Hərdən deyirəm ki, elə bir kəs
Uzatsın əlini, aparsın məni
Tutsun incə əliylə soyuq qəlbimi
Bu soyuq yaşamdan qoparsın məni
Baxsın, bir od kimi isitsin məni
Məni reallıqdan uzaq eyləsin
Məni xəyallara qonaq eyləsin
Ümidlər, sevinclər çərçivəsində
Həyatıma rəng qatsın hər nəfəsində
Baxaq bu şəhərə yüksəkliklərdən
Şəhəri hiss edim onun səsində
Bir dinclik tapım onun ətrində
Gecələri bəzəyən şəhər işığı tək
Aydınlıq gətirsin, görsətsin məni
Çox böyük şey deyil, yalnız bir istək
Bütün varlığıyla istəsin məni..
Uzatsın əlini, aparsın məni
Tutsun incə əliylə soyuq qəlbimi
Bu soyuq yaşamdan qoparsın məni
Baxsın, bir od kimi isitsin məni
Məni reallıqdan uzaq eyləsin
Məni xəyallara qonaq eyləsin
Ümidlər, sevinclər çərçivəsində
Həyatıma rəng qatsın hər nəfəsində
Baxaq bu şəhərə yüksəkliklərdən
Şəhəri hiss edim onun səsində
Bir dinclik tapım onun ətrində
Gecələri bəzəyən şəhər işığı tək
Aydınlıq gətirsin, görsətsin məni
Çox böyük şey deyil, yalnız bir istək
Bütün varlığıyla istəsin məni..
