Daxiliniz gözəl olsun, təsəllidir, yoxsa?

 
Daxiliniz gözəl olsun, təsəllidir, yoxsa?

İnsanların ünsiyyəti zamanı adətən, xarakteroloji xüsusiyyətlərdən çox xarici görünüş ilk təsəvvürü formalaşdırır. Bu səbəbdən də insanlar xarici görünüşünə daha çox diqqət verirlər. Xarici görünüşdə yaranan və ya anadangəlmə qüsurlar insana əzab verir.

Psixoloq Gülnaz Dadaşovanın sözlərinə görə, insanın öz xarici görünüşünə marağı hələ erkən yaşlardan yaranır: "Lakin bioloji aktivlik dövründə, təxminən 12-13 yaşlarında yeniyetmələr öz xarici görünüşlərinə xüsusi diqqət göstərir və bu barədə söhbətlərə son dərəcədə həssas olurlar. Artıq çəki, uzun burun, eybəcər dişlər kimi xarici görünüşdəki qüsurlara aid atmacalar yeniyetmələri çox kədərləndirir. Üzdə qüsurlar, yanıq, travma yeri, anadangəlmə eybəcərliklər olduqda bu cür söhbətlər, xüsusilə pis qarşılanır. Belə uşaqlar, hətta böyüklər də öz çirkinliyini dərk edərək ünsiyyətlərini məhdudlaşdırır və ya insanlardan çəkinirlər. Onlarda adətən, sayrışan-fiksə olunmuş fikirlər meydana çıxır".

Ətrafların itirilməsi, onların eybəcərləşməsi, topallıq kimi qüsurlar çox ağır qəbul edilir. Qolunu və ya ayağını itirmiş şəxs ona hamının baxmasından, halına acımasından mənəvi əzab çəkir. Psixoloq bildirib ki, insanın bu qüsurla barışması, həyata uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Qüsur sevimli sənətin itirilməsi ilə nəticələnirsə, iztirablar daha dözülməz olur. Məsələn, aktyorun qolunu itirməsi, idmançının onurğa sütunun zədələnməsi və s. Belə olan halda onlar vəziyyətin çıxılmazlığını dərk edir və bütün ömürlərini həsr etdikləri peşə ilə məşğul ola bilməyəcəklərini anlayırlar.

Onun dediyinə görə, üzün zədələnməsi və eybəcərliklər daha ağır qəbul edilir və özünə qarşı nifrət, qüsurluluq hissi yaradır. Əhvalın pozulması, xasiyyətin patoloji dəyişməsi nəzərə çarpır. Belə şəxslər kinli, paxıl və əsəbi olurlar. Bu hallarda psixoterapevtik müalicə aparan və itirilmiş ümidləri qaytarmaq əzmində olan psixoloqun köməyinə ehtiyac yaranır. Bir sıra hallarada, hətta cərrahın köməyi tələb olunur. Üzün plastik cərrahlığının isə öz psixoloji problemləri var. Belə ki, cərrah ağır zədələnmə, yanıq və ya anadangəlmə eybəcərliyi aradan qaldırmaq üçün cərrahiyyə əməliyyatına əl atır. Müasir kosmetoloji cərrahiyyənin nailiyyətləri nəinki eybəcərlikləri, hətta müxtəlif çatışmazlıqları da aradan götürməyə imkan verir. Əməliyyata qədərki dövrdə xəstələrdə təşviş, qorxu, qəmkinlik hissi, əməliyyatın uğuruna və cərrahın peşəkarlığına şübhə yaranır. Əməliyyatın uğursuz alınması isə xəstəni daha da depressiyaya salır.

G.Dadaşova bildirib ki, dəri-zöhrəvi xəstəlikləri olan şəxslərin psixologiyasında da problemlər yaranır. Belə ki, bədənin açıq hissələrində - əllərdə, ayaqlarda, üzdə dərinin zədələnməsi daha çox mənəvi iztirablara səbəb olur. Dəri xəstəlikləri bəzən peşə fəaliyyətinə mane ola bilər. Belə ki, həkimlər, müəllimlər, xidmət sahəsində çalışanlar, yeyinti sənayesinin işçiləri, artistlər, modellər bundan əziyyət çəkə bilərlər. Neyrodermitlər, psoriaz, ekzema, psixosomatik xəstəliklərə xas olan problemlər yaranır. Pasiyent yaranmış xəstəliyə qarşı emosional reaksiya verir, bu isə öz növbəsində xəstəliyi gücləndirir. Xəstələr xəcalət çəkir, özünə qapanır, inamsız, qətiyyətsiz olurlar. Xəstələrə elə gəlir ki, ətrafdakılar onlardan iyrənir. Bu, bəzən depressiya və isteriya təzahürlərinin inkişafına səbəb olur. Xəstələr həvəslə müalicəni qəbul edirlər. Lakin dərhal müsbət nəticəni əldə etmədikdə psixi vəziyyətləri getdikcə pisləşir. Xəstələrin müalicəsində psixoterapevtik təsir və qaşınmanı zəiflədən, yuxunu yaxşılaşdıran sedativ preparatlar əsas rol oynayır.

Psixoloqun dediyinə görə, əslində xarici görünüşün heç bir əhəmiyyəti yoxdur: "Əsas insanın daxilində gizlənən gözəllikdir. İnsan çalışmalıdır ki, birinci növbədə özündə olan daxili gözəlliyi qiymətləndirsin. Öz mənəvi keyfiyyətlərinə dəyər verməlidir. Sonra isə başqalarının daxili gözəlliyinə dəyər verməli, heç kimi xarici görünüşünə görə qiymətləndirməməlidir. Unutmamalıdır ki, onun kimi insanın mənəvi zənginliyinə dəyər verən insanlar var və o, tək deyil. O, bəlkə də, bu vəziyyətə düşməsəydi, həqiqi dəyərləri anlamayacaqdı. Onun bu halı isə həm özünün, həm də yaxınlarının daxili aləminə nəzər salmağa imkan verir. Belə pasiyentlər bir şeyi də nəzərə almalıdırlar ki, gözəllik müvəqqətidir. Onlar uzunmüddətli gözəlliyə və təravətə heç vaxt sahib ola bilməyəcəklər. Gözəllik keçib gedəcək, onların müsbət xüsusiyyətləri isə həmişə qalacaq. Bunu dərk etdikdə pasiyentlərin xarici görünüşlə bağlı qüsurları da unudulacaq. Bu qüsurların verdiyi əzab da".


Geri dön

Roya_____

  • 2 noyabr 2013 12:25
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
tewekkurler

Samir_Wuvalan

  • 29 oktyabr 2013 14:26
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər..

--------------------

ღ★Yağmur★ღ

  • 28 oktyabr 2013 17:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

canim canim

  • 13 oktyabr 2013 13:43
  • Məqalə: 5
  • Şərh: 721
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkk laughing

--------------------
http://s020.radikal.ru/i700/1412/59/353ab89d880e.gif

✵Дорогой✵

  • 13 oktyabr 2013 01:48
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Banned456

  • 12 oktyabr 2013 19:00
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ヅ Tewekkurler ヅ

melek_19

  • 12 oktyabr 2013 14:27
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
meqale ucun tewekkur

--------------------

✵Дорогой✵

  • 12 oktyabr 2013 02:07
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

ღ★Yağmur★ღ

  • 11 oktyabr 2013 23:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

PSIXOPATKA

  • 11 oktyabr 2013 21:59
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
"Əsas insanın daxilində gizlənən gözəllikdir. İnsan çalışmalıdır ki, birinci növbədə özündə olan daxili gözəlliyi qiymətləndirsin. Öz mənəvi keyfiyyətlərinə dəyər verməlidir. Sonra isə başqalarının daxili gözəlliyinə dəyər verməli, heç kimi xarici görünüşünə görə qiymətləndirməməlidir. Unutmamalıdır ki, onun kimi insanın mənəvi zənginliyinə dəyər verən insanlar var və o, tək deyil. O, bəlkə də, bu vəziyyətə düşməsəydi, həqiqi dəyərləri anlamayacaqdı. Onun bu halı isə həm özünün, həm də yaxınlarının daxili aləminə nəzər salmağa imkan verir. Belə pasiyentlər bir şeyi də nəzərə almalıdırlar ki, gözəllik müvəqqətidir. Onlar uzunmüddətli gözəlliyə və təravətə heç vaxt sahib ola bilməyəcəklər. Gözəllik keçib gedəcək, onların müsbət xüsusiyyətləri isə həmişə qalacaq. Bunu dərk etdikdə pasiyentlərin xarici görünüşlə bağlı qüsurları da unudulacaq. Bu qüsurların verdiyi əzab da".

--------------------

ヅ Sevimli_qiz ヅ

  • 11 oktyabr 2013 20:25
  • Məqalə: 82
  • Şərh: 850
  • Bal:
{awards}
tewekkurler

sky_girl

  • 11 oktyabr 2013 19:29
  • Məqalə: 6
  • Şərh: 995
  • Bal:
{awards}
Teşekkürlerr emeye göre:)

nuray sirinova

  • 11 oktyabr 2013 17:16
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
{awards}
məqaləyə görə tşk

★KaRaMeLKa★

  • 11 oktyabr 2013 16:50
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Təşəkkürlər

✰ ♥..Золушка..♥ ✰

  • 11 oktyabr 2013 16:36
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
coox sagol...

۞(S)pea(R)۞

  • 11 oktyabr 2013 16:35
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Tesekkurler

--------------------
1 milyon abune ^_^

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 11 oktyabr 2013 16:17
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

love%messi

  • 11 oktyabr 2013 16:07
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
İnsanların ünsiyyəti zamanı adətən, xarakteroloji xüsusiyyətlərdən çox xarici görünüş ilk təsəvvürü formalaşdırır. Bu səbəbdən də insanlar xarici görünüşünə daha çox diqqət verirlər. Xarici görünüşdə yaranan və ya anadangəlmə qüsurlar insana əzab verir.

--------------------

Roya_____

  • 11 oktyabr 2013 16:07
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
cox maraqlı oldu twk=)

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 11 oktyabr 2013 16:04
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
(^_*)

winxclub_bloom

  • 11 oktyabr 2013 16:03
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
maraqliydi twkr

--------------------

ღLovelyღ

  • 11 oktyabr 2013 16:00
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Gül Əliyeva

  • 11 oktyabr 2013 15:59
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}

Tesekkurler meqale ucun

ShคмKiʀKค

  • 11 oktyabr 2013 15:58
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
TESEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 55
Cəmi: 86

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}