İllərlə bizi xilas edəcək insanın həsrətini çəkdik

 
İllərlə bizi xilas edəcək insanın həsrətini çəkdik

İllərlə bizi xilas edəcək insanın həsrətini çəkdik.., yaramızı sarıyacaq, dərdimizə dərman olacaq insanın həsrətini... Hələ qara buludların başımıza kölgə saldığı və yolların bir-birinə qarışdığı bu gündə O, bizim üçün hava oldu, ziya oldu, abi-həyat oldu. Vəslinə çatma ümidini itirəcək hala gəlsək də, yenə “gözlədiyimiz o Sevgili”ni hər kəsdən soruşacaq və hər yerdə onun nəğməsini söyləyəcəyik.

Diogen cəmiyyətinə qarşı ən dəhşətli bədbinliklə, adam yoxluğunu elan edirdi. Bilmirəm, bizim cəmiyyətimiz bu ağrılı-acılı gerçəyi qəbul edəcək qədər özündən xəbərdardırmı? Biz millət olaraq bir şeyə ac və möhtacıq: Bizi bağrına basacaq, ağrılarımıza məlhəm olacaq və pis ehtiraslardan qurtaracaq “başıuca” insana. Əslində, dünəndən bu günə, çəkilən bütün iztirabların arxasında da, həmişə bu axtardığımız insanın tapılmaması vardı. Yaşatma uğrunda yaşamaq həzzini unudan, başı uca dağlar kimi dumanlı, sinəsi lavaların qaynaşdığı alov nüvəsi “iztirablı insan”ın tapılmaması...

Yaxın keçmişimizdə buna bənzər neçə insan göstərə bilərsiniz..? Neçə insan göstərə bilərsiniz ki, yaradılışdakı sirri qavramış olsun? Yaradana xəlifə olma incəliyinə aşina olsun?

Bəli, axtardığımız xilaskar hər şeydən əvvəl bir könül insanıdır. Həyatın hər anında qarşılaşdığı müəmmaları, varlığın hər parçasından soruşan və hər sualına sonsuzluqdan cavab almağa çalışan, uca aləmlərə könül vermiş həqiqət insanı...

Xızırın arxasına düşüb abi-həyat axtaranlar kimi, həqiqəti axtaran və tapdığı yerdə doyunca içib ölümsüzlüyə qovuşan, sonra da içində meydana gətirdiyi irfan diyarında imanın və sevginin dünyasını quran, xaricə doğru səmavi, daxilə, iç dünyamıza doğru lahuti (haqqa yönəlik, ilahi, qeyri-dünyəvi), əşya və təbiətdəki sirlərə bir dil, vicdan və ruha tərcüman, ağlın təsəvvür aləmi ilə, iradənin pillə-pillə fəth etdiyi Cənnətlərin fatehi həqiqət qəhrəmanı...

Həqiqətə qarşı laqeyd olanlar, kainat kitabını oxuya bilməyən talesizlər, daxili aləmin dərinliklərindən və iradənin məfkurəsindən xəbərsiz yaşayan nadanlar, heç bir zaman həsrətini çəkdiyimiz insanın yerini doldura bilməyiblər. Belə ki, səhnədəki boşluqlardan istifadə edərək, xalqın qarşısına çıxan saxta aktyorlar kimi, insanımızın qarşısına müxtəlif dövrlərdə bir çox aktyor çıxmış və onunla əylənmişdir. Lakin heç vaxt onun könlündə taxt qura və onun gözlədiyi insan olma iltifatını görə bilməmişdir.

İnsanımızın könül verməyə təşnə olduğu insan, elmi müşahidələri ilə məna cövhərlərini sezən, mələklər aləminə yüksəlib, öz mahiyyəti ilə bütünləşən, zərrə ikən günəş, damla ikən dərya, bir parça ikən bütöv olmasını bilən, şüur və əşya ikiliyindən xilas olmuş düşüncə adamıdır. Oxuyub anlayan, irfanla bütünləşən, imanla yüksəliş sirrini kəşf edən, ruhani zövqləri ilə Cənnətləri könlünə axıdan düşüncə adamı...

Könlünü bu uca məfhumlarla süsləmiş, həsrətini çəkdiyimiz o insan Haqqın yanında xalqla bərabərdir. Hər davranışında səmimiyyət, hər nəğməsində xalqa aid bir inilti var.

Onda mənliyin hisslərə hökm edişi, onda müvəffəqiyyətin qüruru, zəfərin nərəsi yoxdur. O, ən çox ucaldığı yerdə, ən çox müvəffəq olduğu zaman, ən alicənab duyğular içindədir.

Şəxsi və zümrə mənfəətləri heç bir zaman onun üfüqünü kirlədə bilməz. Kinlər, nifrətlər heç bir zaman baxışını bulandıra bilməz. Bu irfan insanının nəzərində sevmək, bağışlamaq və sevdiklərindən gələnlərə səbir etmək ən uca bir idealdır.


İnsanlığa vəd etdikləri səadəti qanla, irinlə gətirmək istəyənlərə gəlincə onlar, dörd kitabın da rədd etdiyi bir yola girmiş miskin səfillərdir.

Kaş, insanımız bu intellektual cücələrin aktyorluqlarını dərk edə biləydi. Bəlkə, o zaman, bu amansızlara qarşı: “Rədd olun!” -deyə bilərdi. Amma əfsus! O hələ belə bir var oluşun haqqını verməkdən çox uzaqdır.


Geri dön

ღNəmLi kiprikღ

  • 4 noyabr 2013 20:03
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
Allah razi olsun...

Samir_Wuvalan

  • 23 oktyabr 2013 03:19
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-chanel-

  • 16 oktyabr 2013 14:29
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN_________________

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 12:42
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər canım

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Banned549678

  • 12 oktyabr 2013 19:45
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun serhlercun

ヅ Tewekkurler ヅ

PSIXOPATKA

  • 11 oktyabr 2013 21:08
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}