün olmadığı bir yerdə səninçün ölməyi də yaşamağı da gözə almışdım...Sən isə sadəcə elə sən idin...


Geri dön

MELEY

  • 22 aprel 2011 16:04
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
MENCE ELADI TWK

MENCE ELADI TWK.....

SUPERDI TWK love

Ulya

  • 25 fevral 2011 18:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
love

R_O_M_A

  • 22 yanvar 2011 21:28
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
GOZEL SOZLERDIR TEW

--------------------

Made_In_Bakinka

  • 22 yanvar 2011 01:22
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
L_SimuS,
deymez Simus deymez

L_SimuS

  • 20 yanvar 2011 01:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur bakinka tewekkur

YazYamuru

  • 19 yanvar 2011 22:12
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Nəfəsim oldun...Həyatım oldun...Sevgim oldun...Hər şeyim oldun...

HƏLƏ OLMAYIB AMA AZ QALIB OLACAQ feel

--------------------



nilayka

  • 19 yanvar 2011 20:44
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
superdi twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 29
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}