Boğaz ağrıları necə müalicə olunur?

 
Boğaz ağrıları necə müalicə olunur?


Həkimlər ağrını azaltmaq üçün təbii müalicə üsullarından faydalanmağı məsləhət görür

Qış gəldiyindən və havaların soyuması səbəbindən soyuqdəymələr və boğaz ağrıları geniş vüsət alır. Boğaz ağrısına qarşı təsirli vasitələrdən biri əzgil yarpağının qaynamış suyu ilə gündə 3 dəfə qarqara etməkdir. Boğaz ağrısı, boğaz gəlməsi (angina), səs tutulması, nəfəs borusunun iltihabı zamanı lavanda çiçəyinin dəmləməsi də faydalı dərmanlardan biridir. Bu zaman 50 qram çiçəyi 1 litr qaynamış suda dəmləyib süzür, bir qədər bal qatıb yemək arası 1 fincana qədər işlədirlər. Boğaz ağrıları və iltihab zamanı işlənən yaxşı vasitələrdən biri də dağ yarpızının məhlulu ilə qarqara etməkdir. Bunun üçün quru yarpızı qaynamış suda dəmləyib süzür, soyumamış halda boğazı qarqara edirlər.

Xalq təbabətindən faydalanıb boğaz ağrısının qarşısını elə başlayan kimi almaq olar. Təbii müalicə üsullarından biri dibçək bitkisi kimi tanıdığımız ətirşahla bağlıdır. Gözəl ətri ilə yanaşı, o həm də faydalı dərman vasitəsidir. Stəkanın yarısından xırdalanmış ətirşah yarpaqlarının üzərinə qaynamış su tökürük. 20 dəqiqə ağzı bağlı qabda dəmləyib, süzürük. Gün ərzində tez-tez bu məlhəmlə boğazı yaxalamaq olar. Bu boğazdakı iltihabı aradan qaldırmağa çox yaxşı təsir edir. Yalnız ətirşaha allergik reaksiyası olanlar üçün məsləhətli deyil. Boğaz ağrısına kömək edən daha bir vasitə ətirli ədviyyatlardan olan mixək dənələridir. Bunun üçün mixəyi ağızda çeynəmək və ya sovurmaq lazımdır. Çünki mixəyin tərkibindəki maddələr xəstəliktörədən mikrobları öldürmək və soyuqdəyməni aradan qaldırmaq gücünə malikdir. Mixəkdən cövhər də hazırlamaq olar. Mixək dənələrinin üzərinə qaynar su töküb 20 dəqiqə dəmlədikdən sonra yatmazdan əvvəl boğazı yaxalamaq lazımdır.

Həkim Aybəniz İbrahimova da boğazdakı iltihabı götürmək və ağrını azaltmaq üçün təbii müalicə üsullarından faydalanmağı məsləhət görür. “Boğazdakı ağrını götürmək üçün limon suyu kömək edir. Bir qaşıq limon suyunu qarışdırıb içmək həm boğazdakı iltihabı götürür, həm də limonun tərkibindəki C vitamini xeyirlidir. Propolis də köməyə gəlir. Bu, arının məhsuludur. Qara rəngdə olur. Ondan noxud boyda ağızda çeynəmək lazımdır. Propolisin on faizli spirtli məhlulu da boğaz iltihabını aradan qaldırır”, - deyə Aybəniz İbrahimova qeyd edib.

Boğaz ağrısının qədim müalicələrindən biri 1 çay qaşığı xörək duzu ilə sodanı qarışdırıb ilıq suda həll edirik. Gündə bir neçə dəfə boğazı onunla yaxalamaq ağrını götürür.


Geri dön

_ImPeRaToR_

  • 4 fevral 2012 19:12
  • Məqalə: 3
  • Şərh: 18
  • Bal:
Twk qaqaw ela meslehetlerdir...

CrazyGirl

  • 19 yanvar 2011 10:50
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
fellow

--------------------
Sən varsansa həyat çox gözəl!

Lindo

  • 19 yanvar 2011 10:35
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

L_SimuS

  • 19 yanvar 2011 04:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
100qr tutovkada sagaldir))

tewekkur eziyyete gore

YazYamuru

  • 19 yanvar 2011 03:55
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏƏ SAĞOL MÜƏLLİF QARDAŞ belay

--------------------



Milawka

  • 19 yanvar 2011 03:04
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
DOSİM BOGAZİM AGRİYANDA MÜTLƏQ BULARDAN İSTİFADƏ ELİCƏM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}