Problemlərin əsl həll yolu

 
Problemlərin əsl həll yolu

Bu məqaləmdə hər kəsin ehtiyac duyduğu bir mövzudan danışmaq istəyirəm. Məlumdur ki, çatışmazlıqları olan bir dünyada yaşayırıq. Nə qədər zəngin, sağlam, gözəl, ağıllı, çox müvəffəqiyyət qazanan olsaq da, hər birimizin zaman-zaman ona sıxıntı verən, beynini, zehnini məşğul edən müxtəlif problemləri olur. İnanırıq ki, bu problemləri həll etmək, istəklərimizi həyata keçirmək və sıxıntılarımızı sona çatdırmaq üçün mütləq müəyyən şərtlər olmalıdır. Düşünürük ki, bu şərtlər mövcud olanda biz problemlərdən qurtulacaq, bizi sıxan məsələdə rahatlığa qovuşacağıq.

Məlumdur ki, yaşadığımız bütün hadisələr müəyyən səbəblər çərçivəsində baş verir. Məsələn, karyera qurmaq, peşəkar işgüzar şəxs olmaq istəyən bir insan çox çalışmalıdır. Çünki onun nailiyyət əldə etməsi onun məqsədi üçün cəhd etməsindən, özünü bu sahədə inkişaf etdirməsindən, yaxşı təhsil almasından, çoxlu təcrübə qazanmasından asılıdır.Ya da ki, ağır xəstəlik keçirən bir insanın oturub “Ya Səbir” deyib gözləməsi, başqa heç nə etməməsi çox məntiqsiz olar. Bu şəxs əlbəttə ki, xəstəlikdən qurtulmaq üçün maksimum imkanlarından istifadə edərək cəhd etməlidir; həkimə getməli, müalicə olunmalıdır. Ümumiyyətlə insan bir problemlə qarşılaşanda mütləq Allahın ona verdiyi ağılı, gücü, enerjini, təcrübəni istifadə edərək lazım olan bütün tədbirləri almalıdır. Lakin alacağı bu tədbirlərlə yanaşı, insan onun üçün çox vacib olan bir həqiqəti də unutmamalıdır. Bəli, problemlərimizi həll etmək üçün tədbir almağımız çox əhəmiyyətlidir. Bu Allahın insana göstərdiyi yoldur. Lakin Allahın yaratması qətiyyən bu tədbirlərdən asılı deyil. Allah istədiyi vaxt, istədi insan üçün istədiyi nəticəni yaradar. Ona görə də insan yaranan problemlərin axışında özünü itirməməli, nəticənin istədiyi kimi olub olmayacağına görə təlaşlanmamalıdır. Nəticəni yaradan Allahdır. Əslində, elə problemləri həll edən, istəkləri həyata keçirən, sıxıntını yox edən də Allahdır.

Dünyada milyardlarla insan yaşayır. Bu o deməkdir ki, milyardlarda da problem var. Mənim fikrimcə, bu problemlərin hamısının həlli birdir və eynidir: Allaha yönəlmək, Onu sevmək, hər şeyi Ondan istəmək, problemləri həll etməyi Ona etibar etmək, problemin içində başını itirməkdənsə, problemdən kənara çıxıb onu Allaha həvalə etmək. Çünki hamımız Allahdan asılıyıq. Kim inkar edə bilər bunu? Kim deyə bilər ki, “Yox, mən Allahdan asılı deyiləm, mən müstəqiləm.” Elə bilirəm heç kim belə çirkin cəsarət göstərə bilməz. Bütün varlıqlar, istər canlı, istər cansız, hamısı Allahdan asılıdır. Bir insan bu həqiqəti bildiyi və bu həqiqətə inanaraq yaşadığı təqdirdə, problemlərin nə olmasından asılı olmayaraq, həllin yalnız bir nöqtədə kəsişdiyini görəcək. Allaha təslim olmaq, Ona etibar etmək, inanmaq, Ondan kömək istəmək, ən gözəl nəticəni yaradacağını bilmək bütün problemlərin yeganə həllidir.

Əlbəttə ki, insan problemləri həll etmək üçün özü cəhd etməli, tədbirlər almalı, lakin bunların dua mahiyyətində olduğunu və nəticəni Allahın yaradacağını, ən gözəl çıxış yolunun Allaha yönəlmək olduğunu unutmamalıdır.

MÜəllif: Nurida Nuriyeva


Geri dön

Renesme

  • 13 oktyabr 2013 17:31
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
məqaləyə görə teşekkurler

--------------------

✵Дорогой✵

  • 13 oktyabr 2013 00:59
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
məqaləyə görə teşekkurler

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 13 oktyabr 2013 00:48
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

Banned1

  • 13 oktyabr 2013 00:17
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
мэQaLэуэ göяє тєѕєккυяLєя

Banned549678

  • 12 oktyabr 2013 18:12
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ヅ Tewekkurler ヅ

Əkbər007

  • 12 oktyabr 2013 17:06
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
tewekkurler meqaleye gore
smile

--------------------

PSIXOPATKA

  • 12 oktyabr 2013 15:07
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
cooox gozel twk

--------------------

۞(S)pea(R)۞

  • 12 oktyabr 2013 13:59
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
tesekkurler

--------------------
1 milyon abune ^_^

ヅ Sevimli_qiz ヅ

  • 12 oktyabr 2013 12:50
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
tewekkurler

melek_19

  • 12 oktyabr 2013 12:35
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Əlbəttə ki, insan problemləri həll etmək üçün özü cəhd etməli, tədbirlər almalı, lakin bunların dua mahiyyətində olduğunu və nəticəni Allahın yaradacağını, ən gözəl çıxış yolunun Allaha yönəlmək olduğunu unutmamalıdır.

--------------------

_AyTaC_

  • 12 oktyabr 2013 12:14
  • Məqalə: 1
  • Şərh: 387
  • Bal:
{awards}
TEWEKKURLERRRRRR

--------------------
▄██▄██▄░██░░░▄█▀▀█▄░█▌░░▐█░██▀▀▀░▄██▄██▄ ▀█████▀░██░░▐█▌░░▐█▌▐█░░█▌░██▀▀░░▀█████▀ ░░▀█▀░░░██▄▄░▀█▄▄█▀░░▀██▀░░██▄▄▄░░░▀█▀

ღ★Yağmur★ღ

  • 12 oktyabr 2013 11:47
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✰ ♥..Золушка..♥ ✰

  • 12 oktyabr 2013 11:16
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
xebere gore sagol..

^^Nazlı Şeytan^^

  • 12 oktyabr 2013 10:55
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler..........

✵Дорогой✵

  • 12 oktyabr 2013 10:46
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Oxudum Maraqli Idi Tewekkur Eni fellow

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 12 oktyabr 2013 10:25
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler meqaleye gore

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}