İnsan sağlığında özü üçün kəfən alsa, günah sayılmaz ki?
Xeyr, bu nəinki günah deyil, əksinə savab işdir. İnsan sağlığında halal qazancından özünə kəfən alıb qoysa, savab iş görmüş olar. Ümumiyyətlə, ölüm barədə çox düşünmək, ona hazır olmaq, ondan qorxmamaq İslamda bəyənilir.
Milli.Az İslam.az-a istinadən bildirir ki, böyük İslam alimləri özləri üçün kəfən hazırlayıb üstünə müstəhəb dualar yazırdılar. Bəzi abid və zahid insanlar hətta özləri üçün qabər qazıtdırmışdılar. Boş qəbri tez-tez ziyarət edir, bəzən hətta qəbrin içinə uzanıb orada Quran oxuyurdular. Bu zaman ölüm barədə düşünür, özlərini ölü kimi hiss edir, Allah qarşısında sorğu-suala çəkiləcəkləri günü təsəvvürə gətirirdilər.