Dua etmək üçün harasa getməyə lüzum yoxdur

 
Dua etmək üçün harasa getməyə lüzum yoxdur


Qarşıdan Qurban bayramı gəlir. Məlumdur ki, Ramazan və Qurban bayramlarında qəbir ziyarətinə gedirik. Bu ziyarət dinimizdə təqdir edilir, yəni xoş əməl sayılır, amma gərək xətaya yol verməyəsən, yəni ziyarətinə getdiyin məzarda yatandan mədəd ummayasan, Allahdan (c.c.) ona mərhəmət diləyəsən. Quranın qəlbi sayılan Fatihə surasində açıq-aydın bildirilir ki, özünü müsəlman hesab edən hər kəs ancaq Allaha itaət və ibadət edəcək, yardımı da ancaq Allahdan diləyəcək.

Peyğəmbərimiz məzardakılara salam verib və belə səslənib ki, bu gün siz buradasınız və zamanı gələndə bizlər də sizə qovuşacağıq. Demək, məzardakı ölüyə salam vermək var. Məzardakı üçün dua etmək, Allaha yalvararaq ona və ya onlara mərhəmət diləmək çox mühüm məsələdir. Peyğəmbərimiz buyurur ki, məzardakının halı dənizdə boğılanın halına bənzəyir, dənizdə boğulan öz xilaskarını necə gözləyirsə, məzardakı da öz doğmalarından gələcək duanı ondan daha böyük həsrətlə, daha böyük intizarla gözləyir.

Dua - qulun Allaha yalvarmasıdır, Ondan dilək diləməsidir. İşdə, oturduğunuz yerdə, avtobusda yol gedərkən içinizdən gələn səmimiyyətlə yalvarın: “Allahım, Sənə yalvarıram, bildiyim, bilmədiyim O Gözəl Adlarını çağıraraq yalvarıram: “Mənim atama, anama rəhmət elə, onun günahlarını bağışla, onu cəhənnəm əzabından qoru, cənnətinə sakin elə!”

Dua edərkən Peyğəmbərimizə salavat gətirərək duaya başlamaq və ya “Rəsulullahın üzü hörmətinə” deyərək istəmək duanıza bərəkət qatar.

Qəbir üstünə yemək və ya şirniyyat qoymaq, bir şey bağlamaq, şam yandırmaq düzgün deyil. Qəbrin ətrafını təmizləmək, səliqəyə salmaq yaxşıdır, amma qəbir üstündə bitən otları yolmasanız, daha yaxşıdır, çünki Peyğəmbərimizin bildirdiyinə görə, qəbir üzərindəki otlar ölünün əzabının azalmasına səbəb olur. Qəbir üzərində həmişəyaşıl, yarpaqları tökülməyən ağaclar əkmək məsləhət görülür. Qurumuş otlar, kol-kos təmizlənməlidir.

Qəbir üstündə oturmaq, qəbrə doğru namaz qılmaq, qəbir üzərində qurban kəsmək, ölüdən mədəd ummaq dinimizə görə yasaqdır. Məzardakından mədəd ummaq, “yəni ey bu qəbirdə yatan filankəs, mənim bu işimi düzəlt, mənə yardım elə!”- deyə dua eləmək isə çox ağır günahdır, çünki Allaha şərik qoşmaq sayılır.

Unutmayın ki, ölmüşlər həyatda olan yaxınlarından dua gözləyirlər. Onların bu duanı necə şiddətlə istədiyi bu dünyada bilmək çox çətindir və onu Allahdan aşağı ölülərdən savayı kimsə bilməz. Ona görə də ölmüşlərinizin ardınca dua etməkdən çəkinməyin, həmişə dua edin, bir Fatihə oxuyun və hasil olan savabı, başda Peyğəmbərimiz Həzrəti Məhəmməd olmaqla, mərhumlarınızın ruhuna bağışlayın. Rəsulullahın bildirdiyinə görə, bir duadan ölüyə dağlardan böyük savab verilir. Əmin olun ki, sizin dualarınız mərhumlarınızı çox-çox məmnun edir.

Bir məsələni də diqqətinizə çatdırmağı borc bilirik. Qəbiristanda yurd salmış, pul qazanmaq məqsədi ilə orada gün keçirən, pul almamış dua oxumayan, özünü din xadimi kimi təqdim edən adamlara heç yaxınlaşmasanız, daha yaxşıdır. Doğrudur, niyyətləri Allahdan savayı kimsə bilməz, amma sən görürsən ki, o adam orada Allah kəlamı satmaqla məşğuldur. Allah kəlamını alış-verişə çevirmək isə günahdır. Ona görə də onunla iş görməkdən bir fayda gözləməyin, özünüz bildiyiniz kimi, ürəyinizdən necə gəlirsə, ən səmimi halınızla bir Fatihə oxuyub bağışlayın və əmin olun ki, bu sizin üçün də, məzardakı üçün də daha xeyirlidir.

Ölülərinizi ziyarət edin, amma ziyarət edərkən onu da düşünün ki, o qara torpağın altına girmək sizin üçün də var. Bu düşüncə ilə bir müddət baş-başa qalın və əmin olun ki, bu da sizə bir başqa xeyir qapısı açacaq. Ona da əmin olun ki, diriykən oxuduğunuz duanın bərəkətini, faydasını ölüykən mütləq görəcəksiniz. Vəssalam!


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:08
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
ALLAH RaZI oLSuN....

--------------------

-chanel-

  • 16 oktyabr 2013 14:24
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN_________________

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 12:37
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 13 oktyabr 2013 13:15
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah
Razi
Olsun

--------------------
(^_*)

Banned549678

  • 12 oktyabr 2013 19:08
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ヅ Tewekkurler ヅ

melek_19

  • 12 oktyabr 2013 17:25
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✵Дорогой✵

  • 12 oktyabr 2013 02:16
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

PSIXOPATKA

  • 11 oktyabr 2013 21:27
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZIOLSUN

--------------------

nuray sirinova

  • 11 oktyabr 2013 17:19
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 11 oktyabr 2013 15:58
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ürəim

--------------------

Banned1

  • 11 oktyabr 2013 15:55
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
shokkkimmmmm Allah razi olsun :)


winxclub_bloom

  • 11 oktyabr 2013 14:31
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
melumat uchun chox sagol

--------------------

ღ★Yağmur★ღ

  • 11 oktyabr 2013 14:23
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Roya_____

  • 11 oktyabr 2013 14:15
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun şekerparem:*

۞(S)pea(R)۞

  • 11 oktyabr 2013 13:58
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler

--------------------
1 milyon abune ^_^

ღNəmLi kiprikღ

  • 11 oktyabr 2013 13:48
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler meqaleye gore.....Allah razi olsun.......

۞(S)pea(R)۞

  • 11 oktyabr 2013 13:47
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler

--------------------
1 milyon abune ^_^

ღ★Yağmur★ღ

  • 11 oktyabr 2013 13:45
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
İlk şərh məndən mələyim

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}